https://sputnik.az/20211028/ermenistan-seudiyye-erebistanina-meyl-salib--bes-buna-ran-ne-deyir-434652158.html
Ermənistan Səudiyyə Ərəbistanına meyl salıb – Bəs buna İran nə deyir?
Ermənistan Səudiyyə Ərəbistanına meyl salıb – Bəs buna İran nə deyir?
Sputnik Azərbaycan
İqtisadiyyatı üçün yeni donor axtarışında olan Ermənistan ərəb dünyası ilə münasibət qurmağa çalışır. Buna Yerevanın çoxdankı partnyoru – Tehranın reaksiyası... 28.10.2021, Sputnik Azərbaycan
2021-10-28T10:00+0400
2021-10-28T10:00+0400
2021-10-28T10:00+0400
dünya xəbərləri
ermənistan
səudiyyə ərəbistanı
iran
münasibət
ermənistan prezidenti armen sarkisyan
https://cdnn1.img.sputnik.az/img/41395/43/413954303_0:365:3500:2334_1920x0_80_0_0_b7d0ece796e2f6cabc83d45bdcb196e3.jpg
BAKI, 28 oktyabr – Sputnik. İranın Səudiyyə Ərəbistanı ilə hələ də gərgin olan münasibətləri fonunda Ermənistan “partnyorluq marşrutunu” dəyişərək Ər-Riyadın qucağında özünə yer eləməyə çalışır.Bu ərəfədə Ermənistanın prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına ilk, Yerevanın çoxdan gözlədiyi səfərini gerçəkləşdirib. Sarkisyanın Səudiyyə Ərəbistanının kralının deyil, sadəcə vəliəhd şahzadənin qəbuluna düşməsinə rəğmən, bu səfəri Yerevan üçün tarixi adlandırmaq olar.Ermənistan Respublikası müstəqilliyini elan edəndən bəri Səudiyyə Ərəbistanı onu tanımayıb, ölkələr arasında heç bir ticari, siyasi və ya diplomatik əlaqə qurulmayıb. Buna səbəb isə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qınayan və işğalçı rejimlə hansısa münasibətlər qurmaq istəməyən Ər-Riyadın mövqeyi idi.Səudiyyə Krallığının rəhbərliyi bu məsələ üzrə mövqelərini dəfələrlə açıq-aşkar bəyan edərək, Bakını dəstəklədiyini, Ermənistan Azərbaycan torpaqlarından çıxmayınca Yerevanla Ər-Riyad arasında heç bir münasibətin olmayacağını bildirib. Yalnız İkinci Qarabağ savaşında Azərbaycan öz ərazilərini qaytardıqdan təxminən bir il sonra Ər-Riyad həyətinin qapısını Yerevanın üzünə açıb.Tehran Yerevanın Ər-Riyadla dilxoşluğuna nə deyəcək?Yerevanın on illərlə davam edən işğalçılıq siyasəti dövründə İran faktiki olaraq Ermənistanın az qala yeganə iqtisadi partnyoru idi. Tehran Yerevana həm neft məhsulları, həm ölməkdə olan erməni iqtisadiyyatına yatırımlar, həm də qaz tədarükü ilə yardım edirdi. Ancaq indi, İranın özündə iqtisadi vəziyyətin elə də ürəyəyatan olmadığı bir vaxtda Ermənistan əlinə düşən şansdan yararlanaraq əli neft dollarları ilə oynayan krallıqla münasibət qurmaq qərarına gəlib.Yerevanı başa düşmək olar, çünki İranın iqtisadiyyatına dair hazırkı göstəricilər elə də yaxşı deyil. Belə ki, Dünya Bankının məlumatına görə, qismən ABŞ sanksiyaları səbəbindən zəifləyən iqtisadi aktivlik, neftdən gələn gəlirlərin azalması, COVID-19-la bağlı cari xərclərin getdikcə artması İİR-də büdcə kəsirini artırıb, bu isə öz növbəsində əhəmiyyətli inflyasiya təzyiqinə, İran rialının dəyərdən düşməsinə gətirib çıxarıb.Bundan başqa, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, İranda yüksək işsizlik faizi ölkənin iqtisadi çətinlikləri fonunda daha da yüksələcək. Gözlənilir ki, 2021-ci ilin yekunlarına görə, iranlıların təxminən 12,4%-i işsiz qalacaq.Bu halda, hətta Tehranın Ermənistanda yeni yol tikəcəyi vədinə baxmayaraq, daim səxavətli iqtisadi donor axtarışında olan erməni hökuməti Səudiyyə Ərəbistanı ilə əlaqələr qurularsa, ölkəyə axacaq investisiyalar barədə xəyal qurmağa başladı.