Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Vətən müharibəsi şəhidlərinin yeni siyahısı açıqlanıb

© Photo : TRENDŞəhidin dəfni
Şəhidin dəfni - Sputnik Azərbaycan, 1920, 21.10.2021
Abunə olmaq
Müdafiə Nazirliyi bildirib ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.
BAKI, 21 oktyabr — Sputnik. Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb.
Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından oktyabrın 21-dək dəfn edilən 2908 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 6 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.
"İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!", - məlumatda bildirilib.

Həmçinin oxuyun:

Azərbaycanda itkin düşən daha bir hərbçinin meyiti tapılıb
Gəncədə dəfn olunmuş 49 naməlum şəhidin qəbri ekshumasiya edilib
Ermənistan indiyədək müharibədə itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir
Xəbər lenti
0