DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstanın hər yerində fövqəladə vəziyyət elan edildi: BMT narahatdır

© AP Photo / Vladimir TretyakovQazaxıstanda iğtişaşlar, arxiv şəkli
Qazaxıstanda iğtişaşlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.01.2022
Abunə olmaq
BMT Baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi brifinqdə deyib ki, Təşkilat Qazaxıstandakı vəziyyəti narahatlıqla izləyir və bütün tərəflərin zorakılıqdan çəkinməsi vacibdir.
BAKI, 5 yanvar - Sputnik. Qazaxıstanın bütün ərazilərində fövqəladə vəziyyət elan edilib. Bu barədə Sputnik Qazaxıstan-ın Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, etiraz aksiyaları ölkənin əsas şəhərlərini bürüyüb. Bu səbəbdən də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalamaq məcburiyyətində qalıb.
Bu arada BMT də Qazaxıstandakı vəziyyətdən narahatlığını ifadə edib.
“BMT Qazaxıstandakı vəziyyəti narahatlıqla izləyir, bütün tərəflərin zorakılıqdan çəkinməsi vacibdir”, - deyə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik brifinqdə bildirib.
“Hazırkı hadisələrdə iştirak edənlərin təmkin nümayiş etdirmələri, zorakılıqdan çəkinmələri və bütün problemlərin həlli üçün dialoqu təşviq etmələri çox vacibdir", - Dujarrik deyib.
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən ötən gün Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Həmçinin Qazaxıstan Prezidenti bu gün ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Tokayev vurğulayıb ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq. Prezident xalqın onu dəstəkləyəcəyinə əmin olduğunu bildirib.
Tokayev etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini deyib.
Eləcə də oxuyun:
* Tokayev Rusiyaya təxliyə edilir? – Moskvadan açıqlama
* Nazarbayev vəzifədən çıxarıldı: Tokayevin xalqa müraciətinin detalları
* Qazaxıstandakı Azərbaycan vətəndaşları barədə son məlumat
* Qazaxıstanda son vəziyyət: prezident iqamətgahı yanır - VİDEO
* Qazaxıstanda qaz narazılığı: etiraz meydanından fotolar
* Qazaxıstan prezidenti qazın qiymət artımına qarşı çıxan xalqa müraciət edib
Xəbər lenti
0