DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Horadizlə üzbəüz İran şəhərindən Azərbaycana yol çəkiləcək

© Azerbaijan Railways CJSCDəmiryolu, arxiv şəkli
Dəmiryolu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.10.2021
Abunə olmaq
Rüstəm Qasemi dəmir yolu ilə paralel olaraq magistral avtomobil yolunun çəkiləcəyini nəzərə çatdırıb.
BAKI, 24 oktyabr - Sputnik. Ərdəbildən Parsabada, oradan da Azərbaycana dəmir yolu xətti çəkiləcək.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi deyib. Prezident İbrahim Rəisi ilə birlikdə Ərdəbil vilayətinə səfər edən nazir onu da nəzərə çatdırıb ki, bu yolun inşası üçün artıq 100 milyard tümən vəsait ayrılıb.
Rüstəm Qasemi dəmir yolu ilə paralel olaraq magistral avtomobil yolunun çəkiləcəyini nəzərə çatdırıb.
Qeyd etmək lazımdır ki, İranın Parsabad şəhəri Araz çayının sahilində Azərbaycanın Horadiz qəsəbəsi ilə həmsərhəd regionda yerləşir.
Eləcə də oxuyun:
* İran XİN rəhbəri Bayramovla söhbətindən sonra münasibətlərə şərh verdi
* Ceyhun Bayramovla iranlı həmkarı arasında telefon danışığı olub
* Ərdoğanın Cənuba mesajı – İrandakı dairələr narahatdır
* Rusiya XİN-dən Azərbaycan-İran münasibətlərinə tövsiyə
* İrandan sensasiyalı qərar: Yük maşınlarının Qarabağ və Laçına girişi qadağan olundu
* Xankəndiyə qanunsuz yük apardığına görə saxlanan iranlı sürücülər ölkələrinə qaytarılıblar
Xəbər lenti
0