CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qar yolların təmizlənməsinə məsul olanlar üçün qazanc mənbəyi oldu - Deputat

© Sputnik / Rahim MuradovСитуация в Лянкоране после снегопада, 25 февраля 2021 года
Ситуация в Лянкоране после снегопада, 25 февраля 2021 года - Sputnik Azərbaycan, 1920, 25.02.2021
Abunə olmaq
"Ümid ancaq onadır ki, Azərbaycanda normal bələdiyyə seçkiləri keçirilsin, şəhər təsərrüfatının idarəetməsi bələdiyyələrə verilsin"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 fevral — Sputnik. Paytaxta yağan qar şəhər təsərrüfatına məsul qurumların yarıtmaz fəaliyyətini bir daha üzə çıxartdı. Hələ qış gəlməmiş qışa hazır olduqlarını bəyan edən qurumların "hazırlığı"nın hansı səviyyədə olduğu isə yollarda yaranmış vəziyyətdən bəlli oldu. Baxmayaraq ki, hidrometeoroloqlar bir neçə gün əvvəldən havanın kəskin dəyişəcəyi, qar yağacağı, şaxta olacağı barədə aidiyyəti qurumları xəbərdar etmişdi. Buna rəğmən göydən qar düşən kimi yollar buz bağladı, nəqliyyatın hərəkəti iflic vəziyyətə düşdü, avtobuslar gecikdi (bəziləri ümumiyyətlə işləmədi), səkilər piyadaların qəniminə çevrildi.

Sputnik Azərbaycan hər mövsüm təkrarlanan analoji vəziyyətdən çıxış yolunu araşdırıb.

Автобус во время снега в Баку , 24 февраля 2021 года - Sputnik Azərbaycan, 1920, 24.02.2021
BNA qarlı günlərdə sərnişinləri dayanacaqdan kənarda da mindirib-düşürməyə icazə verib

Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu problemdən çıxış yolu ölkədə normal bələdiyyə seçkiləri keçirilməsidir: "Ümid ancaq onadır ki, Azərbaycanda normal bələdiyyə seçkiləri keçirilsin, şəhər təsərrüfatının idarəetməsi bələdiyyələrə verilsin. Bələdiyyələr də bu səlahiyyəti üzərinə götürüb problemləri həll etsin. İndi deyilən sözlərin heç bir əhəmiyyəti yoxdur. Yağan qar yolların təmizlənməsinə məsul olan şəxslər üçün əksinə, qazanc mənbəyi oldu. Həmin məsul şəxslər bundan pul qazanacaqlar. Yəqin ki, yollara qum, duz səpilməsi adıyla yaxşı pul silinər. Yəni bu qurumlara mövcud hava sərf edir. Daha çox imkan kimi baxırlar bu hava şəraitinə".

F.Mustafa deyir ki, problemdən çıxış yolu növbəti ərəfədə böyük şəhər bələdiyyəsi seçilməsidir: "Bakı şəhərinə mer seçkisi keçirilməlidir. Mərkəzdən idaretmə ancaq korrupsiya yaradır. İcra hakimiyyətlərinin bu səlahiyyətləri bələdiyyələrə verilməlidir ki, vətəndaş da gedib yerli özünü idarəetmə orqanının yaxasından yapışa bilsin. Nəqliyyatın niyə işləmədiyini, yolların hansı səbəbdən təmizlənmədiyini, qum, duz səpilmədiyini soruşsun, tələb etsin. Bunlar hamısı mütləq həmin formatda həll olunmalıdır. Əks halda, biz hər mövsüm bu problemi yaşayacağıq.

Мужчины толкают автомобиль, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.02.2021
Bakının buz bağlayan yolları və sürücülərə tövsiyələr

Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli də Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vəziyyətdən çıxış yolu şəhər təsərrüfatı idarəçiliyinin bələdiyyələrə verilməsidir: "Bu gün əsas səlahiyyət şəhər təsərrüfatına məsul qurumun üzərinə düşür. Amma vəziyyət göstərdi ki, həmin qurumlar vəzifələrinin öhdəsindən gələ bilmirlər. Məsələn, qardaş Türkiyədə bu işi hər hansı dövlət qurumu həyata keçirmir. Bu tipli fəaliyyəti bələdiyyələr həyata keçirir. Bələdiyyələr vətəndaşlar qarşısında hesabatlı qurum olduğundan, onlar qarlı havalarda yolların vəziyyətinə görə vətəndaşlar qarşısında məsuliyyət daşıyırlar. Azərbaycanda Bakı Nəqliyyat Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi kimi qurumların fəaliyyətini bələdiyyələr həyata keçirdir. Amma Azərbaycanda qış fəsli üçün ayrılan vəsait dövlət qurumlarının sanki qazanc mənbəyinə çevrilib".

İ.Hüseynli buna görə də problemdən çıxış yolunu şəhər təsərrüfatı idarəçiliyinin bələdiyyələrə verilməsində görür.

Qeyd edək ki, yağan qar təkcə sürücülər üçün yox, piyadalar üçün də müəyyən çətinliklər yaratdı. Bakıda qarlı havada yıxılaraq xəsarət alanların sayı 64 nəfərə çatıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, fevralın 24-dən etibarən 35 kişi, 29 qadın hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Baş verən hadisələr piyada keçidlərinin qardan təmizlənmədiyini, səkilərə qum və duz səpilmədiyini üzə çıxartdı.

Снегоуборочная техника в Баку, 25 февраля 2021 года - Sputnik Azərbaycan, 1920, 25.02.2021
CƏMİYYƏT
Hansı yollarda buzlaşma var? AAYDA açıqladı

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kommunal xidmətlər piyadaları unudublar: "Yalnız yolun avtomobillər üçün olan hərəkət hissələrini təmizləyirlər, qumu, duzu ora səpirlər. Şəhərin bütün səkiləri şüşə kimi buz bağlayıb. Piyada hərəkət etmək çox təhlükəlidir. Bu səbəbdən piyada hərəkət edənlərə səslənirik ki, çox ehtiyatlı olsunlar. İmkan varsa, qaranlıq vaxtı küçələrə çıxmasınlar. Çünki qaranlıqda buzlu yerləri seçmək daha çətin olur. Xüsusən yaşlı insanları qorumağa çalışın. Yaşlı insanlar belə buzlu səkidə yıxılsalar, ağır travma ala bilərlər. Hər kəs öz işinə düzgün yanaşsa, yaxşı olar".

Məlumat üçün bildirək ki, yağan qar piyada keçidləri ilə bağlı daha bir problemi ortaya çıxartdı. Piyada keçidlərində yerə döşənən mərmər piyadaların keçiddən istifadəsini çətinləşdirdi.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyir ki, Agentlik tərəfindən son illər inşa edilən yeraltı piyada keçidlərində bu məqam nəzərə alınır. Keçidin döşəməsinə sürüşkən olmayan materiallar vurulur: "Mərmər döşənən keçidlər Agentlikdən əvvəlki qurum tərəfindən inşa edilib. Bizim qurum piyada keçidlərinin inşası zamanı bu məqamı nəzərə alır. Gələcəkdə ola bilər ki, mərmər döşənən keçidlər sürüşkən olmayan materiallarla əvəzlənsin".

Xəbər lenti
0