https://sputnik.az/20220105/ktmt-liderleri-qazaxistana-desteyi-muzakire-edir-olkede-qanli-doyusler-gedir-437892788.html
KTMT liderləri Qazaxıstana dəstəyi müzakirə edir: Ölkədə qanlı döyüşlər gedir
KTMT liderləri Qazaxıstana dəstəyi müzakirə edir: Ölkədə qanlı döyüşlər gedir
Sputnik Azərbaycan
Qazaxıstan Prezidenti MTK sədrini dəyişdi, mitinqçiləri terrorçu adlandırdı və KTMT-dən hərbi yardım istədi
2022-01-05T23:30+0400
2022-01-05T23:30+0400
2022-01-06T17:24+0400
dünya xəbərləri
qazaxıstan
kasım-jomart tokayev
ktmt
almatı
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437876246_0:160:3070:1887_1920x0_80_0_0_3d7b91941a4d798432b71cdedaed9e98.jpg
BAKI, 5 yanvar - Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstandakı vəziyyətlə bağlı açıqlama verib."Bir neçə dəqiqə əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı olub. Mövcud vəziyyətdən çıxmaq üçün KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri kimi KTMT-nin dəstəyini gözləyən Qazaxıstan prezidentinin müraciətini nəzərə alaraq, təşkilata üzv dövlətlərin rəhbərləri ilə təcili məsləhətləşmələrə başlayıram”, - deyə Paşinyan Facebook səhifəsində yazıb. Tokayev Milli Təhlükəsizlik Komitəsinin sədrini istefaya göndərib yerinə başqasını təyin etdi Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimovu vəzifəsindən azad edilib.Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı sərəncam imzalayıb.Tokayevin digər sərəncamı ilə bu vəzifəyə Yermek Aldabergenoviç Saqimbayev təyin edilib.Almatı yaxınlığında Müdafiə Nazirliyinin hava-desant bölməsi etirazçılarla döyüşürQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışı zamanı bildirib ki, onun ölkəsində terrorçu dəstələr iri obyektləri ələ keçirir, təyyarələri qaçırırlar.Sputnik Qazaxıstan xəbər verir ki, ölkə prezidentinin sözlərinə görə, terrorçu dəstələr Alma-Atıda 5 təyyarəni qaçırıb: “Almatıda terrorçu dəstələr xarici təyyarələr də daxil olmaqla 5 təyyarəni qaçırıblar. Qazaxıstanda iğtişaşlara səbəb olan terrorçu dəstələr xaricdə ciddi təlim keçiblər".Tokayev əlavə edib ki, Almatıda və digər şəhərlərdə infrastruktur binalar ələ keçirilib: “Hazırda Almatı yaxınlığında Müdafiə Nazirliyinin hava-desant bölməsi ilə terrorçu dəstələr arasında döyüş gedir”.***Bu gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.Sputnik Qazaxıstan xəbər verir ki, Tokayev yeni müraciətlə çıxış edib və KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib.Xatırladaq ki, Almatıda və Qazaxıstanın qərbində baş verən iğtişaşlar səbəbindən bütün Qazaxıstanda fövqəladə vəziyyət tətbiq edilib.Səkkiz nəfər polis zabiti və milli qvardiyaçının öldüyü məlumdur. Yerli KİV Almatıda talan baş verdiyini yazır.Qazaxıstan DİN təhlükəsizlik qüvvələrinin 300-dən çox əməkdaşının yaralandığını bəyan edub.DİN azğınlığın və talan aktlarının təxribatçılar tərəfindən təşkil edildiyini vurğulayıb, kütləni təxribatlara uymamağa çağırıb.***Qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən ötən gün Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti ölkədə kütləvi etirazlarla əlaqədar olaraq əhaliyə müraciət edib.Tokayev bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək.Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi vəzifəsindən kənarlaşdırıb.Həmçinin oxuyun: * Qazaxıstanda son vəziyyət: Tokayev KTMT-yə üzv ölkələrdən hərbi yardım istədi* Qazaxıstanın hər yerində fövqəladə vəziyyət elan edildi: BMT narahatdır* Tokayev Rusiyaya təxliyə edilir? – Moskvadan açıqlama* Nazarbayev vəzifədən çıxarıldı: Tokayevin xalqa müraciətinin detalları* Qazaxıstandakı Azərbaycan vətəndaşları barədə son məlumat* Qazaxıstanda son vəziyyət: prezident iqamətgahı yanır - VİDEO* Qazaxıstanda qaz narazılığı: etiraz meydanından fotolar* Qazaxıstan prezidenti qazın qiymət artımına qarşı çıxan xalqa müraciət edib
almatı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437876246_171:0:2900:2047_1920x0_80_0_0_ca29cc8d25a3ea608de896b3e023964d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident öz ölkəsinə ktmt-nin qoşun yeritməsini istəyir
prezident öz ölkəsinə ktmt-nin qoşun yeritməsini istəyir
KTMT liderləri Qazaxıstana dəstəyi müzakirə edir: Ölkədə qanlı döyüşlər gedir
23:30 05.01.2022 (Yenilənib: 17:24 06.01.2022) Prezident Kasım-Jomart Tokayev Milli Təhlükəsizlik Komitəsinin sədrini dəyişdi, mitinqçiləri terrorçu adlandırdı və KTMT-dən yardım gözlədiyini açıqladı.
