https://sputnik.az/20211022/erdoganin-cenuba-mesaji--randaki-daireler-narahatdir-434493544.html
Ərdoğanın Cənuba mesajı – İrandakı dairələr narahatdır
Ərdoğanın Cənuba mesajı – İrandakı dairələr narahatdır
Sputnik Azərbaycan
Türkiyə Prezidenti vurğulayıb ki, Cənubi Azərbaycan və orada yaşayan azərbaycanlılar faktoru gözardı edilə bilməz. 22.10.2021, Sputnik Azərbaycan
2021-10-22T22:26+0400
2021-10-22T22:26+0400
2021-10-22T22:26+0400
ərdoğan
siyasət
şərh
iran
qarabağ
azərbaycan
millət vəkili aydın mirzəzadə
https://cdnn1.img.sputnik.az/img/07e5/09/14/427965023_0:0:3130:1762_1920x0_80_0_0_cebfb92b364a35432114e85f87ae4a02.jpg
BAKI, 22 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə münasibət bildirərkən hərbi qarşıdurmanın olacağına inanmadığını bildirib. Türkiyə Prezidenti İranda yaşayan azərbaycanlıların sayına işarə edərək, görülən işlərin səhv olduğunu deyib.Bu açıqlamadan əvvəl isə Azərbaycan-İran münasibətlərində diqqətçəkən hadisələr yaşandı.Oktyabrın 20-də İranın Beynəlxalq Daşımalar və Avtomobil Yollarının Tranziti və Nəqliyyat Təşkilatı rəhbəri Məhəmməd Cavad Hidayətin yerli daşıma şirkətlərinə ünvanladığı məktub diqqətçəkən idi. Məhəmməd Cavad Hidayəti məktubunda İran vətəndaşlarının və sürücülərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ və Laçın bölgələrinə girməsi qadağan edildiyini və Azərbaycan ərazisinə rəsmi sərhədləri xaricində hər hansı bir giriş Azərbaycanın ərazi bütövlüyünün pozulması hesab olunduğunu bildirdi.Azərbaycan tərəfi bu mesajı cavabsız qoymadı. Bunun nəticəsi olaraq Azərbaycan Gömrük Komitəsi yaydığı açıqlamada humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə görə və xoş niyyət nümayiş etdirilərək iranlı sürücülərin ölkələrinə geri qaytarıldığını bəyan etdi.Sputnik Azərbaycan cərəyan edən proseslərlə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikirlərini öyrənib.Millət vəkili bildirib ki, Azərbaycan və İranın mehriban qonşuluqdan, dostluqdan başqa alternativi yoxdur: "İran Azərbaycanın ərazi bütövlüyünü 30 ilə yaxın davam edən işğal dövründə dəstəkləsə də, Ermənistana göstərdiyi dəstək də təəssüfdoğurucu reallıq idi. Müharibədən sonra Azərbaycanın qələbəsini təbrik etsə də, Ermənistanla əməkdaşlığı gücləndirir. Son dövrlər əsassız ittihamların səsləndirilməsi isə qəbuledilməz idi".Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycanın suveren hüquqlarına sahiblik etməsi İrandakı bəzi dairələri narahat edir. O hesab edir ki, Azərbaycan sərhədləri yaxınlığında nümayişkaranə keçirilən tədbirlərə heç bir ehtiyac yox idi və buna görə də bizim tərəfimizdən təəccüblə qarşılanırdı: Millət vəkili Türkiyə prezidentinin bu məsələyə münasibətinin də Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib: "İranda çoxsaylı azərbaycanlılar yaşayırlar. Bu azərbaycanlıların ərazisindən keçib bizə qarşı təhdid nümayiş etdirilməsi yolverilməzdir. Düşünürəm ki, İranın bəzi dairələri bu amili sonradan da olsa, dərk edə bildilər. Cənubi Azərbaycan və orada yaşayan azərbaycanlılar faktoru gözardı edilə bilməz. Biz İranın daxili işlərinə qarışmırıq, ərazisinə iddia etmirik, amma bir xalq kimi maraqlarımızı qorumaq hüququna sahibik".Eləcə də oxuyun:* "Altılıq" formatının aqibəti necə olacaq? - Rusiya-Türkiyə yaxınlaşmasının səbəbləri* Regionda güvən testi: Türkiyə təhlükəni Rusiya və ya Amerika ilə həll etmək istəyir* İran Azərbaycanı hədəf ala bilməz - Türkiyə Prezidenti* Xankəndiyə qanunsuz yük apardığına görə saxlanan iranlı sürücülər ölkələrinə qaytarılıblar* İrandan sensasiyalı qərar: Yük maşınlarının Qarabağ və Laçına girişi qadağan olundu
https://sputnik.az/20211021/rusiya-xn-den-azerbaycan-ran-munasibetlerine-tovsiye-434454481.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/14/427965023_286:0:3015:2047_1920x0_80_0_0_a589f52bd457a270359d80e1eed542d4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ərdoğan, şərh, iran, qarabağ, azərbaycan, millət vəkili aydın mirzəzadə
ərdoğan, şərh, iran, qarabağ, azərbaycan, millət vəkili aydın mirzəzadə
Ərdoğanın Cənuba mesajı – İrandakı dairələr narahatdır
Türkiyə Prezidenti vurğulayıb ki, Cənubi Azərbaycan və orada yaşayan azərbaycanlılar faktoru gözardı edilə bilməz.
