https://sputnik.az/20211111/kriminal-kecmisleri-onlari-azadliga-cixandan-sonra-da-qarabaqara-izleyir-435085139.html
Kriminal keçmişləri onları azadlığa çıxandan sonra da qarabaqara izləyir
Kriminal keçmişləri onları azadlığa çıxandan sonra da qarabaqara izləyir
Sputnik Azərbaycan
BAKI, 11 noyabr — Sputnik. 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanda qəbul edilən amnistiya aktı nəticəsində təxminən 16-17 min məhkumun azadlığa... 11.11.2021, Sputnik Azərbaycan
2021-11-11T20:00+0400
2021-11-11T20:00+0400
2021-11-12T12:33+0400
məhbus
cəmiyyət
amnistiya
milli məclis
əli hüseynli
amnistiya aktı
https://cdnn1.img.sputnik.az/img/42335/05/423350569_0:320:3072:2048_1920x0_80_0_0_930a3c43285fc796235abe77a48c78a5.jpg
BAKI, 11 noyabr — Sputnik. 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanda qəbul edilən amnistiya aktı nəticəsində təxminən 16-17 min məhkumun azadlığa çıxacağı gözlənilir. Parlament sədrinin birinci müavini Əli Hüseynli açıqlamasında bildirib ki, amnistiyaya düşən şəxslərin sosial reabilitasiya məsələləri də Amnistiya Aktında öz əksini tapıb.Azadlıq əvəzedilməz nemət olsa da, cəzaçəkmə müəssisələrindən azadlığa çıxan şəxslərin cəmiyyətdə özünə yenidən yer tapması o qədər də asan olmur. Keçmiş məhkumlar ömür boyu üzərlərində məhkum damğasını hiss edirlər. Azadlığa çıxmış şəxslərin ən böyük problem isə məşğulluqla bağlı yaranır. Onların əvvəllər məhkumluq həyatı yaşadığını bilən sahibkarlar əksər hallarda keçmiş məhkumları işəgötürməkdən imtina edir. Bu isə məhkumların yenidən cinayət törədərək cəzaçəkmə müəssisələrinə qayıtmasına səbəb olur.Bəs görəsən Amnistiya aktının şamil olunacağı məhkumların məşğulluq problemi necə həll olunacaq? İşəgötürənlər əvvəllər məhkumluq həyatı yaşayanları işə götürməyə hazırdırlarmı?Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, azadlığa çıxan məhkumların ən böyük problemi iş tapmaqla bağlı olur: S. Məmmədov deyir ki, keçmişdə məhkum olmuş şəxslərə qarşı cəmiyyətdə gizli diskrimnasiya var. Onun sözlərinə görə, kriminal keçmişləri onları azadlığa çıxdıqdan sonra da qarabaqara izləyir…“Tutaq ki, şəxs oğurluğa görə məhkumluq həyatı yaşayıb. Bu zaman belə şəxsləri işəgötürən işə götürməyə çəkinir. Eyni zamanda narkotik maddələrin alqı-satqısı və istifadəsinə görə məhkumluq həyatı yaşayanları da işə götürməyə ehtiyat edirlər ki, iş yerində mühiti poza bilərlər. İqtisadi və ehtiyatsızlıqdan törədilən cinayətlərə görə keçmiş məhkumlar qismən az problem yaşayırlar” deyə S. Məmmədov bildirir.O ki qaldı keçmiş məhkumlar üçün iş yerlərində kvotanın olmasına, S. Məmmədov bildirir ki, kvota mexanizmi Azərbaycanda işləmir. Onun sözlərinə görə, özəl sektorda qeyri-formal əmək bazarı üstünlük təşkil edir: “Bundan əlavə, moratorium qoyulduğu üçün Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində yoxlamalar həyata keçirə bilmir və bu baxımdan kvotaya əməl-olunub-olunmamasına da nəzarət edə bilmir”.Dövlət Məşğulluq Agentliyinin Strateji kommunikasiya departemenmtinin müdiri Mayis Musayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, cəzaçəkmə yerlərindən azad olunan şəxslərin məşğulluğunun təmin olunması daim diqqət mərkəzində saxlanılır. Onun sözlərinə görə, “Məşğulluq haqqında” Qanunun 1.1.22-ci maddəsinə əsasən, digər bir sıra kateqoriyalardan olan şəxslərlə yanaşı, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər də sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər sırasına aid edilib. Onlar üçün kvota əsasında iş yerləri ayrılır və işlə təmin olunmalarına kömək göstərilir: Agentlik rəsmisi deyir ki, 2021-ci ilin 9 ayı ərzində 197 nəfər cəzaçəkmə yerlərindən azad edilmiş şəxs işlə