https://sputnik.az/20211021/qarabagdaki-qanunsuz-silahli-birlesmeleri-buraxilir-434440893.html
Qarabağdakı qanunsuz silahlı birləşmələr buraxılır - Araik Arutyunyandan etiraf
Qarabağdakı qanunsuz silahlı birləşmələr buraxılır - Araik Arutyunyandan etiraf
Sputnik Azərbaycan
Araik Arutyunyan rəsmi Bakının tələbi ilə qanunsuz silahlı birləşmələri buraxmaq məcburiyyətində olduğunu deyib. 21.10.2021, Sputnik Azərbaycan
2021-10-21T14:33+0400
2021-10-21T14:33+0400
2021-10-21T15:01+0400
separatçı
qarabağ
qanunsuz
qarabağ
erməni silahlı bölmələri
araik arutyunyan
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1a/425294117_0:0:3000:1688_1920x0_80_0_0_e9b9411a25c476528d16e5ca858c6439.jpg
BAKI, 21 oktyabr — Sputnik. Qarabağdakı erməni separatçılarının lideri Araik Arutyunyan "DQR ordusu"nu, yəni, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələrini buraxmaq niyyətindədir. Erməni saytları xəbər verir ki, bu barədə Ermənistan parlamentində keçirilən müzakirələrdə çıxış edən "Şuşadan erməni əhalisinin köçürülməsi" qeyri-hökumət təşkilatının idarə heyətinin üzvü Aşot Arutyunyan bildirib.Aşot Arutyunyan deyib ki, bu fikri Araik Arutyunyan onunla söhbətində səsləndirib."Mən ondan soruşdum ki, "kim sənə belə ixtiyar verib?". O dedi ki, "azərbaycanlılar tələb edirlər". Azərbaycanlılar çox şey tələb edə bilərlər. Sən ordumuzu saxlamalısan", - deyə Aşot Arutyunyan bəyan edib.Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.Üçtərəfli bəyanatAzərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.Eləcə də oxuyun:* Yaxın müddətdə Talış və Suqovuşana 500-ə yaxın azərbaycanlı ailəsi köçürüləcək* Füzuli istiqamətində qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirilib* Azərbaycan MN: "Suqovuşandan Kəlbəcərə hərəkət edən mülki avtomobil karvanına atəş açılıb"* Dövlət başçısı Qarabağın statusu barədə: "Hər kəs bu məsələni unutmalıdır"* Qarabağ, İran, Rusiya, sülməramlılar: Prezident Əliyevin "Anadolu"ya müsahibəsi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1a/425294117_197:0:2864:2000_1920x0_80_0_0_99e5648c3f821a349d3be005d8d6db69.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
separatçı, qanunsuz, qarabağ, erməni silahlı bölmələri, araik arutyunyan
separatçı, qanunsuz, qarabağ, erməni silahlı bölmələri, araik arutyunyan
Qarabağdakı qanunsuz silahlı birləşmələr buraxılır - Araik Arutyunyandan etiraf
14:33 21.10.2021 (Yenilənib: 15:01 21.10.2021) Araik Arutyunyan rəsmi Bakının tələbi ilə qanunsuz silahlı birləşmələri buraxmaq məcburiyyətində olduğunu deyib.
BAKI, 21 oktyabr — Sputnik. Qarabağdakı erməni separatçılarının lideri Araik Arutyunyan "DQR ordusu"nu, yəni, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələrini buraxmaq niyyətindədir.
Erməni saytları xəbər verir ki, bu barədə Ermənistan parlamentində keçirilən müzakirələrdə çıxış edən "Şuşadan erməni əhalisinin köçürülməsi" qeyri-hökumət təşkilatının idarə heyətinin üzvü Aşot Arutyunyan bildirib.
Aşot Arutyunyan deyib ki, bu fikri Araik Arutyunyan onunla söhbətində səsləndirib.
"Mən ondan soruşdum ki, "kim sənə belə ixtiyar verib?". O dedi ki, "azərbaycanlılar tələb edirlər". Azərbaycanlılar çox şey tələb edə bilərlər. Sən ordumuzu saxlamalısan", - deyə Aşot Arutyunyan bəyan edib.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
* Dövlət başçısı Qarabağın statusu barədə: "
Hər kəs bu məsələni unutmalıdır"