https://sputnik.az/20211127/is-yox-etibar-yox-amma-kredit-var---azadliga-cixanlar-baslarina-ne-care-qilsinlar-436724066.html
İş yox, etibar yox, amma kredit var - Azadlığa çıxanlar başlarına nə çarə qılsınlar?
İş yox, etibar yox, amma kredit var - Azadlığa çıxanlar başlarına nə çarə qılsınlar?
Sputnik Azərbaycan
Keçmiş məhkumların çoxu iş tapa bilmir, bəzilərinə sırf məhkum olduqlarına görə kredit verilmir, tək şəxsiyyət vəsiqəsi ilə kredit almağa müvəffəq olanlar isə... 27.11.2021, Sputnik Azərbaycan
2021-11-27T22:23+0400
2021-11-27T22:23+0400
2021-11-27T22:23+0400
həbsxana
cəmiyyət
bank
kredit
iş
məhbus
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0c/426443523_0:254:3073:1982_1920x0_80_0_0_2e00037c340c50f6c82e986105ebb851.jpg
BAKI, 27 noyabr — Sputnik. Milli Məclisin noyabrın 5-də Zəfər Günü ilə bağlı Amnistiya elan edilməsi haqqında təsdiqlədiyi qanun layihəsi ümumilikdə 16 min nəfərə şamil edildi, 3 min məhkum isə cəzasının çəkilməmiş hissəsindən azad edildi.Azadlıqdakı həyatlarında isə onları yeni qayğılar gözləyir: xüsusən də iş tapmaqda yaşadıqları çətinliklər müxtəlif problemlərə səbəb olur.Sputnik Azərbaycan məhbusluq həyatından qurtulan bir neçə şəxsin problemlərini dinləyib.Amal Allahverdiyevin özünün dediyinə görə, dostunun güdazına gedərək il yarımlıq məhbus həyatı yaşayıb. Dostu bir avtomobili soyarkən Amal Allahverdiyev onun yanında imiş və müşahidə kamerası da onları çəkib. Özü isə bu işdə heç bir təqsiri olmadığını söyləyir. A.Allahverdiyev deyir ki, bir çox yerlərdə keçmiş məhkumun işlə təmin olunmasında çətinliklər var: Digər keçmiş məhbuslardan fərqli olaraq o artıq işləyir. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətində çalışan 24 yaşlı həmsöhbətimiz deyir ki, iş üçün müraciət edərkən məhkumluq həyatının olduğunu bildikdə ona sadəcə, "lazım olsa, özümüz əlaqə saxlayacağıq" deyib, yola verirdilər: "Beləcə, iki il ərzində bir çox iş yerlərindən bənzər cavab aldım. Bu, adamda ruh düşkünlüyü yaradır. 2019-cu ildə "Azərişıq" ASC-yə müraciət etdim, orada işə qəbul olundum. Azadlığa çıxdıqda natamam ali təhsilli idim, hazırda Azərbaycan Texniki Universitetinin Elektronika, energetika və avtomatika fakültəsində ali təhsilimi tamamlayıram".O deyir ki, işi olduğu üçün kiçik məbləğdə kredit alarkən hansısa problemlə qarşılaşmayıb. Reabilitasiya prosesinə gəldikdə isə, həmsöhbətimiz bildirir ki, bu iş daha çox şəxsin özündən asılıdır: "Elə adam var ki, dərhal içəridəki mühitə uyğunlaşır. Məsələn, mən məhbus olduğum dövrdə müxtəlif kitablar oxudum, dil öyrəndim. Azad olunduqdan sonra belə təhsilimi davam etdirdim".Lakin təbii ki, bütün keçmiş məhbuslar Amal kimi davranmır, bu səbədən də gündəlik cinayət xronikasında "öncədən məhbus həyatı yaşamış şəxs tərəfindən törədilən cinayət" ifadəsini tez-tez görürük.Digər keçmiş məhkum İntiqam Məmmədov törətdiyi avtomobil qəzasına görə məhbusluq həyatı yaşayıb.O deyir ki, məhkumluq həyatı yaşamağı iş tapmaqda böyük problemlərə səbəb olub: "Azadlığa çıxdıqdan sonra Dövlət