Sputnik Azərbaycan
@SputnikAz 3.25K участников
Telegram Widget
🇦🇿🇦🇲 Rəsmi Bakı Ermənistan Baş naziri Nikol Paşinyanın iddialarına cavab verib.

"Bəs bütün bunlar həqiqətən nə deməkdir? Cənab baş nazir Nikol Paşinyan, qoy sizin əməlləriniz sözdən daha çox danışsın", – qeyd edilib.

Diqqətə çatdırılıb ki, Ermənistanın “sülhsevər hekayəniz” regionda davamlı sülh və sabitliyin bərqərar olmasının ən mühüm sütunundan, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətdən yayınır.
Telegram Widget
Sputnik Azərbaycan
Əsl “peşəkar” ad gününü də iş başında qeyd etməlidir. Teleqram kanallarda yayılan məlumata görə, kadrlar “German hospital” klinikasında həkim Ləman Əliyeva əməliyyat apararkən çəkilib. Videoçəkilişin nə zaman edildiyi dəqiqləşdirilmir.
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim hazırda işdən kənarlaşdırılıb.

Bununla bağlı "German hospital"ın direktor müavini Səftər Əliyev "Oxu Az"a açıqlamasında bildirib.

Qeyd edilib ki, məlum video yayılandan sonra dərhal müəssisə rəhbərliyi tərəfindən beş nəfərdən ibarət komissiya yaradılıb.

"Videoda görüntülənən əməkdaşlar kiçik tibb bacılarıdır. İzahatları alındı, barələrində rəsmi qaydada töhmət elan olundu. Həmçinin həkim-ginekoloq Ləman Əliyeva araşdırmalar tam yekunlaşana qədər işdən kənarlaşdırıldı", – bildirilib.

Klinika, həkimlə əməkdaşlığı davam etdirəcəyi ilə bağlı daha sonra qərar verəcək.
Telegram Widget Telegram Widget
"SİMA İMZA" tətbiqi vasitəsilə istifadəçilərə göndərilən bildiriş mesajları haker hücumu kimi qiymətləndirilib.

Daha sonra "SİMA" yaranmış narahatlığa görə üzr istəyib.

Bildirilib ki, bildiriş funksiyasının təkmilləşdirilməsi məqsədilə işlər aparılıb.
Telegram Widget
🇹🇷 Ankarada tikinti sahəsinin çökməsi nəticəsində iki fəhlə həyatını itirib.

"TRT Haber” xəbər verir ki, Şentəpə məhəlləsində çoxmənzilli binanın kanalizasiya xəttinə qoşulma işləri aparılarkən çökmə baş verib.

Tikintiyə rəhbərlik edən şəxs saxlanılıb.
Telegram Widget
Sputnik Azərbaycan
Vüqar Həşimovun atası İkinci fəxri xiyabanda dəfn olunub. Qasım Həşimov daha əvvəl yaşadığı evdə baş vermiş partlayış nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.
Beynəlxalq Şahmat Federasiyası mərhum qrossmeyster Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib.

"Azərbaycanın əməkdar şahmat məşqçisi Qasım Həşimov kədərli şəkildə dünyasını dəyişib. Onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - paylaşımda bildirilib.

ℹ️ Qasım Həşimov Novxanı kəndindəki fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. O, yanvarın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.
Telegram Widget
Sputnik Azərbaycan
Gürcüstanda sabah matəm günüdür. Baş nazir İrakli Kobaxidze Qal rayonunda yanğın nəticəsində beş uşağın həlak olması ilə bağlı ölkədə matəm elan edilib.
🇦🇿🇬🇪 Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı verib.

Qeyd edilib ki, Qali rayonunun Saberio kəndində baş vermiş yanğın nəticəsində beş uşağın həlak olması xəbəri bizi son dərəcə sarsıtdı.

"Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olan uşaqların ailəsinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm", – Dövlət başçımızın İrakli Kobaxidzeyə başsağlığı məktubunda bildirilir.
Telegram Widget
İsrail baş naziri Netanyahu əsas tərəfdaşı olan Donald Trampın inauqurasiya mərasimində iştirak üçün ABŞ-a yollanmayacaq - The Times of Israel.

Yanvarın 20-də Birləşmiş Ştatların yeni prezidenti vəzifəsinin icrasına başlayacaq.
Telegram Widget
Azərbaycan pasportu dünyada sərbəst hərəkət gücünə görə “Henley&Partners” viza indeksi reytinqində ötən il 70-ci yerə qalxıb. İrəliləmə altı pillə olub.

Ölkə pasportunun sahiblərinin vizasız səfər edə biləcəyi ölkələrin sayı da artaraq 72-ə çatıb.

Qonşu ölkələrdən Gürcüstan pasportu 44-cü (vizasız 122 ölkəyə giriş) və Ermənistan 72-ci (vizasız 68 ölkəyə giriş) yerdə qərarlaşıb.

Reytinqin ilk sırasında isə 195 ölkəyə vizasız yollanmağa imkan verən Sinqapur pasportu qərarlaşıb.
Telegram Widget
İsrailin zərbələri nəticəsində 2023-cü ilin oktyabrından Qəzzada həlak olanların sayı 46 min nəfəri ötüb – anklav səhiyyə nazirliyi.
Telegram Widget
Qazaxıstan senatı AİB-də bank zəmanətlərinin qarşılıqlı tanınması razılaşmasını ratifikasiya edib.

Bu sənəd Birliyin bir ölkəsindən olan şirkətin digər AİB üzvü ölkəsində dövlət satınalma prosesində iştirakına imkan yaradacaq.
Telegram Widget
Sürücülərə: Xətai rayonu, Yusif Səfərov küçəsində nəqliyyat qəzası baş verib.

Nəticədə Heyedər Əliyev prospekti və mərkəz istiqamətlərində nəqliyyat sıxlığı müşahidə olunur.
Telegram Widget
Rusiya həm Ermənistanla, həm Azərbaycanla münasibətlərə dəyər verir – Peskov.

Prezident sözçüsü Rusiyanın Cənubi Qafqazda sülh, sabitlik və etimadın olmasında maraqlı olduğunu vurğulayıb.
Telegram Widget
Sputnik Azərbaycan
Ermənistanın Avropa İttifaqına daxil olması qərarı yalnız ümumxalq referendumunda verilə bilər – Nikol Paşinyan. Ölkə hökuməti Aİ-yə qoşulma prosesinin başlanması haqda qanun layihəsini bəyənib və parlamentə göndərilməsini qərarlaşdırıb.
Eyni zamanda iki təşkilatın üzvü olmaq mümkün deyil, AİB-də üzvlük faydalar təqdim edir - Moskva İrəvanın Avropa ittifaqına üzvlüyü haqda.

Bununla yanaşı Kreml sözçüsü Dmitri Peskov qeyd edib ki, Ermənistanın Aİ-yə üzvlüyü məsələsi ölkənin suveren haqqıdır.
Telegram Widget
Rusiya AZAL təyyarəsinin Qazaxıstanda qəzaya uğramasının səbəblərinin araşdırılmasına bütün lazımi dəstəyi verir – Kreml.

Prezidentin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva Azərbaycan laynerinin qəzasının obyektiv və qərəzsiz araşdırılmasında maraqlıdır.