https://sputnik.az/20211119/nidanin-taninmis-uzvlerine-beraet-verildi---tezminat-odenilecek-436496810.html
"Nida"nın tanınmış üzvlərinə bəraət verildi - Təzminat ödəniləcək
"Nida"nın tanınmış üzvlərinə bəraət verildi - Təzminat ödəniləcək
Sputnik Azərbaycan
Bundan başqa, qanunsuz və əsassız həbsdə saxlandıqlarına görə onlara ümumilikdə 188 min manat təzminat ödənilməsinə dair qərar çıxarılıb. 19.11.2021, Sputnik Azərbaycan
2021-11-19T17:48+0400
2021-11-19T17:48+0400
2021-11-19T17:48+0400
nida vətəndaş hərəkatı
azərbaycan xəbərləri
ali məhkəmə
https://cdnn1.img.sputnik.az/img/41795/08/417950827_0:0:1920:1080_1920x0_80_0_0_88626db9b5a7c8e3f48ef9783ab12cf3.jpg
BAKI, 19 noyabr — Sputnik. "Nida" Vətəndaş Hərəkatının İdarə Heyətinin 4 keçmiş üzvü - Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlinin cinayət işi üzrə hər birinə bəraət verilib.Sputnik Azərbaycan-ın məlumatına görə, noyabrın 19-da Ali Məhkəmənin Plenumunun iclasında Avropa Məhkəməsinin adları çəkilən şəxslərlə bağlı qərarı əsasında onların işinə baxılıb. Plenum NİDA-çıların 2013-cü ildə heç bir cinayət törətmədikləri halda, günahsız həbs olunduğu qənaətinə gəlib.Qərara əsasən, dörd nəfər barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Bundan başqa, qanunsuz və əsassız həbsdə saxlandıqlarına görə onlara ümumilikdə 188 min manat təzminat ödənilməsinə dair qərar çıxarılıb.Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının keçmiş üzvləri 2013-cü ilin martında kütləvi iğtişaşların təşkili, qanunsuz silah saxlama kimi ittihamlarla həbs olunub, onlara 6 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası kəsilmişdi. Onların bəziləri 2, bəziləri isə 4 il sonra Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılmışdı. Bir nəfər – İlkin Rüstəmzadə 2019-cu ilin martına qədər həbsdə saxlanmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41795/08/417950827_207:0:1920:1285_1920x0_80_0_0_e1409a9d52a288d86ffa54d64964bc29.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
nida vətəndaş hərəkatı, ali məhkəmə
nida vətəndaş hərəkatı, ali məhkəmə
"Nida"nın tanınmış üzvlərinə bəraət verildi - Təzminat ödəniləcək
Bundan başqa, qanunsuz və əsassız həbsdə saxlandıqlarına görə onlara ümumilikdə 188 min manat təzminat ödənilməsinə dair qərar çıxarılıb.
BAKI, 19 noyabr — Sputnik. "Nida" Vətəndaş Hərəkatının İdarə Heyətinin 4 keçmiş üzvü - Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlinin cinayət işi üzrə hər birinə bəraət verilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, noyabrın 19-da Ali Məhkəmənin Plenumunun iclasında Avropa Məhkəməsinin adları çəkilən şəxslərlə bağlı qərarı əsasında onların işinə baxılıb. Plenum NİDA-çıların 2013-cü ildə heç bir cinayət törətmədikləri halda, günahsız həbs olunduğu qənaətinə gəlib.
Qərara əsasən, dörd nəfər barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Bundan başqa, qanunsuz və əsassız həbsdə saxlandıqlarına görə onlara ümumilikdə 188 min manat təzminat ödənilməsinə dair qərar çıxarılıb.
Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının keçmiş üzvləri 2013-cü ilin martında kütləvi iğtişaşların təşkili, qanunsuz silah saxlama kimi ittihamlarla həbs olunub, onlara 6 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası kəsilmişdi. Onların bəziləri 2, bəziləri isə 4 il sonra Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılmışdı. Bir nəfər – İlkin Rüstəmzadə 2019-cu ilin martına qədər həbsdə saxlanmışdı.