Məşğulluq Xidmətinə müraciət etdim, fotoqraf yanında fotoqrafiyanı öyrənməyə başladım. Hazırda, demək olar ki, işləmirəm. İş olduqda toylara gedib foto çəkilişlərini həyata keçirirəm. Amma bu o deməkdir ki, toy olmasa, qazancım da yoxdur. Baxın, pandemiya dövründə evdə oturdum, heç bir iş olmadı. Heç yerə də müraciət etmədim. Çünki bilirəm ki, məhbusluq həyatı yaşadığım üçün məni işə götürməyəcəklər".Keçmiş məhkumların digər problemi banklarla bağlıdır: onların bəzilərinə sırf məhkum olduqlarına görə kredit verilmir, bəzən isə tək şəxsiyyət vəsiqəsi ilə kredit almağa müvəffəq olur, ancaq ödəməkdə çətinlik çəkirlər.Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında məhbusluğu olan şəxslərin cəmiyyətə reabilitasiyasının müəyyən vaxt aldığını deyərək bildirib ki, şəxsin cəza müddətinin bitməsinə 3 ay qalmış Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə iş aparır. Bu şəxslərin maraqları öyrənilir ki, həmin şəxslər azadlığa çıxdıqdan sonra nəyə meylli olacaqlar.Hazırda ölkəmizdə sosial adaptasiya mərkəzlərinin fəaliyyət göstərməməsi probleminə toxunan Ə.Nuriyev bildirib ki, bu mərkəz tikilib başa çatsa da, hələlik isitfadəyə verilməsində ləngimə var.Ə.Nuriyev ƏƏSMN-in məlumatına istinadən bildirir ki, belə şəxslər arasında iş üçün müraciət edənlərin 70 faizinə müəyyən işlər tövsiyə olunur. Onun sözlərinə görə, azadlığa çıxan şəxslərin heç də hamısı bütün hallarda iş üçün nazirliyə müraciət etmir.O bildirir ki, məhkumluq həyatının olması müəyyən qədər risklər yaratsa da, özəl sektor bu şəxslərlə işləməkdən o qədər də məmnun deyil: "Lakin yaxşı olardı ki, hökumətin bir qərarı olsun, özəl sektorun cəzaçəkmə müəssisələrinə daxil olmasına imkanlar verilsin. Ə.Nuriyevin sözlərinə görə, bekar qaldıqda bu şəxslərdə cinayətkarlığa meylli vərdişlər daha tez əmələ gələ bilər. O bu şəxslərə kreditlərin verilməməsinin əsas səbəbinin isə güvənsizlik olduğunu deyir. Lakin ən pis halda bəzi banklar şəxslərin kredit ödəmək bacarığının olub-olmamasını araşdırmadan kreditlər verirlər ki, bu da sonradan problemlərə səbəb olur. Ə.Nuriyev də bu kimi halların baş verməsinin əleyhinədir: "Şəxsin krediti ödəmək qabiliyyəti olmalıdır və bunun üçün də təbii ki, bir işi olmalıdır. Məhkum olub-olmamaqdan asılı olmayaraq istənilən şəxsin krediti ödəmək qabiliyyəti yoxdursa, niyə ona kredit verilməlidir? Banklar vəsaitləri cəlb etmək üçün bir çox hallarda müştərilərin sayını artırmaq, əlavə mənfəət əldə etmək üçün müxtəlif alətlərdən istifadə etməyə çalışırlar ki, maksimum dərəcədə kreditlər versinlər. Bunun üçün zaminlik institutundan geniş istifadə edirlər, bundan başqa, tək şəxsiyyət vəsiqəsi ilə də kreditlər verirlər. Düşünürəm ki, bu, yanlış praktikadır və bundan imtina etmək lazımdır. Çünki belə olan halda sonradan banklar həmin müştəriləri köməksiz vəziyyətdə qoyurlar. Banklar kredit ödəmək qabiliyyəti olmayan şəxsləri aldatmaq, şirnikləndirməklə müxtəlif kreditlərə cəlb edir. Köməksiz vəziyyətdə qalan və ödəmə qabiliyyəti olmayan məhkuma kredit verən də bankdır".O bildirir ki, öncədən şəxsin kredit ödəmə qabiliyyətinin yetərli olmadığını bilən bank özü də problem yaranarkən məsuliyyətə cəlb olunmalıdır: "Məgər banklar insanları soymaqla qazanmalıdır? Düşünürəm ki, daha çox məhkumların işlə təminatına diqqət yetirilməlidir ki, onlar yetərli qədər əmək haqqı ala bilsinlər və bundan sonra kredit götürmə qabiliyyətinə sahib olsunlar".Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, 01.01.2021-ci il tarixindən 01.10.2021-ci il tarixinədək 4584 nəfər cəza çəkməkdən azad edilib və sosial adaptasiyaya ehtiyacı olan şəxsə müraciətləri əsasında birdəfəlik müavinət təyin olunub.Məşğulluq haqqında qanunvericiliyə əsasən, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kateqoriyasına aiddir və həmin şəxslər məşğulluq tədbirlərinin icrası zamanı üstün hüquqa malikdirlər. Eyni zamanda bu kateqoriyadan olan vətəndaşlar məşğulluq orqanları tərəfindən müəssisələrdəki kvota üzrə iş yerləri ilə təmin edilirlər.2021-ci ilin 9 ayı ərzində 197 nəfər (16 nəfəri qadın) cəzaçəkmə yerlərindən azad edilmiş şəxs işlə təmin edilib. Hazırda ictimai işlərdə cəzaçəkmə yerlərindən azad edilmiş 356 nəfər çalışır.Bununla yanaşı, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin özünüməşğulluq proqramında iştirakına da şərait yaradılır. Cari ilin ötən dövrü ərzində bu kateqoriyadan olan 103 nəfər proqrama cəlb edilib.Dövlət məşğulluq siyasəti cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi məqsədi ilə onlar üçün peşə hazırlığı kurslarının təşkil edilməsini də nəzərdə tutur. Bu istiqamətdə Ədliyyə Nazirliyi ilə birgə əməkdaşlıq edilir. Belə ki, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən yaxın dövrdə azad ediləcək şəxslər üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilir.Qeyd edək ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikasının Qanununun 14.1 maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərin sosial adaptasiya müddətində (1 il) minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti almaq hüququ var. Hazırda bu məbləğ 1000 manatdır.Eləcə də oxuyun:* Azərbaycanda məhkumlarla bağlı bir ilk - Bəd xəbər* İkiqat cəza çəkib dövlətə qanun pozduranlar: Bir günah da virusdadır* Sosial sığınacağın ən gənc sakini 8, ən yaşlısı isə 81 yaşındadır
https://sputnik.az/20210326/Facebook-kecmis-mehbuslarin-cemiyyete-adaptasiyasi-ucun-tetbiq-yaradacaq-426554792.html
https://sputnik.az/20211111/kriminal-kecmisleri-onlari-azadliga-cixandan-sonra-da-qarabaqara-izleyir-435085139.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0c/426443523_0:0:2731:2048_1920x0_80_0_0_08a359f929f8838c9f6eb18947979378.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həbsxana, bank, kredit, iş, məhbus
həbsxana, bank, kredit, iş, məhbus
İş yox, etibar yox, amma kredit var - Azadlığa çıxanlar başlarına nə çarə qılsınlar?
Keçmiş məhkumların çoxu iş tapa bilmir, bəzilərinə sırf məhkum olduqlarına görə kredit verilmir, tək şəxsiyyət vəsiqəsi ilə kredit almağa müvəffəq olanlar isə ödəməkdə çətinlik çəkirlər.
