DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Nazarbayev vəzifədən çıxarıldı: Tokayevin xalqa müraciətinin detalları

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev - Sputnik Azərbaycan, 1920, 05.01.2022
Abunə olmaq
Tokayev etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini bildirib.
BAKI, 5 yanvar - Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Tokayev bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək*.
O qeyd edib ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq.
Tokayev etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini bildirib.
Qazaxıstan Prezidentinin sözlərinə görə, qarşıdurmalar nəticəsində Qazaxıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları öldürülüb.
Tokayev bəyan edib ki, bu gündən etibarən hökumət etirazlar zamanı qanun pozanlara qarşı maksimal dərəcədə sərt davranacaq.
Qazaxıstan Prezidenti qeyd edib ki, xuliqanlıq edən elementlərin yüksək səviyyədə mütəşəkkilliyi diqqət çəkir.
O, həmçinin vurğulayıb ki, "maliyyə cəhətdən motivasiya olunmuş" sui-qəsdçilər planı xırda detallarına qədər işləyib hazırlayıblar.
Tokayev xalqın onu dəstəkləyəcəyinə əmin olduğunu bildirib.
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Fərmana əsasən, Nur-Sultan şəhərində fövqəladə vəziyyət yanvarın 5-dən 19-na kimi qüvvədə olacaq.
Xatırladaq ki, Kasım-Jomart Tokayev daha əvvəl Almatı şəhəri və Manqistau vilayətində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.
Həmçinin bildirək ki, Qazaxıstan saytlarına xarici ölkələrdən giriş məhdudlaşdırılıb. Məlumat verilir ki, internet kəsilib.
* Qırğızıstanın Təhlükəsizlik Şurasına induiyədək ölkənin ilk prezidenti olmuş Nursultan Nazarbayev rəhbərlik edirdi. Tokayevin bugünkü müraciəti ilə Nazarbayev 1995-ci ildən icra etdiyi bu vəzifəsindən məhrum olunmuş sayılır.
Eləcə də oxuyun:
* Qazaxıstandakı Azərbaycan vətəndaşları barədə son məlumat
* Qazaxıstanda son vəziyyət: prezident iqamətgahı yanır - VİDEO
* Qazaxıstanda qaz narazılığı: etiraz meydanından fotolar
* Qazaxıstan prezidenti qazın qiymət artımına qarşı çıxan xalqa müraciət edib
Xəbər lenti
0