təmin edilib. Hazırda ictimai işlərdə 356 nəfər cəzaçəkmə yerlərindən azad edilmiş şəxs çalışır. Bununla yanaşı, penitensiar xidmət müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərin özünüməşğulluq proqramında iştirakına da şərait yaradılır: “Cari ilin ötən dövrü ərzində bu kateqoriyadan olan 103 nəfər proqrama cəlb edilib. Ötən il də bu kateqoriyadan olan və özünüməşğulluq fəaliyyətini qurmaq üçün müraciət edən bir qrup şəxs özünüməşğulluq proqramına cəlb edilib və verilmiş aktivlər hesabına kiçik ailə təsərrüfatlarını qurublar. Həmin şəxslər məşğulluq orqanları tərəfindən ödənişli ictimai işlər proqramına və ya peşə hazırlığı kurslarına da cəlb edilirlər”.M. Musayev deyir ki, azadlığa çıxan keçmiş məhkumlar ərazi üzrə məşğulluq mərkəzlərinə və DOST mərkəzlərinə iş üçün müraciət edə bilərlər. Bu zaman həmin məhkumların təhsili, peşəsi barədə digər məlumatlar götürülür: "Onlar elektron sistemdə qeydiyyatdan keçirilir. 5 iş günü ərzində həmin şəxslərə iş təklif olunur. Əgər keçmiş məhkum bundan sonra təklif olunan işlərdən hansısa qəbul edirsə həmin şəxsə göndəriş verilir. Artıq keçmiş məhkumun işə götürülməsi işəgötürənin səlahiyyətindədir. Əgər azadlığa çıxmış şəxs həmin iş təklifini qəbul etmirsə, ona aktiv məşğulluq proqramları barədə məlumat verilir. Razı olduğu təqdirdə, həmin şəxs öz biznesini qurmağa yönəldilir. Bu zaman keçmiş məhkumlar növbədənkənar üstün hüquqa malikdirlər. Onlar təlim keçərək aktivlərlə təmin olunur. Bir ildən sonra aktvlər onların balansına keçir".Beləcə keçmiş məhkum öz biznesini qurmuş olur.Həmçinin oxuyun:Amnistiya Aktı onlara da şamil ediləcəkZəfər Günü ilə bağlı elan olunan Amnistiya aktının icrasına başlandıİndiyədək imzalanan əfv sərəncamları nə qədər adama şamil olunub?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42335/05/423350569_341:0:3072:2048_1920x0_80_0_0_f98331c8e38ade4916b65dbb1589b039.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məhbus, amnistiya, milli məclis, əli hüseynli, amnistiya aktı
məhbus, amnistiya, milli məclis, əli hüseynli, amnistiya aktı
BAKI, 11 noyabr — Sputnik. 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanda qəbul edilən amnistiya aktı nəticəsində təxminən 16-17 min məhkumun azadlığa çıxacağı gözlənilir. Parlament sədrinin birinci müavini Əli Hüseynli açıqlamasında bildirib ki, amnistiyaya düşən şəxslərin sosial reabilitasiya məsələləri də Amnistiya Aktında öz əksini tapıb.
Azadlıq əvəzedilməz nemət olsa da, cəzaçəkmə müəssisələrindən azadlığa çıxan şəxslərin cəmiyyətdə özünə yenidən yer tapması o qədər də asan olmur. Keçmiş məhkumlar ömür boyu üzərlərində məhkum damğasını hiss edirlər. Azadlığa çıxmış şəxslərin ən böyük problem isə məşğulluqla bağlı yaranır. Onların əvvəllər məhkumluq həyatı yaşadığını bilən sahibkarlar əksər hallarda keçmiş məhkumları işəgötürməkdən imtina edir. Bu isə məhkumların yenidən cinayət törədərək cəzaçəkmə müəssisələrinə qayıtmasına səbəb olur.
Bəs görəsən Amnistiya aktının şamil olunacağı məhkumların məşğulluq problemi necə həll olunacaq? İşəgötürənlər əvvəllər məhkumluq həyatı yaşayanları işə götürməyə hazırdırlarmı?
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, azadlığa çıxan məhkumların ən böyük problemi iş tapmaqla bağlı olur:
“Cəzasını başa vurmuş şəxslər üçün iş yerlərinin sayı azdır. Onlar cəzaçəkmə müəssisələrində olarkən kvalivikasiyalarını da itirirlər. Cəzaçəkmə müəssisələrindəki peşə məktəbləri isə formal xarakterli diplom verməklə işlərini bitmiş hesab edirlər. İxtisassız fəhlə peşələri tapılmadığından, onlar kvalivikasiya dəyişmə kurslarına cəlb olunmalıdır. Digər hissə isə ictimai işlərə cəlb edilməlidir”.
