https://sputnik.az/20220105/tokayev-rusiyaya-texliye-edilir--moskvadan-aciqlama-437888149.html
Tokayev Rusiyaya təxliyə edilir? – Moskvadan açıqlama
Tokayev Rusiyaya təxliyə edilir? – Moskvadan açıqlama
Sputnik Azərbaycan
Qazaxıstan Prezidenti bir neçə dəqiqə əvvəl ölkədə kütləvi etirazlarla əlaqədar iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib. 05.01.2022, Sputnik Azərbaycan
2022-01-05T18:48+0400
2022-01-05T18:48+0400
2022-01-05T18:49+0400
dünya xəbərləri
rusiya
moskva
qazaxıstan
təxliyə
kasım-jomart tokayev
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437882203_0:167:2915:1807_1920x0_80_0_0_af9456b3f715557e38ddfa6cf124391e.jpg
BAKI, 5 yanvar – Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyaya təxliyəsi barədə Moskvanın əlində məlumat yoxdur. Şərait hələ ki belə addım atılmasını tələb etmir.Sputnik Azərbaycan-ın məlumatına görə, bunu RİA Novosti-yə vəziyyətlə tanış olan şəxs deyib.Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.Həmçinin Qazaxıstan Prezidenti bir neçə dəqiqə əvvəl ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.Tokayev bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.Tokayev vurğulayıb ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq. Prezident xalqın onu dəstəkləyəcəyinə əmin olduğunu bildirib.Tokayev etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini deyib.Eləcə də oxuyun:* Nazarbayev vəzifədən çıxarıldı: Tokayevin xalqa müraciətinin detalları* Qazaxıstandakı Azərbaycan vətəndaşları barədə son məlumat* Qazaxıstanda son vəziyyət: prezident iqamətgahı yanır - VİDEO* Qazaxıstanda qaz narazılığı: etiraz meydanından fotolar* Qazaxıstan prezidenti qazın qiymət artımına qarşı çıxan xalqa müraciət edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437882203_130:0:2861:2048_1920x0_80_0_0_0b5091e6fbe0f460181b2ec5b567924c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
moskva qazaxıstan prezidentinin rusiyaya təxliyəsini təsdiqləmir
moskva qazaxıstan prezidentinin rusiyaya təxliyəsini təsdiqləmir
Tokayev Rusiyaya təxliyə edilir? – Moskvadan açıqlama
18:48 05.01.2022 (Yenilənib: 18:49 05.01.2022) Qazaxıstan Prezidenti bir neçə dəqiqə əvvəl ölkədə kütləvi etirazlarla əlaqədar iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
BAKI, 5 yanvar – Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyaya təxliyəsi barədə Moskvanın əlində məlumat yoxdur. Şərait hələ ki belə addım atılmasını tələb etmir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu RİA Novosti-yə vəziyyətlə tanış olan şəxs deyib.
“Hesab etmirik ki, vəziyyət bu cür radikal addım atılmasını tələb edəcək həddə gərginləşib. Bizim məlumatlarımız hələlik onun təxliyə edildiyini təsdiqləmir”, - agentliyin həmsöhbəti bildirib.
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Həmçinin Qazaxıstan Prezidenti bir neçə dəqiqə əvvəl ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Tokayev vurğulayıb ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq. Prezident xalqın onu dəstəkləyəcəyinə əmin olduğunu bildirib.
Tokayev etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini deyib.
*
Qazaxıstanda qaz narazılığı: etiraz meydanından fotolar