Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Mikroavtobus avtovağzal müdirini vuraraq öldürüb

© Sputnik / Rahim MuradovМашина скорой помощи, фото и архива
Машина скорой помощи, фото и архива  - Sputnik Azərbaycan, 1920, 27.07.2024
Abunə olmaq
Adam Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
BAKI, 27 iyul - Sputnik. Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Bakı prospektində qeydə alınıb.
Belə ki, "Ford" markalı mikroavtobusun sürücüsü, 1988-cu il təvəllüdlü Asif Ziyad oğlu İsmayılov rayon avtovağzalının qarşısında avtomobilini geriyə verərkən Kürdəmir rayon avtovağzalının müdiri, 1958-ci il təvəllüdlü Asif Ağa oğlu İsrafilovu vurub.
Piyada Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb (Report).
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0