https://sputnik.az/20211018/bu-gun-beynelxalq-mehkemede-azerbaycanin-ermenistana-qarsi-iddiasi-uzre-dinleme-olacaq-434309281.html
Azərbaycan Ermənistana qarşı müvəqqəti tədbirlər görülməsini tələb etdi
Azərbaycan Ermənistana qarşı müvəqqəti tədbirlər görülməsini tələb etdi
Sputnik Azərbaycan
Azərbaycan məhkəməyə bildirib ki, Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətləri edib və etməyə davam... 18.10.2021, Sputnik Azərbaycan
2021-10-18T14:27+0400
2021-10-18T14:27+0400
2021-10-18T14:51+0400
siyasət
ermənistan
ayrı-seçkilik
iddia
dinləmə
azərbaycan
irqçi
beynəlxalq məhkəmə
https://cdnn1.img.sputnik.az/img/41724/29/417242999_465:0:4694:2379_1920x0_80_0_0_e1a2b419bb65162d39ed0855d7cf055c.jpg
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycan Ermənistan barəsində aralıq tədbirləri tətbiq edilməsini vacib sayır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistan Respublikasına qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmədə Azərbaycan tərəfinin nümayəndəsi Elnur Məmmədov deyib. "Ermənistanın etnik təmizləmə və zorakılığa təşviq kampaniyaları davam edir, - o deyib. -Azərbaycanlılara qarşı zərərləri dəf etmək üçün aralıq tədbirlərin görülməsinə zərurət var".Azərbaycan XİN rəhbərinin müavini məhkəməni 1992-ci ildə erməni silahlı bölmələri tərəfindən törədilmiş Xocalı soyqırımı zamanı dinc əhalinin öldürüldüyü, xəsarət yetirildiyi və girov götürüldüyü barədə məlumatlandırıb. Elnur Məmmədov qeyd edib ki, Ermənistana münasibətdə müvəqqəti aralıq tədbirlər birbaşa təhlükələrdən müdafiə üçün vacibdir. "Silahlı qruplaşmalara qucaq açıb, dezinformasiyanın yayılmasını maliyyələşdirməklə Ermənistan azərbaycanlılara qarşı nifrəti qızışdırmağa davam edir", - nazir müavini deyib.Qeyd edək ki, yerli vaxtla saat 16:00-da Ermənistan tərəfinin Azərbaycanın iddialarına cavabı dinləniləcək.----------10:19Bu gün Azərbaycan Respublikasının "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistan Respublikasına qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq.Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən bildirilib.Dinləmələri yerli saatla 12.00-da (Bakı vaxtı ilə 14:00) https://media.un.org/en/asset/k1s/k1sldfbv85 səhifəsindən canlı izləmək mümkündür.Qeyd edək ki, sentyabrın 23-ü Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib.Azərbaycan məhkəməyə bildirib ki, Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətləri edib və etməyə davam edir.Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanıdır. Təşkilatın qərargahı Niderlandın Haaqa şəhərindəki Barış Sarayındadır. Məhkəmənin əsas vəzifələri dövlətlərə təqdim edilmiş hüquqi mübahisələrin həlli və lazımi qaydada səlahiyyətli beynəlxalq orqanlar və qurumlar tərəfindən ona təqdim edilmiş hüquqi məsələlər üzrə məsləhətçi rəy verməkdir.Eləcə də oxuyun:* Azərbaycan iki beynəlxalq məhkəmədə Ermənistana qarşı iddia qaldırıb* Dövlət başçısı: Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər* Əlcəzairdən dəstək: Ermənistanın məhkəməyə verilməsi beynəlxalq hüquqa uyğundur
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41724/29/417242999_993:0:4165:2379_1920x0_80_0_0_d29fa398025d61f3d2e8f3c4502d879f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, ayrı-seçkilik, iddia, dinləmə, azərbaycan, irqçi, beynəlxalq məhkəmə
ermənistan, ayrı-seçkilik, iddia, dinləmə, azərbaycan, irqçi, beynəlxalq məhkəmə
Azərbaycan Ermənistana qarşı müvəqqəti tədbirlər görülməsini tələb etdi
14:27 18.10.2021 (Yenilənib: 14:51 18.10.2021) Azərbaycan məhkəməyə bildirib ki, Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətləri edib və etməyə davam edir.
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycan Ermənistan barəsində aralıq tədbirləri tətbiq edilməsini vacib sayır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistan Respublikasına qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmədə Azərbaycan tərəfinin nümayəndəsi
Elnur Məmmədov deyib.
"Ermənistanın etnik təmizləmə və zorakılığa təşviq kampaniyaları davam edir, - o deyib. -Azərbaycanlılara qarşı zərərləri dəf etmək üçün aralıq tədbirlərin görülməsinə zərurət var".
Azərbaycan XİN rəhbərinin müavini məhkəməni 1992-ci ildə erməni silahlı bölmələri tərəfindən törədilmiş Xocalı soyqırımı zamanı dinc əhalinin öldürüldüyü, xəsarət yetirildiyi və girov götürüldüyü barədə məlumatlandırıb.
"Erməni silahlı birləşmələrinin fikrincə, həmin adamların yeganə cinayəti etnik azərbaycanlı olmaları idi. Yalnız bu səbəbə görə azərbaycanlıları öldürür, girov götürür, işgəncə verir, öz evlərindən qovurdular. Ermənistan on illərdir ki, etnik təmizləmə siyasətini davam etdirir", - o deyib.
Elnur Məmmədov qeyd edib ki, Ermənistana münasibətdə müvəqqəti aralıq tədbirlər birbaşa təhlükələrdən müdafiə üçün vacibdir.
"Silahlı qruplaşmalara qucaq açıb, dezinformasiyanın yayılmasını maliyyələşdirməklə Ermənistan azərbaycanlılara qarşı nifrəti qızışdırmağa davam edir", - nazir müavini deyib.
Qeyd edək ki, yerli vaxtla saat 16:00-da Ermənistan tərəfinin Azərbaycanın iddialarına cavabı dinləniləcək.
Bu gün Azərbaycan Respublikasının "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistan Respublikasına qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq.
Bu barədə
Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən bildirilib.
Dinləmələri yerli saatla 12.00-da (Bakı vaxtı ilə 14:00)
https://media.un.org/en/asset/k1s/k1sldfbv85 səhifəsindən canlı izləmək mümkündür.
Qeyd edək ki, sentyabrın 23-ü Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib.
Azərbaycan məhkəməyə bildirib ki, Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətləri edib və etməyə davam edir.
Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanıdır. Təşkilatın qərargahı Niderlandın Haaqa şəhərindəki Barış Sarayındadır. Məhkəmənin əsas vəzifələri dövlətlərə təqdim edilmiş hüquqi mübahisələrin həlli və lazımi qaydada səlahiyyətli beynəlxalq orqanlar və qurumlar tərəfindən ona təqdim edilmiş hüquqi məsələlər üzrə məsləhətçi rəy verməkdir.
* Azərbaycan
iki beynəlxalq məhkəmədə Ermənistana qarşı iddia qaldırıb
* Əlcəzairdən dəstək:
Ermənistanın məhkəməyə verilməsi beynəlxalq hüquqa uyğundur