S. Məmmədov deyir ki, keçmişdə məhkum olmuş şəxslərə qarşı cəmiyyətdə gizli diskrimnasiya var. Onun sözlərinə görə, kriminal keçmişləri onları azadlığa çıxdıqdan sonra da qarabaqara izləyir…
“Tutaq ki, şəxs oğurluğa görə məhkumluq həyatı yaşayıb. Bu zaman belə şəxsləri işəgötürən işə götürməyə çəkinir. Eyni zamanda narkotik maddələrin alqı-satqısı və istifadəsinə görə məhkumluq həyatı yaşayanları da işə götürməyə ehtiyat edirlər ki, iş yerində mühiti poza bilərlər. İqtisadi və ehtiyatsızlıqdan törədilən cinayətlərə görə keçmiş məhkumlar qismən az problem yaşayırlar” deyə S. Məmmədov bildirir.
O ki qaldı keçmiş məhkumlar üçün iş yerlərində kvotanın olmasına, S. Məmmədov bildirir ki, kvota mexanizmi Azərbaycanda işləmir. Onun sözlərinə görə, özəl sektorda qeyri-formal əmək bazarı üstünlük təşkil edir: “Bundan əlavə, moratorium qoyulduğu üçün Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində yoxlamalar həyata keçirə bilmir və bu baxımdan kvotaya əməl-olunub-olunmamasına da nəzarət edə bilmir”.
Dövlət Məşğulluq Agentliyinin Strateji kommunikasiya departemenmtinin müdiri Mayis Musayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, cəzaçəkmə yerlərindən azad olunan şəxslərin məşğulluğunun təmin olunması daim diqqət mərkəzində saxlanılır. Onun sözlərinə görə, “Məşğulluq haqqında” Qanunun 1.1.22-ci maddəsinə əsasən, digər bir sıra kateqoriyalardan olan şəxslərlə yanaşı, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər də sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər sırasına aid edilib.
Onlar üçün kvota əsasında iş yerləri ayrılır və işlə təmin olunmalarına kömək göstərilir:
"Kvotanın miqdarı müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə müəyyən edilir. Kvotanın müəyyən edilməsinə və kvota üzrə ayrılmış iş yerlərinə Ərazi Məşğulluq Filialları tərəfindən göndərilənlərin həmin iş yerlərində işlə təmin edilməsinə mütəmadi nəzarət həyata keçirlir".
Agentlik rəsmisi deyir ki, 2021-ci ilin 9 ayı ərzində 197 nəfər cəzaçəkmə yerlərindən azad edilmiş şəxs işlə təmin edilib. Hazırda ictimai işlərdə 356 nəfər cəzaçəkmə yerlərindən azad edilmiş şəxs çalışır. Bununla yanaşı, penitensiar xidmət müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərin özünüməşğulluq proqramında iştirakına da şərait yaradılır:
“Cari ilin ötən dövrü ərzində bu kateqoriyadan olan 103 nəfər proqrama cəlb edilib. Ötən il də bu kateqoriyadan olan və özünüməşğulluq fəaliyyətini qurmaq üçün müraciət edən bir qrup şəxs özünüməşğulluq proqramına cəlb edilib və verilmiş aktivlər hesabına kiçik ailə təsərrüfatlarını qurublar. Həmin şəxslər məşğulluq orqanları tərəfindən ödənişli ictimai işlər proqramına və ya peşə hazırlığı kurslarına da cəlb edilirlər”.
M. Musayev deyir ki, azadlığa çıxan keçmiş məhkumlar ərazi üzrə məşğulluq mərkəzlərinə və DOST mərkəzlərinə iş üçün müraciət edə bilərlər. Bu zaman həmin məhkumların təhsili, peşəsi barədə digər məlumatlar götürülür: "Onlar elektron sistemdə qeydiyyatdan keçirilir. 5 iş günü ərzində həmin şəxslərə iş təklif olunur. Əgər keçmiş məhkum bundan sonra təklif olunan işlərdən hansısa qəbul edirsə həmin şəxsə göndəriş verilir. Artıq keçmiş məhkumun işə götürülməsi işəgötürənin səlahiyyətindədir.
Əgər azadlığa çıxmış şəxs həmin iş təklifini qəbul etmirsə, ona aktiv məşğulluq proqramları barədə məlumat verilir. Razı olduğu təqdirdə, həmin şəxs öz biznesini qurmağa yönəldilir. Bu zaman keçmiş məhkumlar növbədənkənar üstün hüquqa malikdirlər. Onlar təlim keçərək aktivlərlə təmin olunur. Bir ildən sonra aktvlər onların balansına keçir".
Beləcə keçmiş məhkum öz biznesini qurmuş olur.