https://sputnik.az/20211023/rusiya-azerbaycan-ve-ermenistan-liderleri-noyabrin-ilk-ongunluyunde-gorusecekler-434510653.html
Rusiya, Azərbaycan və Ermənistan liderləri noyabrda görüşəcəklər?
Rusiya, Azərbaycan və Ermənistan liderləri noyabrda görüşəcəklər?
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı RİA Novosti-yə bildirib ki, əgər sammitin keçirilməsi barədə razılıq əldə olunarsa, Kreml... 23.10.2021, Sputnik Azərbaycan
2021-10-23T12:20+0400
2021-10-23T12:20+0400
2021-10-23T16:59+0400
qarabağ
görüş
rusiya
moskva
ermənistan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0b/425927438_0:149:3009:1842_1920x0_80_0_0_dd67bc8d0d9c502c5db64a1cd9ab9816.jpg
BAKI, 23 oktyabr - Sputnik. Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüş Moskvada noyabrın ilk ongünlüyündə baş tuta bilər. Bu barədə RİA Novosti vəziyyətlə yaxından tanış olan mənbəyə irtinadən xəbər verir."Bəli, təqribən noyabrın 8-9-da Moskvada belə bir görüşün keçirilməsi gözlənilir", - deyə mənbə bilririb.Onun sözlərinə görə, görüşdə üçtərəfli bəyanatların imzalanması gözlənilir."Sənəd Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına aid olacaq. Bu mürəkkəb prosesdir və tərəflər Rusiyanın vasitəçiliyi ilə özləri üçün məsələnin həlli ilə bağlı "yol xəritəsini" müəyyən edəcəklər. Bundan əlavə bölgədə nəqliyyat kommunikasiyalarının açılmasına dair bəyanatın da qəbul olunacağı gözlənilir. Bu məsələ hələ ötən ilin noyabrında üç ölkənin liderləri tərəfindən qəbul olunmuş bəyanatda öz əksini tapıb", - deyə mənbə bildirib.Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı RİA Novosti-yə bildirib ki, əgər sammitin keçirilməsi barədə razılıq əldə olunarsa, Kreml vaxtındaca bu barədə xəbər verəcək.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0b/425927438_0:0:2731:2048_1920x0_80_0_0_77c460059ffdbc8b96233b0aa36ef0f5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
görüş, rusiya, moskva, ermənistan, azərbaycan
görüş, rusiya, moskva, ermənistan, azərbaycan
Rusiya, Azərbaycan və Ermənistan liderləri noyabrda görüşəcəklər?
12:20 23.10.2021 (Yenilənib: 16:59 23.10.2021) Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı RİA Novosti-yə bildirib ki, əgər sammitin keçirilməsi barədə razılıq əldə olunarsa, Kreml vaxtındaca bu barədə xəbər verəcək.
BAKI, 23 oktyabr - Sputnik. Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüş Moskvada noyabrın ilk ongünlüyündə baş tuta bilər. Bu barədə RİA Novosti vəziyyətlə yaxından tanış olan mənbəyə irtinadən xəbər verir.
"Bəli, təqribən noyabrın 8-9-da Moskvada belə bir görüşün keçirilməsi gözlənilir", - deyə mənbə bilririb.
Onun sözlərinə görə, görüşdə üçtərəfli bəyanatların imzalanması gözlənilir.
"Sənəd Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına aid olacaq. Bu mürəkkəb prosesdir və tərəflər Rusiyanın vasitəçiliyi ilə özləri üçün məsələnin həlli ilə bağlı "yol xəritəsini" müəyyən edəcəklər. Bundan əlavə bölgədə nəqliyyat kommunikasiyalarının açılmasına dair bəyanatın da qəbul olunacağı gözlənilir. Bu məsələ hələ ötən ilin noyabrında üç ölkənin liderləri tərəfindən qəbul olunmuş bəyanatda öz əksini tapıb", - deyə mənbə bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı RİA Novosti-yə bildirib ki, əgər sammitin keçirilməsi barədə razılıq əldə olunarsa, Kreml vaxtındaca bu barədə xəbər verəcək.