DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran və Azərbaycan arasında gərginlik dönəmi arxada qalıb

© REUTERS / Kirill Kudryavtsev/ POOLİranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan  - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Abunə olmaq
Tehran hesab edir ki, İranla Azərbaycan arasında mövcud olan problemlər tədricən öz həllini tapacaq.
BAKI, 27 oktyabr - Sputnik. Tehranla Bakı arasında baş verən ictimai gərginlik mərhələsi başa çatıb. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan çərşənbə günü Tehranda keçirilən Əfqanıstanla qonşu ölkələrinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
İranın Azərbaycanla konstruktiv münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olduğunu vurğulayan nazir, azərbaycanlı həmkarı Ceyhun Bayramovla əlaqə saxladığını qeyd edib.
"İnanıram ki, ictimai gərginlik mərhələsi başa çatıb. Düşünürəm ki, aramızda olan problemlər tədricən həll olunacaq", - Abdullahiyan deyib.
H.Əmir Abdullahianın sözlərinə görə, İran qonşu ölkələrlə müsbət münasibətlərin inkişaf etdirilməsi istiqamətində çalışır: “Azərbaycan İranın qonşusudur. Artıq iki ölkə arasında münasibətlərdəki eniş-yoxuşlu vəziyyət arxada qalıb. Azərbaycanlı həmkarımla telefon söhbətində münasibətlərin inkişaf etməsi üçün düzgün istiqamətdə hərəkət etməyə dair danışığımız oldu. Münasibətlər bundan sonra gərginlik olmadan davam edəcək”.
Azərbaycan polisi sentyabrın 15-də Gorus-Qafan avtomobil yolunda iki iranlı yük maşını sürücüsünü saxlayıb. Onlar Dağlıq Qarabağa qanunsuz yük daşımaqda ittiham olunublar.
Bundan əvvəl Azərbaycan Gorus-Qafan yolunun müəyyən hissələrində polis postları yaradıb.
Bundan sonra Tehranla Bakı arasında münasibətlərdə gərginlik nəzərəçarpacaq dərəcədə artıb.
İran hakimiyyəti də Azərbaycanın İsraillə sıx əməkdaşlıq etməsindən şübhələnir.
Tehran İsraili Azərbaycan vasitəsilə İran sərhədlərinə yaxınlaşmaqda, Dağlıq Qarabağdakı vəziyyətdən sui-istifadə etməkdə, həmçinin Bakı ilə münaqişəni qızışdırmaqda ittiham edib.
Həmçinin oxuyun:
* İran XİN rəhbəri Bayramovla söhbətindən sonra münasibətlərə şərh verdi
* Ceyhun Bayramovla iranlı həmkarı arasında telefon danışığı olub
* Ərdoğanın Cənuba mesajı – İrandakı dairələr narahatdır
* Rusiya XİN-dən Azərbaycan-İran münasibətlərinə tövsiyə
* İrandan sensasiyalı qərar: Yük maşınlarının Qarabağ və Laçına girişi qadağan olundu
* Xankəndiyə qanunsuz yük apardığına görə saxlanan iranlı sürücülər ölkələrinə qaytarılıblar
Xəbər lenti
0