Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncə hadisələrinin şahidi olan jurnalist: "Qadınların sözləri mənə çox təsir etdi"

© Sputnik / Nigar IskanderovaTürkiyəli jurnalist Hüseyin Atam
Türkiyəli jurnalist Hüseyin Atam - Sputnik Azərbaycan, 1920, 17.10.2021
Abunə olmaq
Gəncə hadisəsinin vandalizmi bu gün Hüseyin Atamın evinin bir köşəsində əbədiləşib
BAKI, 17 oktyabr — Sputnik. 44 günlük müharibə zəfərlə bitsə də, bu müharibə dövrü bir daha yaddaşlarda erməni vandalizmi ilə qaldı. Gəncə, Bərdə bombalandı, mülki əhaliyə hücum edildi, xeyli sayda yaralanan və ölən oldu. Ölən və yaralananlar arassında körpələr də oldu. Yaralananlar arasında erkən yaşda validyenlərini itirən körpələr də var idi. Müharibə həm də informasiya savaşı ilə yadda qaldı. Bu savaşda Azərbaycana qardaş Türkiyə mediası yaxından kömək edirdi.
"Doruk Media"nın rəhbəri Hüseyin Atam da bu savaşda yanımızda olub. Gəncə hadisələrinin ildönümündə Azərbaycana gələn Hüseyin Atamın Azərbaycana səfər çərçivəsində diasporanın köməkliyi ilə Şuşaya, Ağdama səfəri gözlənilsə də, təəssüf ki, bu baş tutmayıb. Ötən il Gəncədə baş verən hadisələrin şahidi olan və bunu öz media orqanından bütün dünyaya car çəkən Hüseyin Atam budəfəki səfəri çərçivəsində yenidən Gəncəyə üz tutub.
© Photo : Courtesy of Huseyn AtamTürkiyəli jurnalist Hüseyin Atam Gəncə terrorunun şahidi olub
Hüseyn Atam - Sputnik Azərbaycan, 1920, 17.10.2021
Türkiyəli jurnalist Hüseyin Atam Gəncə terrorunun şahidi olub
II Qarabağ Müharibəsi dövründə Gəncədə, həmçinin də Tərtərdə olaraq güllələrin yağdığı bir şəraitdə çəkilişlərini davam etdirən Hüseyin Atamı Azərbaycana bağlayan, daha da doğmalaşdıran bir səbəb də var.
Sputnik Azərbaycan Hüseyin Atamla söhbətləşib. Həmkraımız hələ uşaqlıq dövründə Qarabağla bağlı prosesleri yaxından izləyib, müxtəlif illərdə baş verən müəyyən hadisələr onda bir ümid qığılcımı yaradıb: "Uşaqlığımda Qarabağ müharibəsindən çox təsirlənmişdim. Qarabağ hər zaman içimdə bir yara olaraq qalırdı. Məktəb illərində artıq Qarabağ müharibəsi ilə bağlı araşdırmalara başalmışdım. Torpaqlarımızın bir hissəsi ermənilər tərəfindən işğal olunduğu üçün düşündükcə məyus olur, şok keçirirdim. İllər ötdükcə, böyüdükcə bu yara içimdə daha da böyüməyə başladı. Qarabağla bağlı bütün prosesləri izləyirdim, danışıqların nəticələrini analiz edirdim, hər dəfə də düşünürdüm ki, görəsən torpaqlarımız niyə geri qaytarılmır. ATƏT-in Minsk qrupunun bəyanatlarını izləyirdim, ortada heç bir nəticə yox idi. Artıq başa düşürdüm ki, ATƏT-in Minsk qrupunun danışıqlarından və bu prosesin sülh yolu ilə həllindən bir nəticə gözləmək mənasızdır".
© Photo : Courtesy of Huseyn AtamGəncə terrorundan geri qalanlar
Hüseyn Atam - Sputnik Azərbaycan, 1920, 17.10.2021
Gəncə terrorundan geri qalanlar
Hüseyin Atamın ulu babaları İrəvandan gəlmədirlər: "İrəvan xanlığı dağılan zaman onlar Arazın bu tayına keçiblər. Türkiyədə, yaxud da xaricdə təhsil aldığım müddətdə məndən haralı olduğumu soruşanda, köküm Azərbaycandandır, deyəndə ilk sual bu olurdu ki, niyə Qarabağ problemi bu yerdədir, həllini tapmır. Müxtəlif bəhanələr deyirdik. I Qarabağ müharibəsində torpaqlarımızın 20 faizi işğal olunmuşdu. Azərbaycan məğlub sayılırdı. Lakin biz artıq qalibik, başımız da dikdir. Ermənilər özləri də məğlubiyyətlərini qəbul edib və artıq onların içərisində bir çaxnaşma yaranıb".
