https://sputnik.az/20211026/gun-gelecek-zengezurdan-stanbuladek-gede-bileceyik---erdogan--434615958.html
Gün gələcək, Zəngəzurdan İstanbuladək gedə biləcəyik - Ərdoğan
Gün gələcək, Zəngəzurdan İstanbuladək gedə biləcəyik - Ərdoğan
Sputnik Azərbaycan
Türkiyə Prezidenti: Ermənistan Azərbaycanla problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir. 26.10.2021, Sputnik Azərbaycan
2021-10-26T21:57+0400
2021-10-26T21:57+0400
2021-10-26T22:50+0400
azərbaycan xəbərləri
zəngilan
zəngəzur
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
dəhliz
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1a/434592354_0:160:3072:1888_1920x0_80_0_0_3dc15aa2d4180dc2bfa1d924e71a63f3.jpg
BAKI, 26 oktyabr - Sputnik. Azərbaycan bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan işğalı şanlı Zəfəri ilə sona çatdırdı, BMT Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qətnamələrini özü həyata keçirdi. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında bildirib.Davamlı sülhün təmin olunması və arzu edilən normallaşma istiqamətində irəliləyiş üçün bu gün əlverişli şərait yarandığını qeyd edən Türkiyə Prezidenti deyib:Türkiyə Prezidenti həmçinin deyib ki, Ermənistan Azərbaycanla problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1a/434592354_171:0:2902:2048_1920x0_80_0_0_c707e97d52d17c386b629ecb6cd7bd97.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəngilan, zəngəzur, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, dəhliz
zəngilan, zəngəzur, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, dəhliz
Gün gələcək, Zəngəzurdan İstanbuladək gedə biləcəyik - Ərdoğan
21:57 26.10.2021 (Yenilənib: 22:50 26.10.2021) Türkiyə Prezidenti: Ermənistan Azərbaycanla problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir.
BAKI, 26 oktyabr - Sputnik. Azərbaycan bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan işğalı şanlı Zəfəri ilə sona çatdırdı, BMT Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qətnamələrini özü həyata keçirdi.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında bildirib.
Davamlı sülhün təmin olunması və arzu edilən normallaşma istiqamətində irəliləyiş üçün bu gün əlverişli şərait yarandığını qeyd edən Türkiyə Prezidenti deyib:
“Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməlidir. Biz bölgədə davamlı sülhün və hərtərəfli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək quru və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək, Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik”.
Türkiyə Prezidenti həmçinin deyib ki, Ermənistan Azərbaycanla problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir
"Bölgədəki inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla, Azərbaycanın bütün qonşuları istifadə edəcək. Bu prosesdə sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Mehriban qonşuluq münasibətlərinin əsasını da bu anlayış təşkil etməkdədir. Bu məsələlərdə Ermənistan Azərbaycanla problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir. Əgər belə olarsa, Türkiyənin Ermənistanla əlaqələrinin də normallaşmasının qarşısında bir maneə qalmayacaq. “Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək əlbəttə ki, mümkündür. Davamlı sülhün yaradılması istiqamətində atılacaq hər müsbət addımın qarşılığını Türkiyənin də eyni konstruktiv anlayışla verəcəyini bir daha xüsusi vurğulayıram”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.