CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Kiçik qızım şəklə baxıb məni yadına salar" - uşaqları yuxudan oyadıb son şəklini çəkdirdi

© Sputnik / Ilham MustafayevVətən müharibəsi şəhidi Timur Əliyevin fotosu
Vətən müharibəsi şəhidi Timur Əliyevin fotosu - Sputnik Azərbaycan, 1920, 21.10.2021
Abunə olmaq
Yaralansa da sonadək döyüşü davam etdirərək şəhadətə ucalan qəhrəmanımız Timur Əliyev evə son gəlişində uşaqlarını yuxudan oyadıb şəkil çəkdirib ki, onlara xatirə qalsın.
BAKI, 21 oktyabr — Sputnik. Torpaqlarımızın azad edilməsi uğrunda canından keçən igidlərimizdən biridə Timur Əliyev olub. Qazax rayonunun Xanlıqlar kəndindən olan qəhrəmanımız Füzuli istiqamətində döyüşlərə başlayıb. Həmlə batalyonunun tərkibində düşmənə ağır zərbələr endirib.
Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Timur evin tək oğlu olmasına baxmayaraq, hərbçi olmağı qərara alıb. Onun atası Nurəddin Əliyev Sputnik Azərbaycan-a müsahibəsində övladına hərbçi olmağı tövsiyyə etdiyini deyib:
"Həqiqi hərbi xidmətdə olanda dedi ki, mənim müddətdən artıq qalıb işləməyimi istəyirlər. Soruşdum, qalmaq istəyirsənmi? Dedi, ata-baba torpaqlarımızın işğal altda olması mənə çox ağır gəlir. Mən də dedim ki, bu sənə ağır gəlirsə, get onda hərbçi ol, öz töhfəni ver".
© Sputnik / Ilham MustafayevVətən müharibəsi şəhidi Timur Əliyevin ailəsi
Timur Əliyev - Sputnik Azərbaycan, 1920, 20.10.2021
Vətən müharibəsi şəhidi Timur Əliyevin ailəsi
Nurəddin Əliyev deyir ki, vətən anadır və hər bir oğul vətəni qorumalıdır. Ona görə də oğlunun bu peşəni seçməsi ürəyincə olub.
"İdmançı idi, boksla məşğul olurdu. Mən fəxr edirəm oğlumla ki, o, azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olub", - deyir Nurəddin Əliyev.
Timur ilk günlərdən vətən müharibəsinə qoşulub. Bir neçə uğurlu döyüşdən sonra oktyabrın 13-də Füzuli rayonunun Əbdurrəhmanlı kəndi istiqamətində minaatan mərmisi qəlpəsindən ağır yaralanıb. Buna baxmayaraq döyüşə davam edib və şəhidlik zirvəsinə ucalıb. Özündən sonra iki qız övladını yadigar qoyub.
© Sputnik / Ilham MustafayevVətən müharibəsi şəhidi Timur Əliyevin fotoları
Timur Əliyev - Sputnik Azərbaycan, 1920, 20.10.2021
Vətən müharibəsi şəhidi Timur Əliyevin fotoları
Həyat yoldaşı Könül Əliyeva Timurun övladlarına çox bağlı biri olduğunu söyləyib. Hətta son anda vaxt edib gəlib övladları ilə görüşüb, sonra müharibəyə yollanıb. O, qapıdan çıxarkən, iki qızını həyat yoldaşına əmanət qoyub getdiyini deyib:
"Ayın 26-ı, axşam saat 10-11 radələri idi. Uşaqlar yatmışdı. Gəldi, uşaqları soruşdu, dedim yatıblar. Dedi uşaqları oyat, onlarla şəkil çəkdirəcəm. Dedim, sabah çəkdirərsən də. Dedi yox, mən 10 dəqiqəyə qayıtmalıyam. Uşaqları qucağına aldı, şəkillərini çəkdim. Mənə dedi, ay Könül o şəkilləri saxla, böyük qızımızın 6 yaşı var, tanıyır məni. Amma balaca ola bilsin ki, yadda saxlamadı, şəkilə baxıb yadına salar. Birinci dəfə onda dedi ki, həyatdı, bilmək olmaz, bəlkə heç qayıtmadım. Sonra da güldü, dedi zarafat eləyirəm və getdi".
© Sputnik / Ilham MustafayevVətən müharibəsi şəhidi Timur Əliyevin fotosu
Timur Əliyev - Sputnik Azərbaycan, 1920, 20.10.2021
Vətən müharibəsi şəhidi Timur Əliyevin fotosu
Bu elə Timurun doğma ocağına, balalarının yanına son gəlişi olub.
Timur Qazax rayonunun Xanlıqlar kəndində dəfn olunub. "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Xəbər lenti
0