BAKI, 5 yanvar - Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstandakı vəziyyətlə bağlı açıqlama verib.
"Bir neçə dəqiqə əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı olub. Mövcud vəziyyətdən çıxmaq üçün KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri kimi KTMT-nin dəstəyini gözləyən Qazaxıstan prezidentinin müraciətini nəzərə alaraq, təşkilata üzv dövlətlərin rəhbərləri ilə təcili məsləhətləşmələrə başlayıram”, - deyə Paşinyan Facebook səhifəsində yazıb.
Tokayev Milli Təhlükəsizlik Komitəsinin sədrini istefaya göndərib yerinə başqasını təyin etdi
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimovu vəzifəsindən azad edilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı sərəncam imzalayıb.
Tokayevin digər sərəncamı ilə bu vəzifəyə Yermek Aldabergenoviç Saqimbayev təyin edilib.
Almatı yaxınlığında Müdafiə Nazirliyinin hava-desant bölməsi etirazçılarla döyüşür
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışı zamanı bildirib ki, onun ölkəsində terrorçu dəstələr iri obyektləri ələ keçirir, təyyarələri qaçırırlar.
Sputnik Qazaxıstan xəbər verir ki, ölkə prezidentinin sözlərinə görə, terrorçu dəstələr Alma-Atıda 5 təyyarəni qaçırıb:
“Almatıda terrorçu dəstələr xarici təyyarələr də daxil olmaqla 5 təyyarəni qaçırıblar. Qazaxıstanda iğtişaşlara səbəb olan terrorçu dəstələr xaricdə ciddi təlim keçiblər".
Tokayev əlavə edib ki, Almatıda və digər şəhərlərdə infrastruktur binalar ələ keçirilib:
“Hazırda Almatı yaxınlığında Müdafiə Nazirliyinin hava-desant bölməsi ilə terrorçu dəstələr arasında döyüş gedir”.
Bu gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Sputnik Qazaxıstan xəbər verir ki, Tokayev yeni müraciətlə çıxış edib və KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib.
Xatırladaq ki, Almatıda və Qazaxıstanın qərbində baş verən iğtişaşlar səbəbindən bütün Qazaxıstanda fövqəladə vəziyyət tətbiq edilib.
Səkkiz nəfər polis zabiti və milli qvardiyaçının öldüyü məlumdur. Yerli KİV Almatıda talan baş verdiyini yazır.
Qazaxıstan DİN təhlükəsizlik qüvvələrinin 300-dən çox əməkdaşının yaralandığını bəyan edub.
DİN azğınlığın və talan aktlarının təxribatçılar tərəfindən təşkil edildiyini vurğulayıb, kütləni təxribatlara uymamağa çağırıb.
Qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən ötən gün Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Qazaxıstan Prezidenti ölkədə kütləvi etirazlarla əlaqədar olaraq əhaliyə müraciət edib.
Tokayev bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək.
Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi vəzifəsindən kənarlaşdırıb.
*
Qazaxıstanda qaz narazılığı: etiraz meydanından fotolar