CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətən müharibəsinin iki iştirakçısı azadlığa çıxdı

© Sputnik / Irade JELIL13 saylı cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası, arxiv şəkli
13 saylı cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Abunə olmaq
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 134 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilmiş elektron qolbaqlar dərhal çıxarılıb, 15 nəfər məhkumun isə cəza müddəti 1 il azaldılıb.
BAKI, 3 dekabr — Sputnik. Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən 5 noyabrdan 3 dekabra qədər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilən 1307 nəfərə amnistiya aktı tətbiq edilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Ziyadov deyib.
O bildirib ki, “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının icrası çərçivəsində yerli probasiya qurumlarının qərarları ilə 1158, məhkəməyə verilən 1414 təqdimat əsasında bu günə qədər 149 məhkum haqqında amnistiya aktı tətbiq edilib.
Həbsxananın həyətində məhbus, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.11.2021
CƏMİYYƏT
Kriminal keçmişləri onları azadlığa çıxandan sonra da qarabaqara izləyir
Onlardan 161 nəfər qadın, 1 nəfər yetkinlik yaşına çatmayan, 84 nəfər 60 yaşına çatmış, 2 nəfər Vətən müharibəsində iştirak etmiş məhkumlardır. Amnistiya tətbiq olunan şəxslərdən 870 nəfər islah işləri, 260 nəfər cərimə, 28 nəfər ictimai işlər cəzasından azad edilmiş məhkumlardır.
Bundan əlavə, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 134 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilmiş elektron qolbaqlar dərhal çıxarılıb, 15 nəfər məhkumun isə cəza müddəti 1 il azaldılıb.
Qeyd edək ki, 5 noyabr tarixində qüvvəyə minmiş amnistiya aktının icrası dörd ay müddətində təmin edilməlidir.
Eləcə də oxuyun:
* Böyük əfv - Milli Məclis minlərlə insanın azadlığına qərar verdi
* "Nida"nın tanınmış üzvlərinə bəraət verildi - Təzminat ödəniləcək
* Amnistiyaya düşən məhkumların yaş qrupları açıqlanıb
* Zəfər Günü ilə bağlı elan olunan Amnistiya aktının icrasına başlandı
* İş yox, etibar yox, amma kredit var - Azadlığa çıxanlar başlarına nə çarə qılsınlar?
Xəbər lenti
0