QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qələbəyə bir neçə saat qalmış - "Şuşada cansız bədənini tapdım..."

© Sputnik / Ilham MustafayevElçin İbrahimov
Elçin İbrahimov - Sputnik Azərbaycan, 1920, 09.10.2021
Abunə olmaq
44 günlük müharibədə Vətən uğrunda canlarını fəda edən oğullar nəticədə Zəfəri xalqımıza qazandırmış oldular. Belə qəhrəmanlarımızdan biri də 25 yaşında Şuşa uğrunda döyüşlərdə şəhadətə ucalan Elçin İbrahimovdur.
BAKI, 9 oktyabr — Sputnik. Ağstafa şəhər sakini Elçin İbrahimovun arzusu hərbçi olmaq olub. Hərbi xidmətdən gəldikdən sonra da bu haqda düşünüb. Müharibənin başlaması ona bir fürsət verib. Vətənpərvər olan Elçin evin tək oğlu olmasına baxmayaraq tərəddüd etmədən döyüşlərə könüllü qatılıb. Atası Rövşən İbrahimov Elçinin onlara döyüşlərə könüllü yollanacağını dedikdə etiraz etmədiklərini söyləyib.
© Sputnik / Ilham MustafayevŞəhid Elçin İbrahimovun atası Rövşən İbrahimov
Elçin İbrahimov - Sputnik Azərbaycan, 1920, 09.10.2021
Şəhid Elçin İbrahimovun atası Rövşən İbrahimov
“Gəldi dedi ki, mənim sinif yoldaşlarım hamısı gediblər müharibəyə. Təkcə mən qalmışam. Dedim, getmək istəyirsən, get, mən nə deyə bilərəm? Özü könüllü getdi. Tez-tez danışırdıq. Demək olar, müharibənin 44 gününün 43 günü danışmışıq. Axırıncı dəfə zəng elədi ki, bir də siz zəng etməyin. Burada şəbəkə yoxdur, özüm yığacam. O, son zəngi oldu. Səhəri gün Şuşadan şəhid olması xəbəri gəldi”, - deyə ata bildirib.
© Sputnik / Ilham MustafayevŞəhid Elçin İbrahimovun fotoları
Elçin İbrahimov - Sputnik Azərbaycan, 1920, 09.10.2021
Şəhid Elçin İbrahimovun fotoları
Tanıyanlar onu mülayim xasiyyətli, dostcanlı, vətənpərvər, qoçaq bir gənc kimi dəyərləndirirlər. Qohumu qazi Raqif Məmmədov onunla son dəfə Gəncədə görüşüb. Orada şəkil çəkdirmək imkanı da olub. Sonradan tale onları cəbhənin müxtəlif istiqamətlərinə ayırıb. 44 günlük müharibənin sonunda Raqif onu Şuşada axtarsa da, yalnız cansız bədənini tapıb.
© Sputnik / Ilham MustafayevŞəhid Elçin İbrahimovun qohumu Raqif Məmmədov
Raqif Məmmədov - Sputnik Azərbaycan, 1920, 09.10.2021
Şəhid Elçin İbrahimovun qohumu Raqif Məmmədov
“Mən bilmirdim onun şəhid olmağını. Şuşada onunla xidmət edən uşaqları gördüm. Onlar dedilər ki, "Şuşaya kimi birgə gəldik, sonra görmədik, deyəsən, adı itkinlər siyahısındadır". Şuşada axtardım onu. Gördüm, dərədə şəhidlərimiz var. Aralarında 4-5 metr məsafə olmaqla 6 nəfər şəhid var idi. Üstlərini örtüb ətrafı axtaranda gördüm bir nəfər də qayanın dibində şəhid olub. Üzünü çevirəndə Elçini tanıdım. Onlar, çox güman, kolonla yol gedirmişlər. Minaatan atəşinə düşüblər. Yəqin, birinci mərmi yaralayıb, ikinci mərmidən şəhid olub. Ayağı sınıq idi, jqutla bağlanmışdı”, - deyə Raqif qohumu ilə son görüşünü yada salıb.
© Sputnik / Ilham MustafayevŞəhid Elçin İbrahimovun adına xatirə bulağı
Elçin İbrahimov - Sputnik Azərbaycan, 1920, 09.10.2021
Şəhid Elçin İbrahimovun adına xatirə bulağı
Elçin ölümündən sonra Şuşanın azad olunmasına görə "Cəsur döyüşçü", "Vətən uğrunda" medalları ilə təltif olunub. Yaşadığı küçədə onun xatirəsinə bulaq kompleksi inşa edilib.
Xəbər lenti
0