DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstanda son vəziyyət: etirazçılar heykəl aşırırlar - VİDEO

© REUTERS / PAVEL MIKHEYEVQazaxıstanda son vəziyyət
Qazaxıstanda son vəziyyət - Sputnik Azərbaycan, 1920, 05.01.2022
Abunə olmaq
Yenilənir
Qaz qiymətinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət elan edilib
BAKI, 5 yanvar - Sputnik. Taldıkurqanda etirazçılar ölkənin sabiq prezidenti və Təhlükəsizlik Şurasının rəhbəri Nursultan Nazarbayevin heykəlini yıxmağa çalışırlar.
Bu arada Qazaxıstanda uran hasilatı ilə məşğul olan "Kazatomprom"un səhmləri ölkədə çaxnaşma fonunda 9% ucuzlaşıb.
Qazaxıstan uranın hasilatı və ehtiyatı üzrə dünyada liderdir. Dünya hasilatının 42%-i Qazaxıstanın payına düşür. Əsas hasilatçı isə ölkənin 13 dağ-mədən müəssisəsini birləşdirən "Kazatomprom"dur.
Sputnik Qazaxıstan ölkə paytaxtı Nur-Sultanda bu saata olan vəziyyəti də açıqlayıb:
Nur-Sultanda administrasiyanı polis əməkdaşları əhatəyə alıblar. Binanın ətrafında avtonəqliyyatın hərəkəti qadağan edilib.
Administrasiyadan bir neçə məhəllə aralıda - "Jastar" Sarayının yanında Çevik Polis Dəstəsinin əməkdaşları keşik çəkirlər.
Paytaxtda vəziyyət sakitdir. İnternet kəsilib. Telekanalların işində əngəl yaranıb. МИР24, КТК, НТК, Avrasiya Birinci kanalı işləmir. Yalnız dövlət "Xabar 24" telekanalı işləyir.
Paytaxt sakinləri nağdsız hesablaşma apara bilmədiklərindən kütləvi surətdə bankomatlardan pul çıxarırlar.
Nur-Sultanda ictimai nəqliyyat yanvarın 6-da fəaliyyətini bərpa edəcək. Bu barədə Sputnik Qazaxıstan-a paytaxtın ictimai nəqliyyatına cavabdeh olan CTZ şirkətindən bildirilib.
İctimai nəqliyyat səhər 7:00-dan xəttə çıxacaq və hansısa görünməmiş hadisə baş verməsə, adi rejimdə işləyəcək.
Alma-Atada vəziyyət:
Qazaxıstanın ilk paytaxtı olan Alma-Atada hələ də atəş səsləri və işıq-küy qumbaralarının səsi gəlir. Sputnik Qazaxıstan xəbəbr verir ki, şəhərdə polislər gözə dəymirlər.
30-50 nəfərlik etirazçı qrupları şəhər administrasiyası qarşısındakı Respublika meydanına axışırlar.
Air Astana-dan verilən məlumata görə, Aktau hava limanı işləmir.
Rusiyanın "Aeroflot" şirkəti isə FV səbəbindən Alma-Ataya reysləri ləğv edib.
Ölkə prezidentinin xalqa ikinci müraciəti
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da o, 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işdən çıxarıb.
Tokayev qeyd edib ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq. O əmindir ki, xalq onu dəstəkləyəcək.
Tokayev etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini bildirib.
---------
15:19
Kazaxıstan KİV-lərinin saytları ölkədə etieaz aksiyaları fonunda işləmir.
Qeyd edək ki, zakon.kz, tengrinews.kz və vlast.kz, eləcə də Sputnik Qazaxıstan-ın saytına daxil olmaq mümkün deyil.
----------
14:48
Qazaxıstan prezidentinin Alma-Atadakı iqamətgahı da etirazçılar tərəfindən yandırılıb.
Bu barədə Sputnik Qazaxıstan məlumat verir.
---------
14:04
Alma-Atada prokurorluq binasında da yanğın başlayıb. Bu barədə Sputnik Qazaxıstan məlumat verir.
Bir neçə min etirazçı isə Qazaxıstan prezidentinin Alma-Atadakı iqamətgahına keçməyə cəhd göstərir.
Hadisələrin fonunda Qazaxıstan paytaxtı Nur-Sultanda yanvarın 5-dən 19-dək fövqəladə vəziyyət elan edilib.
Şəhər komendaturasından isə qeyd olunur ki, etirazçılar təcili yardımın işinə mane olur, tibb işçilərinə xəsarət yetirir, sosial obyektləri dağıdırlar.
"Qanunazidd hərəkətlər nəticəsində təcili yardımın beş əməkdaşı, o cümlədən iki sürücü xəsarət alıblar. Onlar şəhərin tibbi stasionarlarına çatdırılıblar", - Alma-Ata İctimai Sağlamlıq İdarəsindən verilən məlumatda deyilir.
Həmçinin bildirilir ki, iki təcili yardım avtomobili məhv edilib, şəhər kardiologiya mərkəzində qəbul şöbəsinin və klinik-diaqnostik şöbənin pəncərələri sındırılıb.
--------
13:42
Alma-Atadakı etiraz aksiyaları zamanı 190 nəfər tibb müəssisələrinə yardım üçün müraciət edib.
Şəhərin İctimai Sağlamlıq İdarəsindən verilən məlumata görə, bunlardan 137 nəfəri polis, 53-ü isə mülki şəxsdir.
Sputnik Qazaxıstan məlumat verir ki, içəriə olan polis işıq-küy qumbaralarından istifadə edib. Eyni silahdan etirazçılar da istifadə edirlər, üstəlik onların qalxan və dəyənəkləri də var.
