CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyanın ən zəngin ailələri

© REUTERS / Rick WilkingДоллар США, фото из архива
Доллар США, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2021
Abunə olmaq
ABŞı-n aparıcı agentliklərindən olan Bloomberg ənənəvi olaraq dünyanın ən zəngin ilələrinin reytinqini təqdim edib. Ümumilikdə siyahıda 25 ailənin adı çəkilir, onların hazırda sahib olduğu sərvətin ümumi həcmi 1,7 trilyon dollardır.
BAKI, 19 sentyabr - Sputnik. Məumdur ki, kapitalı qoruyub saxlamaq, onu qazanmaqdan daha çətindir. Lakin haqqında danışacağımız ailələr nəinki sərvətlərini qoruyub saxlaya, həmçinin onu artırmağa da nail olublar. Təəccüblü görünsə də, lakin reytinqin ilk onluğunda adları çəkilən aiələr artıq uzun illərdir ki dəyişmir. Beləliklə, dünyanın ən zəngin ailələrinin siyahısına nəzər yetirək.
Ümumilikdə siyahıda 25 ailənin adı qeyd olunub. onların hazırda sahib olduğu sərvətin ümumi həcmi 1,7 trilyon dollardır. Bu, ötən ilki məbləğdən təqribən 25% çoxdur. Maraqlıdır ki, lokdaunlar və pandemiyadan doğan iqtisadi böhrana rəğmən bu ailələr sərvətlərini artırmağa nail olublar. Ekspertlər bunu “varidatın artırılması üçün ideal təlatümlə” əlaqələndirirlər. Beləki, onların gəlirlərinin artımı daha çox qəbul olunmuş vergi siyasəti ilə əlaqədardır. Belə ki, qanunvericilik zəngin adamlara daha az vergi verməyə və mirasa qoyulan vergilərə dair qanunvericilkdə boşluqlar tapmağa imkan verir.
Lakin, gəlin, siyahıya qayıdaq. Əvvəlki illərdə olduğu kimi, siyahıya Walmart mağazalarşəbəkəsinə sahib olan Uolton ailəsi başçılıq edir. Walmart-ın banisi Sem Uoltonun varislərinin varidatı 238 milyard dollar həcmində qiymətləndirilir. Son bir il ərzində onlar daha 6 milyard dollarlıq səhm satmağa və beləliklə də varidatlarını 23 milyard dollar artırmağa nail olublar.
İkinci yerdə XX əsrin əvvəlində Mars şirniyyat şirkətinin əsasını qoymuş Frenk Marsın varisləri gəlir (M&M's, Milky Way və Snickers). Şirkət hələ də tam olaraq ailə üzvlərinə mənsubdur. Ümumi varidatı 142 milyard dollar olan Mars varisləri son il ərzində 39,2 milyard dollar gəlir əldə ediblər.
Cari ildə reytinqdə üçüncü yeri neft emalı və kimya istehsalçısı olan Koch Industries şirkətinin sahibləri Çarlz və Devid Kox tuturlar. Onların sərvəti 124,4 milyard dollar təşkil edir.
İlk onluqda yer alan aillələr arasında Hermes moda evinin sahibli olan Erme ailəsi, Səudiyyə kralı Əl-Səudun ailəsi, Reliance Industries neft emalı kompleksinə nəzarət edən hindistanlı biznesmen Cirubxay Ambaninin ailəsi də daxildir.
Daha sonrakı yerləri reytinqdə Chanel moda evinə sahib olan Alen və Jerar Verthaymerlər, aktivlərin idarə olunması ilə məşğul olan Consonlar, media şirkətinə sahib olan Tomsonlar, əczağılıqla məşğul olan Berinqerlər, Almaniyanın Aldi diskaunt mağazalarına sahib olan Albrextlər, habelə Estee Lauderkosmetika istehsalçıları, Fransanın Auchan ticarət nəhənginin və BMW Kvandt sahibləri tuturlar.
Maraqlıdır ki, qeyd olunan siyahıya Rokfellerlər ailəsinin adı salınmayıb. Bloomberg qeyd edir ki, genişşaxələnmiş bu ailənin aktivlərini tam nzərə almaq çox çətindir. Reytinqə Rusiyadan da heç kimin adı daxil edilməyib.
Xatırladaq ki, ümumilikdə dünyada dövriyyədə 81 trilyon dollar vəsait fırlanır. Bura həm kağız, həm metal pullar, habelə bazar hesabları və depozitlər də daxildir.
Xəbər lenti
0