DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərb Paşinyandan üz döndərir? – "Sorosçular" ayağa qalxırlar

© Sputnik / Maksim Blinov / Mediabanka keçidNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 21.10.2021
Abunə olmaq
Səfirlik birbaşa bəyan etdi ki, Ermənistanda insan haqları və demokratiya sahəsində ciddi reqress qeydə alınıb.
BAKI, 21 oktyabr — Sputnik. Son zamanlar Ermənistan rəhbərliyinin davranışları Qərbdə və beynəlxalq strukturlarda açıq narazılığın artması ilə nəticələnib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak" nəşri məlumat verib.
"Bunu "sorosçular"ın narazılığı və Qərb tərəfindən maliyyələşən KİV-in məlumatları göstərir. Sonuncular hökumətyönlü mövqedən hakimiyyətin sərt şəkildə tənqidçisi xəttinə keçib. Lakin digər sübutlar da var", - deyə "Qraparak" yazır.
Nəşr qeyd edir ki, ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaş cəmiyyətləri və müxalifət daxil olmaqla müxtəlif dairələrlə görüşür və ölkədə baş verənlərdən narazılığını gizlətmir: "Səfirlik birbaşa bəyan etdi ki, Ermənistanda insan haqları və demokratiya sahəsində ciddi reqress qeydə alınıb. Narahatlıq ilk növbədə söz azadlığı daxil olmaqla bir sıra istiqamətlər üzrə dilə gətirilib".
Eləcə də oxuyun:
* Moskvada Qarabağa dair üçtərəfli işçi qrupun iclası keçirilib
* Azərbaycan Ermənistana qarşı müvəqqəti tədbirlər görülməsini tələb etdi
* Paşinyan Türkiyə ilə münasibətlərin normallaşmasından danışıb
* Kremldə Putindən Paşinyana tövsiyə: Diqqətinizi bölgədə vəziyyətin nizamlanmasına yönəldin
* Paşinyandan hökumətdə gözlənilməz dəyişiklik
Xəbər lenti
0