Hüseyin Atam deyir ki, şəhid, Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığı, şəhadəti Azərbaycanla yanaşı bütün dünyadakı türkləri çox təsirləndirdi: "Onun qəhrəmanlığı ruhumuzu daha da canlandırdı. Daha sonra aprel döyüşləri baş verdi, ümidimiz artdı, dedik bəlkə bu dəfə nəsə olar. Aprel döyüşlərində "Doruk Media" olaraq cəbhə xəttindəki olayları işıqlandırırdıq. Ötən ilin iyul hadisələri və general Polad Həşimovun şəhid olması xəbəri və bunun ardından xalqın ayağa qalxaraq birləşməsi bu dəfə bizə daha çox ümid verdi, artıq müharibənin başlayacağı xəbərini gözləyirdim. Sentyabrın 27-də müharibə başlayanda biz də Türkiyədə informasiya savaşına başladıq".
© Photo : Courtesy of Huseyn AtamHüseyin Atamın oğlu Gəncədən gətirilmiş oyuncaq maşın ilə
Hüseyn Atam - Sputnik Azərbaycan, 1920, 17.10.2021
Hüseyin Atamın oğlu Gəncədən gətirilmiş oyuncaq maşın ilə
Türkiyəli həmkarımız bacardığı qədər sosial media vasitəsi ilə də həqiqəti paylaşıb: "Oktyabrın 10-da Azərbaycana gəldik. Gəldiyimiz gün əsas planımız əslində cəbhə xəttinə getmək idi və hazırlaşmışdıq ki, Bərdə üzərindən Tərtərə gedək. Bakıya çatdığımız gecə, oktyabrın 10-dan 11-ə keçən gecə erməni vəhşiliyinin bir daha şahidi olduq. Ermənilərin Gəncəyə vəhşicəsinə raket hücumunun olduğu xəbərini öyrəndik. Bu xəbəri eşidər-eşidməz Gəncəyə yola düşdük, yerindəcə vəziyyəti gördük. Ölənlər var idi. 10 şəhid və 40-dan artıq yaralı və onların içində körpələr də var idi. Körpə uşaqların həyatı param-parça olmuşdu, onların qırılan oyuncaqlarını yerdə görmək belə adamı təsirləndirirdi. Hazırda da bildiyim qədəri ilə həmin ərazi eyni vəziyyətdə qalıb, yəqin ki, muzey olaraq istifadə olunacaq".
Onlar Gəncəyə çatanda artıq cəsədlər aparılıbmış: "Ətrafdakı insanların gözlərində bir dəhşət var idi. Yerlə-yeksan olunan binanın qarşısındakı qadınlar qorxunun təsirindən ağlaşırdılar. Lakin mikrofonu onlara uzadanda ağlamadılar. Onlar bizi görən kimi yürüyə-yürüyə gəldilər, sual vermədən özləri danışmağa başladılar. Dedilər ki, o alçaqlar gedib bizim igidlərimizlə vuruşsunlar, mülki əhaliyə niyə hücum edirlər, kişidilərsə, igidrlərimizin qarşısına çıxsınlar, niyə gəlib uşaqla vuruşurlar? Onların bu sözləri mənə çox təsir etmişdi".
© Photo : Courtesy of Huseyn AtamTürkiyəli jurnalist Hüseyin Atam Gəncədə
Hüseyn Atam - Sputnik Azərbaycan, 1920, 17.10.2021
Türkiyəli jurnalist Hüseyin Atam Gəncədə
Gəncə hadisəsinin vandalizmi bu gün onun evinin bir köşəsində əbədiləşib: "Biz ermənilər kimi dünyaya qondarma bir şey göstərmirik. Onlar Xocalıdan baş verən hadisələrlə əlaqədar çəkilən şəkillərdən istifadə edərək, bunu azərbaycanlılar etdi, deyə bilirlər. Gəncəyə çatan kimi dərhal komandamıza tapşırıq verdim ki, ətrafda baş verənləri müşahidə edərək çəksinlər. Bir azərbaycanlı olduğum üçün dağılmış evlərdən bir neçəsinə daxil oldum. Hadisə baş verən yer ayrı bir ölkə deyil, mənim doğma vətənim idi. Türkiyə vətəndaşı olsam da, ata yurdum Azərbaycandır. Özümdən asılı olmadan evə girdim. Bəlkə də həmin vaxt üçün evə girməyim düzgün deyildir. Bina uçmuşdu, divarlar dağılmışdı, əşyalar param-parça idi. Birdən bir hissəsi torpağa batan qırıq bir oyuncaq gözümə dəydi. Maşın idi, onu özümlə götürdüm. Oğlum ağlıma gəldi, ötən il Əli Abbas 4 yaşında idi. Bütün oğlan uşaqları kimi o da maşınları çox sevir".
