Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

"Bağışla, əsgər, ayaqqabı cüt satılır"

© © Photo: Famil MahmudbeyliVətən müharibəsi qazisi, arxiv şəkli
Vətən müharibəsi qazisi, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 25.10.2021
Abunə olmaq
“Sputnik Azərbaycan”ın 7x7 rubrikasında ötən həftənin ən yaddaqalan hadisələri şərh olunur.

Laçına zəng edim...

Müharibələrdən heç kim qazanmır, hər kəs bu vəhşətdən itkilərlə çıxır, biri atasını itirir, biri övladını, biri sevgilisini, biri qardaşını... başqa biri ayağını...
“Bağışla, əsgər, ayaqqabı cüt satılır” – dünya ədəbiyyatının ən təsirli qısa hekayələrindən biridir bu.
Müharibə bizə və ermənilərə nə verdi? Minlərlə insan itkisi, yaralar, yarımcanlar... 30 il yel qanadlı keçdi getdi və sərhədlər təxminən 90-cı ildəki vəziyyətə qayıtdı. Onda erməni ağılsızlığının nəticəsi olaraq başlanmış bu müharibə nə üçün idi?!
Yazıçı Emin Pirinin misralarında isə dəhşət qoxan romantika var: "Əsgər sinəsi axtarırdı isinməyə... Fevral şaxtasında üşüyən güllə".
Ümid edək ki, güllələr daha isinməyə yer tapmayacaq, donacaq, onları soyuq aparacaq, rütubətdən paslanacaqlar...
Azərbaycanın Rusiyadakı Səfirliyi - Sputnik Azərbaycan, 1920, 23.10.2021
SİYASƏT
Ermənilərin daha bir yalanı ifşa olundu - Səfirlik açıqlama verdi
Görün, nə gözəl səslənir: ötən həftə Bakıda keçirilən bal yarmarkasında Kəlbəcər və Laçın balı satışa çıxarılıb. 28 il sonra. Zəngilanda isə radio və televiziya yayımı bərpa olunub. Şuşadan Bakıya ilk telefon zəngi də gerçəkləşib... Qəribə gələ bilər, amma bu illər ərzində həmişə düşünmüşdüm ki, bir dəfə götürüm, Laçının kodunu yığım, zəng edim, görüm, kimsə cavab verirmi?!. Bir erməni cavab versin və mən soruşum ki, o nə üçün bizim kəndimizdə, evimizdədir?!

“Mədəniyyət naminə sülh”

Ötən həftə Baku Ekspo mərkəzində “Rebuild Karabakh” sərgisində “Mədəniyyət naminə sülh” mövzusunda panel sessiya keçirildi.
Mədəniyyətin intibahı ilə bağlı klassik fikir var ki, müharibələr mədəniyyətin inkişafına, onun çiçəklənməsinə əhəmiyyətli təsir edə bilir, böyük əsərlər ərsəyə gəlir. Ancaq müharibələrin mədəniyyətə vurduğu zərərləri biz Qarabağ müharibəsinin timsalında görürük – erməni vandalizmi nəinki bir xalqın mədəniyyətinə sərhədsiz zərbə vurub, bəşəri dəyərləri donuzların ayağının altına atıb, tövləyə çevirib… Kəndimizə gedəndə həmkəndlimiz Vüqar İmanov Sarı Aşıq abidəsinin dağıdılmış daşları arasından 30 il əvvəl adını (ВУГАР) üzərinə həkk elədiyi öz əl işini tapdı. Sarı Aşığın abidəsindən isə əsər-əlamət yox idi… qəbir daşlarımız kimi, yəqin, onun da daşları kiminsə qapısına düzülmüşdü.
Odur ki, indi sülhün mədəniyyəti qoruyacağına onu inkişaf etdirəcəyinə inanmaq olar. İnanaq ki, sülh dövrünün motivləri, xoşbəxtlikləri uzun illər ədəbiyyatın, incəsənətin predmeti olacaq. Yaxşı ədəbiyyat mütləq bədbəxtlikdən bəhs etməli deyil ki…

Yeni nə baş verir?

Yavaş-yavaş məlum olur ki, bu yaxınlarda 5 diversantı Azərbaycan Ermənistana niyə qaytarıb. Paşinyanın Rusiyaya çağırılması, ardınca MDB dövlət başçılarının sammitində Azərbaycan Prezidentinin mövqeyinə qarşı Paşinyanın susqunluğu, dəhlizlərin açılması barədə mesajlar təsadüf deyil. Gözlənilir ki, Rusiya-Azərbaycan-Ermənistan rəhbərlərinin iştirakı ilə növbəti görüşdə yeni 2 sənəd imzalansın. Sərhədlərin dəqiqləşdirilməsi və dəhlizin açılması barədə. Prezidentin bu yaxınlarda Zəngilana səfəri zamanı “Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq” deməsi də təsdiq edir ki, bölgədə yeni proseslər baş verir. Hər halda, qaliblər mühakimə olunmur, ədalətli və güclü qalibi isə heç kim mühakimə etməyə cürət etmir, odur ki, nə baş verirsə, xeyrimizə baş verir.
Tarixi günlərə şahidlik edirik. Təsəvvür edirsiniz, Türkiyə Prezidenti Füzuliyə gəlir – beynəlxalq hava limanının açılışına – birbaşa Füzuliyə.
Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.10.2021
QARABAĞ
Rusiya, Azərbaycan və Ermənistan liderləri noyabrda görüşəcəklər?

