Layihə barədə

Sputnik xəbər agentliyi qlobal media məkanında fəaliyyətə 2014-cü il noyabrın 14-də başlayıb. Sputnik hər bir ölkənin özünün milli maraqları, mədəniyyəti, tarixi, ənənələri olan çoxqütblü dünyanı əks etdirir.
Sputnik, başqalarının demədiyini deyir.
Agentlik həm alternativ xəbər kontentini təqdim edir, həm də radioyayıcı qismində çıxış etməklə unikal funksiyanı yerinə yetirir. Sputnik tam olaraq xarici auditoriyaya istiqamətlənib.
Sputnik-in dünyanın böyük paytaxtlarındakı hər bir redaksiyası öz saytına malikdir və yerli radiostansiyaların studiyalarından yayım təşkil edir. Sputnik-in dünyanın 30 dilində radioyayımının ümumi saat həcmi artıq 2015-ci ildə dünyanın 34 ölkəsində 130 şəhərdə sutkada 800 saatdan çox olacaq.
Agentliyin öz multimedia mətbuat mərkəzləri mövcuddur, özü saytlar üçün kontent yaradır, yerli auditoriya üçün radioyayım təşkil edir. Radioyayım yalnız müasir formatlarda mövcud olacaq: FM-diapazonda, rəqəmsal formatlarda: DAB/DAB+ (Digital Radio Broadcasting), HD-Radio, həmçinin mobil telefon və internetdə.
Sputnik öz multimedia kontentini yaradır və rus, Azərbaycan, ingilis, ərəb, erməni, gürcü, dəri, ispan, qazax, krım-tatar, qırğız, Çin, kürd, latış, moldovan, alman, tacik, polyak, portuqal, puştu, serb, türk, özbək, Ukrayna, fin, fransız, hindi, eston və yapon dillərində yayımlanır. Xəbərlərin fasiləsiz buraxılışı üçün Vaşinqtonda, Qahirədə, Pekində və Montevideoda regional redaksiyalar 24/7 rejimində işləyirlər.
Sputnik fotoxidməti, bütün dünya üzrə fəaliyyət göstərən fotomüxbir şəbəkəsidir.
Xəbər lenti
0