https://sputnik.az/20211027/ermenistan-xn-bascisi-azerbaycanla-imzalanacagi-deyilen-iki-sened-barede-434650071.html
Ermənistan XİN başçısı Azərbaycanla imzalanacağı deyilən iki sənəd barədə
Ermənistan XİN başçısı Azərbaycanla imzalanacağı deyilən iki sənəd barədə
Sputnik Azərbaycan
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan erməni mətbuatında Bakı və Yerevan arasında iki sənədin imzalanması ilə bağlı yayılan məlumatları təkzib edib. 27.10.2021, Sputnik Azərbaycan
2021-10-27T19:15+0400
2021-10-27T19:15+0400
2021-10-27T19:15+0400
sənəd
siyasət
ermənistan
ararat mirzoyan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/13/427729598_0:0:3238:1822_1920x0_80_0_0_3401b7108ae89126143df1992a7d5d97.jpg
BAKI, 27 oktyabr — Sputnik. Hazırda Ermənistan, Rusiya və Azərbaycan liderlərinin görüşü gözlənilmir. Bunu hökumət saatında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada Azərbaycanla sərhədin demarkasiyasına dair üçtərəfli sənədin guya imzalanması ilə bağlı şayiələri şərh edərkən deyib.Əvvəllər bir sıra KİV-lərdə belə məlumatlar yer almışdı, lakin Ermənistan Xarici İşlər Nazirliyi həmin vaxt bu xəbərləri təsdiq etməmişdi.Onun sözlərinə görə, hazırda müxtəlif formatlarda görüşlər üçün müxtəlif təkliflər müzakirə olunur. Mirzoyan bu görüşlərdən birinin yekununda sənədin imzalana biləcəyini istisna etməyib. Amma Ermənistan mətbuatında haqqında bəhs edilən sənədlərin imzalanması dəqiq nəzərdə tutulmur.Söhbət "Aliq Media"da dərc olunan məqalədən gedir. Həmin məqalədə deyilir ki, Ermənistan və Azərbaycan noyabrın 9-da Moskvada iki yeni sənəd imzalayacaqlar (birincisi - Sovet Baş Qərargahının 1920-ci illərdəki xəritələri əsasında sərhədin delimitasiya və demarkasiyasına aiddir, ikincisi - regionda kommunikasiyaların blokdan çıxarılmasına).Eyni zamanda, Mirzoyanın fikrincə, bu cür görüşlər müharibənin humanitar nəticələrini, ilk növbədə hərbi əsirlərin və saxlanan mülki şəxslərin geri qaytarılmasını, eləcə də erməni mədəni irsinin qorunub saxlanmasını, münaqişə bölgəsində gərginliyin azaldılması məsələlərini müzakirə etmək üçün əlavə imkandır."Belə görüşlər nəticəsində adətən razılaşdırılmış mətnlər dərc olunur, erməni nəşrinin yazdıqları deyil", - Mirzoyan deyib.O əlavə edib ki, aydın səbəblərə görə danışıqların təfərrüatlarını açıqlamaq olmaz, lakin bağlı qapılar arxasında keçirilən görüşlərdə Ermənistan tərəfinin ifadə etdiyi mövqe Nikol Paşinyanın rəhbərlik etdiyi hakim komandanın ictimai mövqeyinə tam uyğundur.Həmçinin oxuyun:Rusiya, Azərbaycan və Ermənistan liderləri noyabrda görüşəcəklər?Azərbaycan və Ermənistan arasında iki yeni sənəd imzalanacaq – Tarix bilindi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/13/427729598_507:0:3238:2048_1920x0_80_0_0_191da0a831c05c8eece142ec1ad27f9d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sənəd, ermənistan, ararat mirzoyan
sənəd, ermənistan, ararat mirzoyan
Ermənistan XİN başçısı Azərbaycanla imzalanacağı deyilən iki sənəd barədə
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan erməni mətbuatında Bakı və Yerevan arasında iki sənədin imzalanması ilə bağlı yayılan məlumatları təkzib edib.
BAKI, 27 oktyabr — Sputnik. Hazırda Ermənistan, Rusiya və Azərbaycan liderlərinin görüşü gözlənilmir. Bunu hökumət saatında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada Azərbaycanla sərhədin demarkasiyasına dair üçtərəfli sənədin guya imzalanması ilə bağlı şayiələri şərh edərkən deyib.
Əvvəllər bir sıra KİV-lərdə belə məlumatlar yer almışdı, lakin Ermənistan Xarici İşlər Nazirliyi həmin vaxt bu xəbərləri təsdiq etməmişdi.
Onun sözlərinə görə, hazırda müxtəlif formatlarda görüşlər üçün müxtəlif təkliflər müzakirə olunur. Mirzoyan bu görüşlərdən birinin yekununda sənədin imzalana biləcəyini istisna etməyib. Amma Ermənistan mətbuatında haqqında bəhs edilən sənədlərin imzalanması dəqiq nəzərdə tutulmur.
Söhbət "Aliq Media"da dərc olunan məqalədən gedir. Həmin məqalədə deyilir ki, Ermənistan və Azərbaycan noyabrın 9-da Moskvada iki yeni sənəd imzalayacaqlar (birincisi - Sovet Baş Qərargahının 1920-ci illərdəki xəritələri əsasında sərhədin delimitasiya və demarkasiyasına aiddir, ikincisi - regionda kommunikasiyaların blokdan çıxarılmasına).
Eyni zamanda, Mirzoyanın fikrincə, bu cür görüşlər müharibənin humanitar nəticələrini, ilk növbədə hərbi əsirlərin və saxlanan mülki şəxslərin geri qaytarılmasını, eləcə də erməni mədəni irsinin qorunub saxlanmasını, münaqişə bölgəsində gərginliyin azaldılması məsələlərini müzakirə etmək üçün əlavə imkandır.
"Belə görüşlər nəticəsində adətən razılaşdırılmış mətnlər dərc olunur, erməni nəşrinin yazdıqları deyil", - Mirzoyan deyib.
O əlavə edib ki, aydın səbəblərə görə danışıqların təfərrüatlarını açıqlamaq olmaz, lakin bağlı qapılar arxasında keçirilən görüşlərdə Ermənistan tərəfinin ifadə etdiyi mövqe Nikol Paşinyanın rəhbərlik etdiyi hakim komandanın ictimai mövqeyinə tam uyğundur.