İranla Səudiyyə Ərəbistanı heç cür barışa bilmirlərXatırladaq ki, İranla Səudiyyə Ərəbistanı 2021-ci ilin aprelindən münasibətlərin normallaşdırılması üzrə danışıqlara başlasalar da, hələ ki tutarlı bir nəticə əldə olunmayıb. İki həftə əvvəl bəlli oldu ki, tərəflər konsulluqların açılmasına dair razılığa gəliblər. İran tərəfinin, yəni şəxsən Xarici işlər naziri Əmir Abdullahiyanın sözlərinə görə, ölkələr arasında danışıqlar uğurla davam edir.İİR XİN rəhbərinin bu açıqlamaları bəlkə də iki ölkə arasında buzların əriməsinə ümid yaradardı, ancaq Ər-Riyadın iranlı məmurların sözlərinə reaksiyası sərt oldu. Krallığın rəsmiləri İranla münasibətlərin normallaşması barədə sözləri təkzib edərək bildirdilər ki, İran-Səudiyyə münasibətlərində yaxşılaşmadan danışmazdan öncə bir sıra məsələləri, o cümlədən Yəməndəki münaqişəni həll etmək gərəkdir. Üstəlik, Tehran öncə Ər-Riyadı öz məqsədlərinin təmizliyinə inandırmalıdır.Çünki İslam respublikası ilə Səudiyyə Krallığının münasibətlərini korlayan əsas məsələ - Yəmən husiləri – hələ də həllini tapmayıb. Əvvəllər İranın rəsmi şəxsləri husilərin Səudiyyə Ərəbistanına təhdidlərini aradan qaldıracaqlarına söz vermişdilər. Ancaq bu yaxınlarda Səudiyyənin Abha şəhərindəki beynəlxalq aeroportun atəşə tutulması sübut elədi ki, husilərin silahı yerə qoymaq niyyəti yoxdur, İranın bu barədə vədləri isə boşdur.İran-Səudiyyə münasibətlərində məhək daşı rolunu oynayan, az qala 20 il davam edən husilərlə münaqişənin yaxın illərdə həll olunmayacağını nəzərə alsaq, deyə bilərik ki, Tehranla Ər-Riyadın münasibətləri, çətin, düzələ.Üstəlik Səudiyyə Ərəbistanı İranın qatı düşmən elan etdiyi İsraillə münasibət qurması barədə açıq-aşkar danışır, bundan əlavə, özünün hava məkanını da İsrail təyyarələri üçün açıb.Beləliklə, Azərbaycan torpaqları özünün əsl sahibinə qaytarıldıqdan sonra Ermənistanın Səudiyyə Krallığı ilə münasibət qurması üçün şans yaranıb. Ancaq bu yaxınlaşmaya rəsmi Tehranın necə reaksiya verəcəyi bəlli deyil. Elə Yerevanın da son nəticədə kralın dollarla yatırımlarını, yoxsa ayətullah ilə çoxillik dostluğa sədaqətini seçəcəyi sual altındadır.Eləcə də oxuyun:* Gün gələcək, Zəngəzurdan İstanbuladək gedə biləcəyik - Ərdoğan* XİN Ermənistana qarşı qaldırdığı iddiaların detallarını açıqlayıb* Qərb Paşinyandan üz döndərir? – "Sorosçular" ayağa qalxırlar* Azərbaycan Ermənistana qarşı müvəqqəti tədbirlər görülməsini tələb etdi* Ərdoğan bir daha İran-Azərbaycan münasibətləri haqda - Sağlam düşüncə ilə hərəkət etsə...
