QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Beş günün bəyi olan Aqil: Arzular onunla məzara getdi

© Sputnik / Leyla Abdullayeva Həsənov Aqil
 Həsənov Aqil - Sputnik Azərbaycan, 1920, 13.10.2022
Abunə olmaq
Anası uşaqlıqdan hərbçi olduğu üçün oğlunu doyunca görə bilmədiyini, həyatdakı bütün arzularının onunla birlikdə məzara getdiyini anladıb.
BAKI, 13 oktyabr — Sputnik. 44 günlük Vətən müharibəsində canını bu torpağa fəda edən oğullarımızdan biri də Aqil Həsənovdur. O, Vətən müharibəsində Şabranın ilk şəhidi olub.
Aqil 1996-cı ildə Şabran rayonunun Pirəmsən kəndində dünyaya göz açıb. Hələ uşaqlıqdan Vətənə, torpağa olan sevgisi onun 14 yaşından ailəsindən uzaqlaşaraq Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almasına səbəb olur. Daha sonra Aqil Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Buranı da yüksək qiymətlərlə bitirdikdən sonra Beyləqanda yerləşən N saylı hərbi hissələrin birində zabit kimi çalışmağa başlayır. 2020-ci il sentyabrın 27-də düşmənə qarşı əks-hücüm zamanı müharibəyə yollanır. Və cəbhə onun son xidmət yeri olur.
© Sputnik / Leyla Abdullayeva Həsənov Aqil
 Həsənov Aqil - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Həsənov Aqil
Şəhidimizin anası Vəfa Həsənova göz yaşları içində yeganə oğlu haqqında Sputnik Azərbaycan-a danışır. Ana övladının heç uşaqlığını belə, doyunca görə bilmədiyini, onun yoxluğu ilə barışmadığını bildirir:
“Aqilin uşaq vaxtından hərbiyə həvəsi vardı. 14 yaşından hərbi liseyə, oradan da ali hərbi məktəbə qəbul oldu. Demək olar ki, mən oğlumu doyunca görə bilmədim. Sonra da işləməyə başladı. Arzusu vardı ki, bir müddət işlədikdən sonra şəhərdə ev alıb bizi aparsın yanına və biz birlikdə yaşayaq. Amma bütün arzuları kimi bu arzusu da ürəyində qaldı balamın".
© Sputnik / Leyla Abdullayeva Həsənov Aqil ailəsi ilə
 Həsənov Aqil - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Həsənov Aqil ailəsi ilə
Vəfa Həsənova oğlunun sonuncu zəngini belə xatırlayır:
“Son danışığımız sentyabrın 26-sı gecə saatlarında oldu. O, bizim ailəvi şəklimizi istədi. Şəkli göndərdik. Amma baxa bilməyib. Çünki elə sentyabrın 27-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Mənimlə hər danışanda bərk-bərk tapşırırdı ki, özünüzdən muğayat olun. 27-də nə qədər zəng elədik, amma əlaqə saxlaya bilmədik. Həmin gün içimə bir ağırlıq çökmüşdü. Heç yerdə özümə yer tapa bilmirdim. 28-i oldu. Aqildən zəng gözləyirdik. Kənd camaatı bilirmiş onun şəhid olduğunu, biz bilmirdik. Həmin günü gecə saatlarında bizə Aqilin bibiləri gəldilər. Onun yaralı olduğunu dedilər. Yoldaşımla mən düşündük ki, yaralını hospitala aparırlar, evə yox. O anda dünyamıza qaranlıq çökdü. Həmin gündən Aqillə bərabər arzularımız, ümidlərimiz, gülüşlərimiz, bayramlarımız qəbirə qoyuldu”.
© Sputnik / Leyla Abdullayeva Həsənov Aqil
 Həsənov Aqil - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Həsənov Aqil
Adı dastanlara yazılan şəhidimiz beş günün bəyi olub. Evləndiyi altı ay idi. Hərbi işi ilə əlaqədar toyundan beş gün sonra yoldaşını qoyub xidmətə getmək qərarına gəlir. Aqilgil üç uşaq olublar - iki qız, bir oğlan. Şəhidimiz evin böyük övladı olub.
© Sputnik / Leyla Abdullayeva Həsənov Aqilin “Füzulinin azad olunmasına görə” medalı
 Həsənov Aqil - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Həsənov Aqilin “Füzulinin azad olunmasına görə” medalı
Vəfa ana oğlunu ölümündən sonra üç dəfə yuxuda gördüyünü deyir və onları bizə danışır:
"Ölümündən sonra Aqilimi yuxuda üç dəfə gördüm. Sonuncu dəfə uzaqdan gördüm. Əynində ağ libas vardı. Saçı uzun və qapqara idi. Qarşısında uşaqlar vardı. Onlara əl-qol hərəkətləri ilə rəqs dərsi keçirdi. Yuxudan ayılanda o qədər ağladım ki, çünki onu daha görməyəcəyimi anladım. Bu, çox dəhşətli hissdir. Bunu ancaq yaşayan bilər”.
© Sputnik / Leyla AbdullayevaŞəhidimiz ölümündən sonra “Vətən uğrunda“ və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib
 Həsənov Aqil - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Şəhidimiz ölümündən sonra “Vətən uğrunda“ və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib
Şəhidimiz ölümündən sonra “Vətən uğrunda“, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
Xəbər lenti
0