CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Amnistiyaya düşən məhkumların yaş qrupları açıqlanıb

© Sputnik / Irade JELIL13 saylı cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası
13 saylı cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası - Sputnik Azərbaycan, 1920, 24.11.2021
Abunə olmaq
Ümumi statistikada və kişilər arasında altmış yaşından yuxarı olan qrup amnistiya aktının tətbiq olunduğu ən az saylı yaş qrupudur.
BAKI, 24 noyabr — Sputnik. "Amnistiyanın təsir dairəsinə daha çox 31-40 yaşlarında məhkumlar düşüblər".
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev deyib.
O bildirib ki, kişilər arasında həmin yaş qrupu ümumi sayın 36, qadınlar arasında isə 33 faizini təşkil edir: "Ümumi nəticədə isə bu göstərici 35 faizdən yüksəkdr. Sayına görə ikinci yeri 41-50 yaş qrupu təşkil edir.
18 yaşından 25 yaşınadək olan şəxslərin çəkisi ümumi halda 8 faiz təşkil etdiyi halda qadınlar arasında bu göstərici 5, kişilər arasında isə 6 faizə bərabərdir. Qadınlar arasında məhkumların say hesabı ilə bu, ən kiçik yaş qrupudur".
"Amnistiyanın tətbiq olunduğu yaşı 60 yaşdan yuxarı olan şəxslərin göstəricisi 5 faizdir. Ümumi statistikada və kişilər arasında altmış yaşından yuxarı olan qrup amnistiya aktının tətbiq olunduğu ən az saylı yaş qrupudur. Onu da qeyd etmək lazımdır ki, akt qüvvəyə minənədək yetkinlik yaşına çatmamış şəxslərə də amnistiya artıq tətbiq olunub", - o vurğulayıb.
Elnur Musayev deyib ki, amnistiyanın tətbiq olunduğu məhkumların əksəriyyətini az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi altı aydan artıq olmayan şəxslər və islah işləri cəzasına məhkum edilmiş şəxslər təşkil edir: "Onlar amnistiyanın tətbiq olunduğu məhkumların 78 faizini təşkil edir. Eləcə də azad edilmiş məhkumların hökmlərdəki əsas cəza növünün böyük əksəriyyətini, yəni 89 faizini müəyyən müddətə azadlıqdan məhrum etmə və islah işləri təşkil edir".
Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.
Xəbər lenti
0