https://sputnik.az/20211027/ermenistan-xn-bascisi-azerbaycanla-imzalanacagi-deyilen-iki-sened-barede-434650071.html
https://sputnik.az/20211027/ran-ve-azerbaycan-arasinda-gerginlik-donemi-arxada-qalib-434648096.html
https://sputnik.az/20210919/Dnyann-n-zngin-aillri-427962487.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41395/43/413954303_388:0:3500:2334_1920x0_80_0_0_59e5ad9787990f9db4e039847a9d47a2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
ermənistan, səudiyyə ərəbistanı, iran, münasibət, ermənistan prezidenti armen sarkisyan
ermənistan, səudiyyə ərəbistanı, iran, münasibət, ermənistan prezidenti armen sarkisyan
Ermənistan Səudiyyə Ərəbistanına meyl salıb – Bəs buna İran nə deyir?
İqtisadiyyatı üçün yeni donor axtarışında olan Ermənistan ərəb dünyası ilə münasibət qurmağa çalışır. Buna Yerevanın çoxdankı partnyoru – Tehranın reaksiyası necə olacaq – Sputnik Azərbaycan-ın materialında.
BAKI, 28 oktyabr – Sputnik. İranın Səudiyyə Ərəbistanı ilə hələ də gərgin olan münasibətləri fonunda Ermənistan “partnyorluq marşrutunu” dəyişərək Ər-Riyadın qucağında özünə yer eləməyə çalışır.
Bu ərəfədə Ermənistanın prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına ilk, Yerevanın çoxdan gözlədiyi səfərini gerçəkləşdirib. Sarkisyanın Səudiyyə Ərəbistanının kralının deyil, sadəcə vəliəhd şahzadənin qəbuluna düşməsinə rəğmən, bu səfəri Yerevan üçün tarixi adlandırmaq olar.
Ermənistan Respublikası müstəqilliyini elan edəndən bəri Səudiyyə Ərəbistanı onu tanımayıb, ölkələr arasında heç bir ticari, siyasi və ya diplomatik əlaqə qurulmayıb. Buna səbəb isə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qınayan və işğalçı rejimlə hansısa münasibətlər qurmaq istəməyən Ər-Riyadın mövqeyi idi.
Səudiyyə Krallığının rəhbərliyi bu məsələ üzrə mövqelərini dəfələrlə açıq-aşkar bəyan edərək, Bakını dəstəklədiyini, Ermənistan Azərbaycan torpaqlarından çıxmayınca Yerevanla Ər-Riyad arasında heç bir münasibətin olmayacağını bildirib. Yalnız İkinci Qarabağ savaşında Azərbaycan öz ərazilərini qaytardıqdan təxminən bir il sonra Ər-Riyad həyətinin qapısını Yerevanın üzünə açıb.
Tehran Yerevanın Ər-Riyadla dilxoşluğuna nə deyəcək?
Yerevanın on illərlə davam edən işğalçılıq siyasəti dövründə İran faktiki olaraq Ermənistanın az qala yeganə iqtisadi partnyoru idi. Tehran Yerevana həm neft məhsulları, həm ölməkdə olan erməni iqtisadiyyatına yatırımlar, həm də qaz tədarükü ilə yardım edirdi. Ancaq indi, İranın özündə iqtisadi vəziyyətin elə də ürəyəyatan olmadığı bir vaxtda Ermənistan əlinə düşən şansdan yararlanaraq əli neft dollarları ilə oynayan krallıqla münasibət qurmaq qərarına gəlib.
Yerevanı başa düşmək olar, çünki İranın iqtisadiyyatına dair hazırkı göstəricilər elə də yaxşı deyil. Belə ki, Dünya Bankının məlumatına görə, qismən ABŞ sanksiyaları səbəbindən zəifləyən iqtisadi aktivlik, neftdən gələn gəlirlərin azalması, COVID-19-la bağlı cari xərclərin getdikcə artması İİR-də büdcə kəsirini artırıb, bu isə öz növbəsində əhəmiyyətli inflyasiya təzyiqinə, İran rialının dəyərdən düşməsinə gətirib çıxarıb.