Təbriz şilləsi

Təbrizin yeni ostandarının təqdimat mərasimində fars dilində danışmasına görə yediyi şillə həftənin zərbəsi idi.
Yəni İran hər bir halda, eləcə də Azərbaycana münasibətdə də Ərdoğan demişkən, bu ölkədəki azərbaycanlıların sayını unutmamalıdır.
Böyük həcmdə qeyri-leqal narkotranzit gəlirinin bir hissəsini itirən İran yaralı aslan kimi ətrafa saldırır, deyəsən. Azərbaycan buradan imkan vermir, Türkiyə bir tərəfdən, hələ bu da azmış kimi Hindistan da bu ölkənin narkotik aşkarlanmış gəmilərini saxlayır...
Hər nə qədər boyunlarına almasalar da, fakt faktlığında qalır.
2009-cu ildə BMT müfəttişlərinin məxfi hesabatlarında İran narkotik maddələrin Avropaya daşınmasında əsas rol oynayan bir ölkə kimi göstərilmişdi. Almaniyanın nüfuzlu “Di Velt” qəzeti bu barədə məqalə dərc etmişdi. 2008-ci ilə aid bir sənəddə İrandan çıxan heroinin 95%-nin Avropaya çatdığı bildirilirdi.
Bu arada Rusiyada narkokuryer kimi istifadə edilən pişik ələ keçib. O, İvanovo vilayətindəki islah düşərgəsi ərazisinə narkotik maddə keçirmək istəyərkən müəssisə əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmaq lazımdır ki, pişik İrandan gəlməyib ki?!

İran dil tapmalıdır

Hər kəslə düşmənçilik süquyu yaxınlaşdırır. Yəqin, bunu Tehranda da başa düşənlər var.
Təsadüfi deyil ki, ötən həftə İran öz nəqliyyat şirkətlərinə Ermənistan vasitəsilə Qarabağa getməyi qadağan etdi. Ardınca bu ölkənin XİN rəhbərinin Ceyhun Bayramovla telefon danışığı oldu. Və yenə ötən həftə İran və Türkiyə arasında təhlükəsizliyin təmin olunmasına dair daxili işlər nazirləri səviyyəsində sənəd imzalandı.
Dəmiryolu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.10.2021
DÜNYA XƏBƏRLƏRİ
Horadizlə üzbəüz İran şəhərindən Azərbaycana yol çəkiləcək
Yenə ötən həftə Türkiyə, Pakistan və Qətər birgə hərbi təlimləri keçirildi. Türkiyənin orbitində ölkələrin, həm də Qətər kimi güclü, büdcəli ölkələrin artması sevindiricidir.
“İran İslam Respublikası ilə Azərbaycan Respublikası müştərək dəyərlərə malik olan iki qonşu və müsəlman ölkələrdir. Münasibətlər qarşılıqlı hörmət əsasında davam edəcək”. İranın XİN rəhbəri Azərbaycanlı həmkarı ilə telefon danışığından sonra “Twitter” hesabında yazıb bunu.

Peyvənd çıxış yolu idi axı...

Belə görünür ki, peyənd də bizi xilas etməyəcək. Vaksin istehsalçısı Rusiya bir həftəlik qapanmaya gedir, yeni ştammlar əvvəlkilərin “atasına rəhmət oxudur”, ÜST isə deyir ki, peyvəndə çox da arxayın olmayın. Sitat: “Pandemiyaya son qoyulmasını istəyiriksə, peyvənddən əlavə başqa tədbirlər də görməliyik. İnsanlar sıxlıq olan ərazilərlə bağlı xüsusən diqqətli olmalı, qapalı məkanlarda maska taxmağa davam etməlidirlər”.
ABŞ mediasının məlumatı isə əsaslandırılmış olmasa da, tükürpədicidir: “Çin koronavirus testləri ilə qlobal genetik məlumat bazası əldə edir. Bu, dünya səhiyyəsini Çindən asılı vəziyyətə sala bilər”.

Saqqala qulluq üçün qazanılan vaxt

Dindən bütün dövrlərdə dövlətlər, imperiyalar vasitə kimi istifadə edib. Bu işi böyük krallar, imperatorlar, sərkərdələr ustalıqla icra ediblər. İmperatorlar tutduqları torpaqlarda xalqların dini inanclarına əksər hallarda hörmət göstəriblər, eyni zamanda hər bir ərazini tam ilhaq etmək, xalqı ram və idarə etmək üçün din uğurlu alət olub həmişə.
Astarada saxlanılan B.Səmədov imperator-filan olmasa da dindən, daha doğrusu, saqqaldan öz “qara” məqsədi üçün istifadə edib. Oğurluq etdiyinə görə tutulan Bəhruz saxladığı saqqalın fəlsəfəsini belə izah edib: “Saqqalı ona görə saxlayıram ki, məndən şübhələnməsinlər”.
Biz böyük Yaradan qarşısındakı borcumuzu onun yaratdıqlarına ödəməliyik (Əbu Turxan).
Bax belə. B.Səmədov da borcunu belə ödəyirmiş. İndi içəridə onun saqqalına qulluq etmək üçün xeyli vaxtı olacaq.
Eləcə də oxuyun:
* Qarabağdakı qanunsuz silahlı birləşmələr buraxılır - Araik Arutyunyandan etiraf
* Azərbaycan Qarabağdakı saxta yer adlarının dəyişdirilməsi üçün Google Maps-ə müraciət etdi
* Azərbaycan və Ermənistan arasında iki yeni sənəd imzalanacaq – Tarix bilindi
* Ərdoğanın Cənuba mesajı – İrandakı dairələr narahatdır
* Bakıda hərbi parad olacaq?
Xəbər lenti
0