https://sputnik.az/20211022/azerbaycan-qarabagdaki-saxta-yer-adlarinin-deyisdirilmesi-ucun-google-maps-e-muraciet-etdi-434496741.html
Azərbaycan Qarabağdakı saxta yer adlarının dəyişdirilməsi üçün Google Maps-ə müraciət etdi
Azərbaycan Qarabağdakı saxta yer adlarının dəyişdirilməsi üçün Google Maps-ə müraciət etdi
Sputnik Azərbaycan
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli bildirib ki, hazırda bu məqsədlə danışıqlar... 22.10.2021, Sputnik Azərbaycan
2021-10-22T19:22+0400
2021-10-22T19:22+0400
2021-10-22T19:22+0400
google
qarabağ
müraciət
xəritə
qarabağ
toponim
azərbaycan
mədəniyyət nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/04/05/426622159_0:0:2000:1125_1920x0_80_0_0_3560cd45cae81f3985460ee1926ec9f4.jpg
BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan "Google Maps"-də ("Google-Xəritələr") qeyri-korrekt şəkildə təsvir olunan Qarabağla bağlı toponimlərin dəyişdirilməsi üçün "Google" şirkətinə müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli məlumat verib.Azərbaycanın öz torpaqlarını bir il bundan əvvəl işğaldan azad etməsinə baxmayaraq, "Qlobal Google Maps" kartoqrafiya xidmətində Qarabağda yerləşən yaşayış məntəqələrini və tarixi abidələri müəyyən etmək üçün tez-tez erməni adlarından istifadə olunur.Xatırladaq ki, "Google Maps" – "Google" tərəfindən təqdim edilən pulsuz kartoqrafiya xidməti və texnologiyalar əsasında qurulmuş bir sıra tətbiqlərdən ibarətdir.Eləcə də oxuyun:* İşğaldan azad edilmiş ərazilərimizdə xəritəçəkmə işləri nə yerdədir? Rəsmi* Bizim yol bələdçimiz, yaxud da Google Maps üçün Bakını qarış-qarış gəzən gənc
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/05/426622159_112:0:1908:1347_1920x0_80_0_0_229897116f8d8f385e44802808aee1d2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
google, müraciət, xəritə, qarabağ, toponim, azərbaycan, mədəniyyət nazirliyi
google, müraciət, xəritə, qarabağ, toponim, azərbaycan, mədəniyyət nazirliyi
Azərbaycan Qarabağdakı saxta yer adlarının dəyişdirilməsi üçün Google Maps-ə müraciət etdi
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli bildirib ki, hazırda bu məqsədlə danışıqlar davam etdirilir.
BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan "Google Maps"-də ("Google-Xəritələr") qeyri-korrekt şəkildə təsvir olunan Qarabağla bağlı toponimlərin dəyişdirilməsi üçün "Google" şirkətinə müraciət edib. Bu barədə
Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi
Azad Cəfərli məlumat verib.
Azərbaycanın öz torpaqlarını bir il bundan əvvəl işğaldan azad etməsinə baxmayaraq, "Qlobal Google Maps" kartoqrafiya xidmətində Qarabağda yerləşən yaşayış məntəqələrini və tarixi abidələri müəyyən etmək üçün tez-tez erməni adlarından istifadə olunur.
"Dünyada məşhur "Google Maps" tətbiqində bütün adların Azərbaycan dilində verilməsinə vaxt lazımdır. Biz qısa müddət ərzində Qarabağdakı bütün yer adlarının və tarixi abidələrin adlarının öz dilimizə çevrilməsi üçün əlimizdən gələni edirik. Bütün dünya bilməlidir ki, bu ərazilər Azərbaycana məxsusdur. Təəssüf ki, bu, bir o qədər də asan iş deyil. Biz indi "Google Maps" xidmətini işləyib-hazırlayanlarla danışıqlar aparırıq. Bunun nə qədər vaxt alacağı hələlik məlum deyil", – deyə Cəfərli qeyd edib.
Xatırladaq ki, "Google Maps" – "Google" tərəfindən təqdim edilən pulsuz kartoqrafiya xidməti və texnologiyalar əsasında qurulmuş bir sıra tətbiqlərdən ibarətdir.