Bundan başqa, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, İranda yüksək işsizlik faizi ölkənin iqtisadi çətinlikləri fonunda daha da yüksələcək. Gözlənilir ki, 2021-ci ilin yekunlarına görə, iranlıların təxminən 12,4%-i işsiz qalacaq.
Bu halda, hətta Tehranın Ermənistanda yeni yol tikəcəyi vədinə baxmayaraq, daim səxavətli iqtisadi donor axtarışında olan erməni hökuməti Səudiyyə Ərəbistanı ilə əlaqələr qurularsa, ölkəyə axacaq investisiyalar barədə xəyal qurmağa başladı.
İranla Səudiyyə Ərəbistanı heç cür barışa bilmirlər
Xatırladaq ki, İranla Səudiyyə Ərəbistanı 2021-ci ilin aprelindən münasibətlərin normallaşdırılması üzrə danışıqlara başlasalar da, hələ ki tutarlı bir nəticə əldə olunmayıb. İki həftə əvvəl bəlli oldu ki, tərəflər konsulluqların açılmasına dair razılığa gəliblər. İran tərəfinin, yəni şəxsən Xarici işlər naziri Əmir Abdullahiyanın sözlərinə görə, ölkələr arasında danışıqlar uğurla davam edir.
İİR XİN rəhbərinin bu açıqlamaları bəlkə də iki ölkə arasında buzların əriməsinə ümid yaradardı, ancaq Ər-Riyadın iranlı məmurların sözlərinə reaksiyası sərt oldu. Krallığın rəsmiləri İranla münasibətlərin normallaşması barədə sözləri təkzib edərək bildirdilər ki, İran-Səudiyyə münasibətlərində yaxşılaşmadan danışmazdan öncə bir sıra məsələləri, o cümlədən Yəməndəki münaqişəni həll etmək gərəkdir. Üstəlik, Tehran öncə Ər-Riyadı öz məqsədlərinin təmizliyinə inandırmalıdır.
Çünki İslam respublikası ilə Səudiyyə Krallığının münasibətlərini korlayan əsas məsələ - Yəmən husiləri – hələ də həllini tapmayıb. Əvvəllər İranın rəsmi şəxsləri husilərin Səudiyyə Ərəbistanına təhdidlərini aradan qaldıracaqlarına söz vermişdilər. Ancaq bu yaxınlarda Səudiyyənin Abha şəhərindəki beynəlxalq aeroportun atəşə tutulması sübut elədi ki, husilərin silahı yerə qoymaq niyyəti yoxdur, İranın bu barədə vədləri isə boşdur.
İran-Səudiyyə münasibətlərində məhək daşı rolunu oynayan, az qala 20 il davam edən husilərlə münaqişənin yaxın illərdə həll olunmayacağını nəzərə alsaq, deyə bilərik ki, Tehranla Ər-Riyadın münasibətləri, çətin, düzələ.
Üstəlik Səudiyyə Ərəbistanı İranın qatı düşmən elan etdiyi İsraillə münasibət qurması barədə açıq-aşkar danışır, bundan əlavə, özünün hava məkanını da İsrail təyyarələri üçün açıb.
Beləliklə, Azərbaycan torpaqları özünün əsl sahibinə qaytarıldıqdan sonra Ermənistanın Səudiyyə Krallığı ilə münasibət qurması üçün şans yaranıb. Ancaq bu yaxınlaşmaya rəsmi Tehranın necə reaksiya verəcəyi bəlli deyil. Elə Yerevanın da son nəticədə kralın dollarla yatırımlarını, yoxsa ayətullah ilə çoxillik dostluğa sədaqətini seçəcəyi sual altındadır.
*
Qərb Paşinyandan üz döndərir? – "Sorosçular" ayağa qalxırlar