H.Atam deyir ki, bu maşını götürməyində məqsəd Gəncə hadisələrinin, erməni vandalizminin əyani nümunəsini oğluma göstərmək, onun qan yaddaşına həkk etdirmək idi: "Hər zaman xaricə gedəndə oğlum, ata mənə maşın alarsan, deyirdi. Budəfəki maşını isə Azərbaycandan, erməni vandalizminə məruz qalan Gəncədən idi. Maşını ona verəndə dedim ki, 2020-ci ilin 11 oktyabrında Gəncədə sənin bir qardaşının evi ermənilər tərəfindən bombalandı, bunu bil, unutma. Dedim ki, bu sənin evin idi, ayrı bir şəxsin evi deyildi. Ona başa saldım ki, bu evin onun İstanbulda yaşadığı bir evdən fərqi yoxdur. Həmin maşın hazırda da oğlumun yatağının üzərindəki rəfdədir, Əli Abbas bu maşını göz bəbəyi kimi qoruyaraq saxlayır".
© Sputnik / Nigar IskanderovaTürkiyəli iş adamı Hasan bey və Hüseyin Atam
Türkiyəli jurnalst Hasan bey və Hüseyin Atam - Sputnik Azərbaycan, 1920, 17.10.2021
Türkiyəli iş adamı Hasan bey və Hüseyin Atam
Əli Abbasın yaşı az olsa da, Azərbaycan haqda çox şey bilir: "Hələ bir neçə il öncədən Azərbaycanın himnini də öyrənib. Şəhidlər Xiyabanında da olub, Azərbaycanı çox sevir. Hətta bu dəfə də mənimlə gəlmək istəyirdi. Onunla gələndə Gəncəyə apararaq həmin yeri də göstərəcəyəm. Məncə uşaqlıqdan övladlarımıza bəzi şeyləri öyrətməliyik. Uşaqlarımız milli ruhda böyüməli və tariximizi bilməlidirlər. Onlar 20 Yanvar faciəsini, Xocalıda baş verənləri bilməlidirlər. Eyni zamanda da Qarabağ müharibəsi haqda da məlumatlı olmalıdırlar".
Hüseyin Atam deyir ki, bu faciəni unutmamalıyıq, unutdurmamalıyıq: "Bir söz var, unudulan soyqırım təkrarlanır. Çox şükür ki, ermənilərin üzərində qələbə qazandıq. Nə olur-olsun, biz bu baş verənləri unutmamalıyıq. Unudarsaq, bu hadisələr təkrarlanar. 31 mart soyqırımıı unutduq, Xocalı faciəsi baş verdi. Tarixdə savaşın da, barışın da yeri var. Bu normaldır. Amma bu vandalizm, soyqırımı gələcək nəsillərə göstərmək lazımdır".
© Photo : Courtesy of Huseyn AtamGəncə raket zərbəsindən sonra
Hüseyn Atam - Sputnik Azərbaycan, 1920, 17.10.2021
Gəncə raket zərbəsindən sonra
O budəfəki səfəri ilə bağlı təəssüratlarını bölüşərək Azərbaycanın ikinci böyük və ən qədim şəhərlərindən biri olan, Cümhuriyyətin ilk paytaxtı hesab olunan və ötən il vandlaizmin qurbanı olan Gəncədə hər kəsin əhval-ruhiyyəsinin yerində olduğunu bildirib, zəfərdən sonra hər kəsdə ayrı bir qürur hissinin olduğunu vurğulayıb.
Hüseyin Atam II Qarabağ müharibəsi şəhidlərinə həsr olunan silsilə sənədli filmlərin müəllifidir və onun bu istiqamətdə olan çəkilişləri davam edir. Bu günədək artıq 14 belə filmin müəllifidir ki, onlardan biri də şəhid general Polad Həşimov haqqındadır. H.Atam deyir ki, milliyətindən asılı olmayaraq Qarabağ müharibəsində şəhid olan hər kəs bizim üçün doğma və əzizdir: "Rus, ləzgi, talış, yəhudi olmasından asılı olmayaraq Qarabağ müharibəsində savaşaraq şəhid olanların hər biri bizə doğmadır, bizim öz şəhidimizdir. Çanaqqala savaşında 250 mindən artıq şəhidimiz olub. Bu döyüşdə bizim Kərbəla, Qüds, ayrı-ayrı dövlətlərdən belə şəhidimiz olub. Milliyətinə görə şəhidlərə ayrı-seçkilik etmək olmaz. Milliyətcə rus olan şəhidimiz Denis Aleksandroviç Pronin haqda sənədli film çəkməliyik ki, bütün dünya bunu görsün, anlasın ki, Azərbaycan xalqı xaricdən gələn hücuma qarşı birləşir".
Həmçinin oxuyun:
ƏIi Hüseynli: “Ermənistan müharibədə qadağan olunmuş silahlardan istifadə edib”
Ombudsman Ermənistanın cinayətləri ilə bağlı dünya birliyinə müraciət edib
Ermənistanın raket zərbələri nəticəsində Gəncədə həyatını itirənlərin xatirəsi anılıb
Xəbər lenti
0