Son illər Bakıya qar yağması əsl hadisəyə çevrilir. İqlim dəyişiklikləri səbəbindən paytaxtımızın sakinləri bəzən illərlə, aylarla qar gözləyirlər. Rayonlarda əhali "bərəkət yağır" deyib sevinəndə Bakıda qar yağışı hər zaman nəqliyyatda, komminikasiyada çətinliklərlə əlamətdar olur. Necə deyərlər, kiminçünsə gözəllik və sevincdir, kiminçünsə başdan-ayağa dərd-bəla.