Qazaxıstanda kütləvi etirazlar yanvarın 2-də Manqistau vilayətinin Janaözen və Aktau şəhərlərində başlayıb. Yerli sakinlər sıxılmış qazın qiymətlərinin artırılmasına etiraz ediblər. Etirazçılar qazın qiymətinin litrə görə 50 tengeyədək salınmasını tələb ediblər. Qeyd edək ki, yeni il ərəfəsində qazın qiyməti 80, daha sonra 100 tengeyədək artıb, yeni ildən sonra isə bu qiymət 120 tenge olub.Bunun ardınca keçmiş paytaxt Almatı şəhərində iğtişaşlar başlayıb, polis etirazçıları qovmaq üçün işıq-küy qumbaralarından istifadə edib.Sputnik-in fotolentində Almatıda yanvarın 4-dən 5-nə keçən gecə baş verənləri görə bilərsiniz.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Manqistau və Almatı vilayətlərində fövqəladə vəziyyət elan edib.
Qazaxıstanda kütləvi etirazlar yanvarın 2-də Manqistau vilayətinin Janaözen və Aktau şəhərlərində başlayıb. Yerli sakinlər sıxılmış qazın qiymətlərinin artırılmasına etiraz ediblər. Etirazçılar qazın qiymətinin litrə görə 50 tengeyədək salınmasını tələb ediblər. Qeyd edək ki, yeni il ərəfəsində qazın qiyməti 80, daha sonra 100 tengeyədək artıb, yeni ildən sonra isə bu qiymət 120 tenge olub.
Bunun ardınca keçmiş paytaxt Almatı şəhərində iğtişaşlar başlayıb, polis etirazçıları qovmaq üçün işıq-küy qumbaralarından istifadə edib.
Sputnik-in fotolentində Almatıda yanvarın 4-dən 5-nə keçən gecə baş verənləri görə bilərsiniz.