BAKI, 22 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə münasibət bildirərkən hərbi qarşıdurmanın olacağına inanmadığını bildirib. Türkiyə Prezidenti İranda yaşayan azərbaycanlıların sayına işarə edərək, görülən işlərin səhv olduğunu deyib.
Bu açıqlamadan əvvəl isə Azərbaycan-İran münasibətlərində diqqətçəkən hadisələr yaşandı.
Oktyabrın 20-də İranın Beynəlxalq Daşımalar və Avtomobil Yollarının Tranziti və Nəqliyyat Təşkilatı rəhbəri Məhəmməd Cavad Hidayətin yerli daşıma şirkətlərinə ünvanladığı məktub diqqətçəkən idi. Məhəmməd Cavad Hidayəti məktubunda İran vətəndaşlarının və sürücülərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ və Laçın bölgələrinə girməsi qadağan edildiyini və Azərbaycan ərazisinə rəsmi sərhədləri xaricində hər hansı bir giriş Azərbaycanın ərazi bütövlüyünün pozulması hesab olunduğunu bildirdi.
Azərbaycan tərəfi bu mesajı cavabsız qoymadı. Bunun nəticəsi olaraq Azərbaycan Gömrük Komitəsi yaydığı açıqlamada humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə görə və xoş niyyət nümayiş etdirilərək iranlı sürücülərin ölkələrinə geri qaytarıldığını bəyan etdi.
Sputnik Azərbaycan cərəyan edən proseslərlə bağlı Milli Məclisin deputatı
Aydın Mirzəzadənin fikirlərini öyrənib.
Millət vəkili bildirib ki, Azərbaycan və İranın mehriban qonşuluqdan, dostluqdan başqa alternativi yoxdur: "İran Azərbaycanın ərazi bütövlüyünü 30 ilə yaxın davam edən işğal dövründə dəstəkləsə də, Ermənistana göstərdiyi dəstək də təəssüfdoğurucu reallıq idi. Müharibədən sonra Azərbaycanın qələbəsini təbrik etsə də, Ermənistanla əməkdaşlığı gücləndirir. Son dövrlər əsassız ittihamların səsləndirilməsi isə qəbuledilməz idi".
Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycanın suveren hüquqlarına sahiblik etməsi İrandakı bəzi dairələri narahat edir. O hesab edir ki, Azərbaycan sərhədləri yaxınlığında nümayişkaranə keçirilən tədbirlərə heç bir ehtiyac yox idi və buna görə də bizim tərəfimizdən təəccüblə qarşılanırdı:
"Hesab edirəm ki, artıq İran tərəfində Azərbaycanla münasibətlərin gərginləşdirilməsinin faydasız olması düşüncəsini qəbul etməyə başlayıblar".
Aydın Mirzəzadə
Millət vəkili
Millət vəkili Türkiyə prezidentinin bu məsələyə münasibətinin də Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib: "İranda çoxsaylı azərbaycanlılar yaşayırlar. Bu azərbaycanlıların ərazisindən keçib bizə qarşı təhdid nümayiş etdirilməsi yolverilməzdir. Düşünürəm ki, İranın bəzi dairələri bu amili sonradan da olsa, dərk edə bildilər. Cənubi Azərbaycan və orada yaşayan azərbaycanlılar faktoru gözardı edilə bilməz. Biz İranın daxili işlərinə qarışmırıq, ərazisinə iddia etmirik, amma bir xalq kimi maraqlarımızı qorumaq hüququna sahibik".
*
"Altılıq" formatının aqibəti necə olacaq? - Rusiya-Türkiyə yaxınlaşmasının səbəbləri
*
Regionda güvən testi: Türkiyə təhlükəni Rusiya və ya Amerika ilə həll etmək istəyir
*
İrandan sensasiyalı qərar: Yük maşınlarının Qarabağ və Laçına girişi qadağan olundu