https://sputnik.az/20211023/ermenilerin-daha-bir-yalani-ifsa-olundu---sefirlik-aciqlama-verdi--434522568.html
Ermənilərin daha bir yalanı ifşa olundu - Səfirlik açıqlama verdi
Ermənilərin daha bir yalanı ifşa olundu - Səfirlik açıqlama verdi
Sputnik Azərbaycan
Azərbaycanın Rusiyadakı Səfirliyi: adları qeyd olunan şəxslər Rusiya Federasiyasının sərhədini Ermənistan Respublikasının vətəndaşlarına məxsus olan... 23.10.2021, Sputnik Azərbaycan
2021-10-23T19:42+0400
2021-10-23T19:42+0400
2021-10-23T21:29+0400
siyasət
səfirlik
açıqlama
ermənistan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/01/14/426008779_0:90:1280:810_1920x0_80_0_0_c051c693ca49c211aec005f9fd4a6ac9.jpg
BAKI, 23 oktyabr - Sputnik. Cari ilin 23 oktyabr tarixində bəzi sosial şəbəkələrdə Araik Arutyunyanın Moskvada olduğu və burada Rusiya Federasiyasının rəsmiləri ilə görüşlər keçirərək regional vəziyyəti müzakirə etdiyi barədə xəbərlər tirajlanıb.Azərbaycanın Rusiyadakı səfirliyindən Report-a verilən məlumatda deyilir ki, son günlər erməni KİV-i tərəfindən “Artsax Respublikasının vəzifəli şəxslərinin” Rusiyaya “işçi səfərləri” və guya burada Rusiyanın siyasi dairələri ilə rəsmi görüşlər keçirdikləri barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/14/426008779_0:0:1080:810_1920x0_80_0_0_c83cf4c048341432f23cc6da9c947551.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səfirlik, açıqlama, ermənistan, azərbaycan
səfirlik, açıqlama, ermənistan, azərbaycan
Ermənilərin daha bir yalanı ifşa olundu - Səfirlik açıqlama verdi
19:42 23.10.2021 (Yenilənib: 21:29 23.10.2021) Azərbaycanın Rusiyadakı Səfirliyi: adları qeyd olunan şəxslər Rusiya Federasiyasının sərhədini Ermənistan Respublikasının vətəndaşlarına məxsus olan pasportlarla keçirlər.
BAKI, 23 oktyabr - Sputnik. Cari ilin 23 oktyabr tarixində bəzi sosial şəbəkələrdə Araik Arutyunyanın Moskvada olduğu və burada Rusiya Federasiyasının rəsmiləri ilə görüşlər keçirərək regional vəziyyəti müzakirə etdiyi barədə xəbərlər tirajlanıb.
Azərbaycanın Rusiyadakı səfirliyindən Report-a verilən məlumatda deyilir ki, son günlər erməni KİV-i tərəfindən “Artsax Respublikasının vəzifəli şəxslərinin” Rusiyaya “işçi səfərləri” və guya burada Rusiyanın siyasi dairələri ilə rəsmi görüşlər keçirdikləri barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır.
"Səfirlik bir daha vurğulayır ki, adları qeyd olunan şəxslər Rusiya Federasiyasının sərhədini Ermənistan Respublikasının vətəndaşlarına məxsus olan pasportlarla keçirlər və burada adətən erməni diasporu nümayəndələri, eləcə də onlara lobbiçilik edən şəxslər ilə görüşürlər, belə səfərlər yalnız şəxsi xarakter daşıyır və rəsmi qəbul edilmir, onlarla Rusiyanın dövlət strukturları və diplomatik xidmət xətti ilə hər-hansı siyasi məsləhətləşmələr aparılmır. Bir çox hallarda bu kimi məlumatlar saxta olur, heç bir faktlara əsaslanmır, təxribat xarakteri daşıyır və ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaq məqsədini daşıyır".