Şuşanın azad olunması xəbəri yaralı olduğunu hiss etdirmədi: Axısqalı qazinin xatirələri
© Sputnik / Ilham MustafaVətən Müharibəsi qazisi Ramuz Meraliyev
© Sputnik / Ilham Mustafa
Abunə olmaq
Qazi Ramuz deyir ki, Topxana meşəsində ermənilər getdikləri bütün istiqamətlərdə tələlər qurub, ağaclara qumbaralar bağlayıbmışlar.
BAKI, 29 oktyabr — Sputnik. Vətən müharibəsində qələbənin qazanılmasında əsas amillərdən biri də xalqımızın birlik və həmrəyliyi oldu. Millətindən, dilindən, dinindən asılı olmayaraq bütün vətəndaşlarımız övladlarını Vətənin bütövlüyü uğrunda savaşa göndərməkdən çəkinmədi. Ölkəmizdə yaşayan Axısqa türklərindən də Vətən müharibəsində igid döyüşçülər iştirak ediblər.
Belə qazilərimizdən biri də Vətən müharibəsi könüllüsü, Şəmkirin Sarıtəpə kəndində yaşayan Ramuz Meraliyevdir.
Vətən müharibəsi başlayanda Ramuz bir neçə ay idi ki, hərbi xidmətdən evə qayıtmışdı. Buna baxmayaraq o yenə könüllü olaraq döyüşlərə yollanıb. Vətən müharibəsinin sonuna qədər döyüşlərdə iştirak edib. Onun atası Virşan Meraliyev Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində özünün də döyüşlərə yollanmaq üçün komissarlığa müraciət etdiyini söyləyib.
© Sputnik / Ilham MustafaVətən Müharibəsi qazisi Ramuz Meraliyevin fotosu
Vətən Müharibəsi qazisi Ramuz Meraliyevin fotosu
© Sputnik / Ilham Mustafa
”Müharibə başlananda oğlum da könüllü getdi. Əlaqə saxlaya bilmirdik. Hər gün televizora baxırdıq, həyəcan çəkirdik. Sonra dözə bilmədim, komissarlığa getdim, dedim ki, məni də aparın. Dedilər, Allaha şükür, əsgərlərimiz yetərlidir, sizə ehtiyac yoxdur. Qürur duyurdum ki, oğlum döyüşür. Torpağı, Vətəni qoruyur. Allaha dua edirdik ki, müharibəni qazanaq, dövlətimiz bu savaşdan üzüağ çıxsın”, - Virşan Meraliyev bir il əvvəl keçirdiyi hissləri bölüşüb.
Ramuzun döyüş yolu Füzuli rayonu istiqamətindən başlayıb. Düşmən mövqelərini vurub, orada möhkəmləndikdən sonra Şuşaya yola düşüblər. O ilk dəfə Şuşa istiqamətində yaralansa da şəhərin azad edilməsi xəbərinin sevincindən yarasını hiss etmədən savaşa davam edib. O günləri Ramuz belə xatırlayır:
© Sputnik / Ilham MustafaVətən Müharibəsi qazisi Ramuz Meraliyev ailəsi ilə birgə
Vətən Müharibəsi qazisi Ramuz Meraliyev ailəsi ilə birgə
© Sputnik / Ilham Mustafa
“Noyabrın 4-də Füzulidən Şuşa istiqamətinə hərəkətə başladıq. Maşınlarla getmək təhlükəli olduğundan Topxana meşəsində maşınlardan düşərək piyada getməliydik. Yolumuzun hər addımında tələlər qurulmuşdu. Ən çox ağaclara məftillə qumbaralar bağlamışdılar ki, piyada keçəndə məftil dartılsın, qumbara partlasın. Bir neçə yerdə canlı pusqu da qurmuşdular. Belə pusqunun birində düşməni məhv etsək də altı yaralımız oldu. Orada mən də ayağımdan yüngül yara aldım, lakin yüngül olduğundan hərəkətə davam etdim”.
Ramuz döyüş xatirələrini danışarkən birlikdə olduğu birləşmədə dilindən, dinindən fərqi olmadan hər kəsin düşmən üzərində qələbəyə kökləndiyini söyləyib:
© Sputnik / Ilham MustafaVətən Müharibəsi qazisi Ramuz Meraliyevin medalı
Vətən Müharibəsi qazisi Ramuz Meraliyevin medalı
© Sputnik / Ilham Mustafa
“Heç kim döyüşdən çəkinmirdi. Fikirləşirdik ki, hamımız bir dövlətin əsgəriyik. Fərqi yoxdu, talış da, ləzgi də, digərləri də - hamımız Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşürdük. Orada olanda heç kim medal haqda fikirləşmirdi”.
Ramuzun olduğu hərbi birləşmə Şuşaya çatdıqdan sonra da düşmənin əks-həmləsinə və artilleriya atəşinə məruz qalıb. Yaxınlığına düşən minaatan mərmisi nəticəsində xəsarət alıb. Şuşanın azad olunması elan olunan gün o, Hadruta, oradan isə müalicə üçün hospitala göndərilib. Onun kəndə dönüşü isə bütün kənd sakinləri arasında sevinclə qarşılanıb.
Ramuz Meralıyev Vətən müharibəsində göstərdiyi igidliyə görə “Döyüşdə fərqlənməyə görə” və “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.
Eləcə də oxuyun:
* Xüsusi təyinatlı xilaskar: Polkovnikin gözünə iynə vuran vaxt güllə ürəyinə dəyib...
* Dastana dönüşün bir ili: Aclığı quzuqulağı ilə yatırmağı Xudayara kim öyrətmişdi?
* Vətən müharibəsi şəhidlərinin yeni siyahısı açıqlanıb
* "Kiçik qızım şəklə baxıb məni yadına salar" - uşaqları yuxudan oyadıb son şəklini çəkdirdi
* Şəhid olsam, ağlamayın, başınızı uca tutub fəxr edin - kapitan Zülfüqar Qubatov
* Gəncə hadisələrinin şahidi olan jurnalist: "Qadınların sözləri mənə çox təsir etdi"
* Ermənilərin snayperlə vurduqları hərbçimiz son mənzilə yola salındı
* Beş günün bəyi olan Aqil: Arzular onunla məzara getdi
* Qələbəyə bir neçə saat qalmış - "Şuşada cansız bədənini tapdım..."