https://sputnik.az/20211024/bakida-herbi-parad-olacaq-434495071.html
Bakıda hərbi parad olacaq?
Bakıda hərbi parad olacaq?
Sputnik Azərbaycan
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. 24.10.2021, Sputnik Azərbaycan
2021-10-24T18:41+0400
2021-10-24T18:41+0400
2021-10-24T18:41+0400
parad
qarabağ
qələbə
bakı
zəfər günü
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0a/425686685_0:289:3069:2015_1920x0_80_0_0_7e7faee5b7838e7401a4531c34b8ac96.jpg
BAKI, 24 oktyabr — Sputnik. Son günlər sosial şəbəkənin Azərbaycan seqmentində Noyabrın 8-i Zəfər günü ilə bağlı Bakıda hərbi paradan keçirilməsinə dair məlumatlar yayılmaqdadır. Lakin hələlik bununla bağlı rəsmi məlumat verilməyib. Sputnik Azərbaycan məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib.Ədalət Verdiyev bildirib ki, Azərbaycanın Ermənistan üzərində qazandığı qələbənin ilk ildönümü, təbii ki, tarixi bir hadisədir: "Mən Qələbənin ilk ildönümünün hərbi paradla qeyd olunacağını düşünürdüm. Lakin hələ də hərbi paradın keçiriləcəyinə dair real siqnallar, bu barədə təsdiqlənən və ya təsdiqlənməyən məlumatlar mövcud deyil. Təsdiqlənən tədbirlər planına uyğun olaraq həm Azərbaycan Silahlı Qüvvələrinin bütün vahidlərində, həm də bütün dövlət strukturlarında Zəfərimizin ilk ildönümünə həsr olunan təntənəli tədbirlər mütləq şəkildə keçiriləcək".İlk Zəfər paradıQeyd edək ki, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi olub. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib.Həmçinin Vətən müharibəsində qələbə münasibətilə həmin gün axşam Dənizkənarı Milli Parkın ərazisində atəşfəşanlıq olub. Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydaları və komendant saatı nəzərə alınaraq, Bakı sakinləri atəşfəşanlığın keçirildiyi əraziyə dəvət edilməyiblər.Eləcə də oxuyun:* Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərin toplanışını keçirəcək* Müharibədən kadrlar: Ötən ilin bu həftəsi* XTQ-lərin taktiki-xüsusi təlim başa çatıb* Ordumuzun "hörümçək adamları" - xüsusi təyinatlıların təlimindən video* Azad olunan rayonlarda yeni hərbi obyektlər istifadəyə verilib
https://sputnik.az/20201210/Azrbaycanda-Zfr-parad-keirilib-425686818.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0a/425686685_0:0:2731:2048_1920x0_80_0_0_300da9b43348913e882be7737d33973b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
parad, qələbə, bakı, zəfər günü
parad, qələbə, bakı, zəfər günü
Bakıda hərbi parad olacaq?
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.
BAKI, 24 oktyabr — Sputnik. Son günlər sosial şəbəkənin Azərbaycan seqmentində Noyabrın 8-i Zəfər günü ilə bağlı Bakıda hərbi paradan keçirilməsinə dair məlumatlar yayılmaqdadır. Lakin hələlik bununla bağlı rəsmi məlumat verilməyib.
Sputnik Azərbaycan məsələ ilə bağlı hərbi ekspert
Ədalət Verdiyevin fikirlərini öyrənib.
Ədalət Verdiyev bildirib ki, Azərbaycanın Ermənistan üzərində qazandığı qələbənin ilk ildönümü, təbii ki, tarixi bir hadisədir: "Mən Qələbənin ilk ildönümünün hərbi paradla qeyd olunacağını düşünürdüm. Lakin hələ də hərbi paradın keçiriləcəyinə dair real siqnallar, bu barədə təsdiqlənən və ya təsdiqlənməyən məlumatlar mövcud deyil.
Düşünürəm ki, ölkə səviyyəsində hərbi parad keçirilməsə belə, güc strukturlarının birlik, hissə və bölmələrində bu möhtəşəm hadisənin qeyd edilməsi üçün tədbirlər planı artıq hazırlanıb və təsdiq də olunub.
Təsdiqlənən tədbirlər planına uyğun olaraq həm Azərbaycan Silahlı Qüvvələrinin bütün vahidlərində, həm də bütün dövlət strukturlarında Zəfərimizin ilk ildönümünə həsr olunan təntənəli tədbirlər mütləq şəkildə keçiriləcək".
Qeyd edək ki, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.
“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.
Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi olub. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib.
Həmçinin Vətən müharibəsində qələbə münasibətilə həmin gün axşam Dənizkənarı Milli Parkın ərazisində atəşfəşanlıq olub. Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydaları və komendant saatı nəzərə alınaraq, Bakı sakinləri atəşfəşanlığın keçirildiyi əraziyə dəvət edilməyiblər.
* Müharibədən kadrlar: Ötən ilin bu həftəsi
* XTQ-lərin
taktiki-xüsusi təlim başa çatıb
*
Ordumuzun "hörümçək adamları" - xüsusi təyinatlıların təlimindən video