Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 24 fevral — Sputnik. Mövcud hava şəraiti ilə bağlı paytaxtda buzlu yollarda yıxılıb xəsarət alanlar var.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 10:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, fevralın 23-ü saat 16-dan etibarən Azərbaycanda hava soyuyub. Güclü şimal küləyi əsib, qar yağmağa bağlayıb. Bu gün səhər paytaxtda havanın temperaturu mənfi 5 dərəcə C-yə düşüb. Bir çox yollar buz bağlayıb.