"Tibb müəssisələrinə 190 nəfər müraciət edib. Onlardan 150 nəfərini təcili yardım avtomobilləri gətirib, 40 nəfər özü gəlib. 40 nəfər xəstəxanalara yatırılıb, reanimasiyadakıların sayı yeddidir, bunların da dörd nəfəri polis əməkdaşıdır", - məlumatda deyilir.
RİA Novosti-nin müxbiri isə bildirir ki, meriya binasının damından qara tüstü qalxır.
---------
Etirazçıların digər hissəsi prezidentin keçmiş iqamətgahını ələ keçirməyə çalışır.
13:18
Almatıda həmçinin hakim "Nur Otan" partiyasının rayon filialının binası da yanır. Sputnik Qazaxıstan məlumat verir ki, birinci və ikinci mərtəbədəki pəncərələr sındırılıb, açıq alov görünməsə də aşağı mərtəbələrdə qatı tüstü var. Hadisə yerində nə polis, nə də yanğınsöndürənlər gözə dəyir.
Almatıda etirazçılar meriya binasına daxil ola biliblər.
----------
12:48
Almatıda etirazçılar meriyaya hücum ediblər.
Sputnik Qazaxıstan məlumat verir ki, əllərində rezin dəyənək olan təxminən üç min kişi hücumda iştirak edir.
Onlara 1500-dək polis müqavimət göstərir. Polislər işıq-küy qumbaralarından istifadə edirlər. Hüquq-mühafizə işçiləri meriyadan 50 m aralıdakı iqamətgaha çəkliliblər.
Sputnik Qazaxıstan-ın müxbiri bildirir ki, onun gözləri önündə hücum edənlər bir neçə polisi döyüb, qalxan və dəbilqələrini alıblar.
-----------
12:02
Qazaxıstanın Almatı şəhərinin mərkəzində nümayişçilərlə polis arasında toqquşmalar başlayıb.
Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir ki, mitinq iştirakçılarının bir neçə asayiş keşikçisini döydüyü bildirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı xüsusi vasitələr tətbiq edirlər. Bundan başqa, polislərin yüzlərlə aksiya iştirakçısının şəhərin mərkəzinə girişini əngəllədiyi bildirilir.
----------
11:13
Bir qrup şəxs Alma-Atanın kənarından şəhərin mərkəzinə doğru hərəkət edir. Sosial şəbəkələrdə yayılan görüntülərdə etirazçıların güc strukturlarına məxsus olan xüsusi texnikada hərəkət etdiyi görünür.
Qazaxıstan DİN-i isə bildirib ki, ötən gün keçirilən qanunsuz aksiyalar zamanı 200-dən çox şəxs saxlanılıb.
---------
10:38
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatı vilayətində də fövqəladə vəziyyət elan edib.
--------
10:27
Qazaxıstanın paytaxtı Nur-Sultanda dünən keçirilən kütləvi aksiyalardan sonra vəziyyət sabitdir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Qazaxıstanın paytaxtında olan “RİA Novosti” agentliyinin müxbiri bildirib. Müxbir bildirib ki, Nur-Sultanda çərşənbə günü səhər saatlarında vəziyyət adi günlərdən fərqlənmir: ictimai nəqliyyat adi qaydada hərəkət edir, yollar boşdur. Hökumət binası və prezidentin iqamətgahına gedən yollar açıqdır. Lakin Qazaxıstan paytaxtında mobil internet hələ də işləmir, messencerlər blok edilib.
----------
08:05
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Manqistau vilayətində və Almatı şəhərində fövqəladə vəziyyətin tətbiqi haqqında fərman imzalayıb.
Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Fövqəladə vəziyyət 5 yanvar 2022-ci il saat 01:30-dan 19 yanvar saat 00.00 dəqiqəyə qədər qüvvədə olacaq.
Bildirilib ki, fərman ictimai təhlükəsizliyin təmin edilməsi, asayişin bərpası, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi məqsədilə imzalanıb.
Qeyd edək ki, ötən gün Qazaxıtanın Almatı şəhərində qazın qiymətinin iki dəfə artırılmasına qarşı keçirilən etiraz aksiyaları toqquşmalarla nəticələnib.
Şəhərin mərkəzi meydanında etirazçılarla polis arasında toqquşmalar yaşanıb. Aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edilib. Bir neçə etirazçının saxlanıldığı bildirilir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qazın qiymətinin iki dəfə artması fonunda ölkənin müxtəlif şəhərlərində icazəsiz aksiyaların keçirilməsi ilə bağlı xalqa müraciət edib.
Dövlət başçısı sakinləri tədbirli olmağa, daxili və xarici təxribatlara uymamağa çağırıb.
"Mülki və hərbi idarələrə hücum çağırışları tamamilə qeyri-qanunidir. Bu, cinayətdir. Bizə münaqişə yox, qarşılıqlı etimad və dialoq lazımdır. Bütün qanuni xahiş və tələblərə diqqətlə baxılacaq, müvafiq qərarlar qəbul ediləcək. Sabah bu məsələlərlə bağlı işçi iclas keçiriləcək", - Prezident deyib.
Qeyd edək ki, yeni ilin ilk günlərində Qazaxıstanın Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri qiymət artımına qarşı etirazlara qalxıblar.
Ölkənin Energetika Nazirliyi izah edib ki, yanvarın 1-dən qazın qiyməti tələb və təklif əsasında elektron birja ticarətində formalaşır. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev vəziyyətə baxmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.
Xəbər lenti
0