QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xüsusi təyinatlı xilaskar: Polkovnikin gözünə iynə vuran vaxt güllə ürəyinə dəyib...

© Sputnik / Ilham MustafaTibb xidməti leytenantı şəhid Adil Əfəndiyevin fotosu
Tibb xidməti leytenantı şəhid Adil Əfəndiyevin fotosu - Sputnik Azərbaycan, 1920, 26.10.2021
Abunə olmaq
O həm həkim, həm zabit, həm döyüşçü olub, üç vəzifəni birlikdə icra edib.
BAKI, 26 oktyabr — Sputnik. 44 gün davam edən Vətən müharibəsində əsgər və zabitlərimizlə yanaşı, tibb işçilərimiz də yaxından iştirak ediblər. Yüzlərlə insanın həyatını qurtaran xilaskar qəhrəmanlarımız bəzən öz işlərini həyatları bahasına görüblər. Belə şəhid tibb işçilərimizdən biri də tibb xidməti leytenantı şəhid Adil Əfəndiyevdir. Xüsusi təyinatlılarımızla bir cərgədə hərəkət edən şəhid həkimimiz elə döyüş meydanında yaralı komandirini xilas edərkən şəhadətə ucalıb.
Hərbi tibb qulluqçusu leytenant Adil Əfəndiyev 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Tibb Universitetində “Hərbi həkim işi” ixtisasına daxil olub. Adilin vətənpərvər böyüməsində və ali məktəbə daxil olmasında anası, fizika müəllimi Afət Əhmədovanın xüsusi rolu olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində A.Əhmədova evin tək oğul övladı olan 25 yaşlı Adilin arzularının çox olduğunu, rezidenturaya hazırlaşdığını deyib. Ən böyük arzusunun isə Vətən torpaqlarının azad edilməsi olduğunu söyləyib:
© Sputnik / Ilham MustafaTibb xidməti leytenantı şəhid Adil Əfəndiyevin fotosu və şəxsi əşyaları
Adil Əfəndiyev - Sputnik Azərbaycan, 1920, 25.10.2021
Tibb xidməti leytenantı şəhid Adil Əfəndiyevin fotosu və şəxsi əşyaları
“Adilə 6 il dərs demişəm. Universitetə hazırlaşdırmışam. O mənə həmişə müəllim kimi müaraciət edirdi. Bir dəfə ana demirdi. Vətənpərvər idi Adil. Həkim olmaq istəyirdi. Amma hərbi həkimliyi özü seçmişdi. Müharibəyə yollananda həkim peşəsinə yenicə başlamışdı. Rezidenturaya hazırlaşırdı. Hətta döyüşlərə gedəndə belə özü ilə kitablar götürübmüş.
2018-ci ildə Tibb Universitetini bitirən Adil təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonuna göndərilib. Burada tibb xidməti rəisi vəzifəsində çalışıb. Vətən müharibəsi başlayanda Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, hərbi həkim kimi döyüşlərə qoşulub. Atası Qədir Əfəndiyev bu müharibədə Adilin həm həkim, həm zabit, həm döyüşçü kimi iştirak etdiyini söyləyib.
© Sputnik / Ilham MustafaTibb xidməti leytenantı şəhid Adil Əfəndiyevin fotosu
Adil Əfəndiyev - Sputnik Azərbaycan, 1920, 25.10.2021
Tibb xidməti leytenantı şəhid Adil Əfəndiyevin fotosu
“Şəhid olacağını sanki hiss edibmiş. Yoldaşları deyirlər ki, müharibəyə gəlməmişdən qabaq Naxçıvanda kimi görürmüş, deyirmiş, gəlin şəkil çəkdirin. Gələcəkdə deyərsiz, şəhidlə şəklimiz var. Çox vətənpərvər idi. Həm döyüşcü idi, həm həkim, həm zabit idi. Üç vəzifəni birlikdə icra edib”, - ata övladı haqda qürurla danışır.
Vətən müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda döyüşlərdən sonra A.Əfəndiyev Xocavənd istiqamətdə savaşlara qatılıb. Xüsusi təyinatlılarla birgə hərəkət edərək yaralanan hərbçilərə yerindəcə yardım edib. Atası Q.Əfəndiyev Adilin Xocavəndin Tuğ kəndində gedən döyüş zamanı Naxçıvan Xüsusi Təyinatlı Bölməsinin komandiri Anar Əliyevi xilas etməyə çalışarkən oktyabrın 22-də şəhid olduğunu bildirib.
© Sputnik / Ilham MustafaTibb xidməti leytenantı şəhid Adil Əfəndiyevin fotosu və şəxsi əşyaları
Adil Əfəndiyev - Sputnik Azərbaycan, 1920, 25.10.2021
Tibb xidməti leytenantı şəhid Adil Əfəndiyevin fotosu və şəxsi əşyaları
“Döyüş yoldaşları danışırlar ki, polkovnik Anar Əliyev gözündən yaralanır. Ona tibbi yardım üçün Adil qabağa atılır. Orada olan başqa bir zabit deyib ki, sən getmə, qoy feldşer onu yanına gətirsin. Deyib, yox, o məni çağırır, mən yaşasam, ona bir şey olsa, vicdan əzabı çəkərəm. Bu mənim həkimlik borcumdur. Polkovnikin gözünə iynə vuran vaxt güllə ürəyinə dəyir. Ardınca da durduqları yerə əl qumbarası atılır. İkisi də eyni yerdə şəhid olurlar”, - deyə övladının son əməliyyatı barədə bildiklərini danışıb.
Adil Əfəndiyev şəhadətindən üç gün sonra Qazax rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
Eləcə də oxuyun:
* Dastana dönüşün bir ili: Aclığı quzuqulağı ilə yatırmağı Xudayara kim öyrətmişdi?
* Vətən müharibəsi şəhidlərinin yeni siyahısı açıqlanıb
* "Kiçik qızım şəklə baxıb məni yadına salar" - uşaqları yuxudan oyadıb son şəklini çəkdirdi
* Şəhid olsam, ağlamayın, başınızı uca tutub fəxr edin - kapitan Zülfüqar Qubatov
* Gəncə hadisələrinin şahidi olan jurnalist: "Qadınların sözləri mənə çox təsir etdi"
* Ermənilərin snayperlə vurduqları hərbçimiz son mənzilə yola salındı
* Beş günün bəyi olan Aqil: Arzular onunla məzara getdi
* Qələbəyə bir neçə saat qalmış - "Şuşada cansız bədənini tapdım..."
Xəbər lenti
0