BAKI, 27 noyabr — Sputnik. Milli Məclisin noyabrın 5-də Zəfər Günü ilə bağlı Amnistiya elan edilməsi haqqında təsdiqlədiyi qanun layihəsi ümumilikdə 16 min nəfərə şamil edildi, 3 min məhkum isə cəzasının çəkilməmiş hissəsindən azad edildi.
Azadlıqdakı həyatlarında isə onları yeni qayğılar gözləyir: xüsusən də iş tapmaqda yaşadıqları çətinliklər müxtəlif problemlərə səbəb olur.
Sputnik Azərbaycan məhbusluq həyatından qurtulan bir neçə şəxsin problemlərini dinləyib.
Amal Allahverdiyevin özünün dediyinə görə, dostunun güdazına gedərək il yarımlıq məhbus həyatı yaşayıb. Dostu bir avtomobili soyarkən Amal Allahverdiyev onun yanında imiş və müşahidə kamerası da onları çəkib. Özü isə bu işdə heç bir təqsiri olmadığını söyləyir. A.Allahverdiyev deyir ki, bir çox yerlərdə keçmiş məhkumun işlə təmin olunmasında çətinliklər var:
"Xüsusən inamla bağlı. Sahibkarlarda belə şəxslərə etibar az olur və bu inamsızlığın sayəsində həmin şəxslər iş tapmaqda çətinliklərlə qarşılaşırlar, işsiz qalır və bəzən yenidən məhkumluq həyatlarına geri dönürlər".
Digər keçmiş məhbuslardan fərqli olaraq o artıq işləyir. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətində çalışan 24 yaşlı həmsöhbətimiz deyir ki, iş üçün müraciət edərkən məhkumluq həyatının olduğunu bildikdə ona sadəcə, "lazım olsa, özümüz əlaqə saxlayacağıq" deyib, yola verirdilər: "Beləcə, iki il ərzində bir çox iş yerlərindən bənzər cavab aldım. Bu, adamda ruh düşkünlüyü yaradır. 2019-cu ildə "Azərişıq" ASC-yə müraciət etdim, orada işə qəbul olundum. Azadlığa çıxdıqda natamam ali təhsilli idim, hazırda Azərbaycan Texniki Universitetinin Elektronika, energetika və avtomatika fakültəsində ali təhsilimi tamamlayıram".
O deyir ki, işi olduğu üçün kiçik məbləğdə kredit alarkən hansısa problemlə qarşılaşmayıb. Reabilitasiya prosesinə gəldikdə isə, həmsöhbətimiz bildirir ki, bu iş daha çox şəxsin özündən asılıdır: "Elə adam var ki, dərhal içəridəki mühitə uyğunlaşır. Məsələn, mən məhbus olduğum dövrdə müxtəlif kitablar oxudum, dil öyrəndim. Azad olunduqdan sonra belə təhsilimi davam etdirdim".
Lakin təbii ki, bütün keçmiş məhbuslar Amal kimi davranmır, bu səbədən də gündəlik cinayət xronikasında "öncədən məhbus həyatı yaşamış şəxs tərəfindən törədilən cinayət" ifadəsini tez-tez görürük.
Digər keçmiş məhkum İntiqam Məmmədov törətdiyi avtomobil qəzasına görə məhbusluq həyatı yaşayıb.
O deyir ki, məhkumluq həyatı yaşamağı iş tapmaqda böyük problemlərə səbəb olub: "Azadlığa çıxdıqdan sonra Dövlət Məşğulluq Xidmətinə müraciət etdim, fotoqraf yanında fotoqrafiyanı öyrənməyə başladım. Hazırda, demək olar ki, işləmirəm. İş olduqda toylara gedib foto çəkilişlərini həyata keçirirəm. Amma bu o deməkdir ki, toy olmasa, qazancım da yoxdur. Baxın, pandemiya dövründə evdə oturdum, heç bir iş olmadı. Heç yerə də müraciət etmədim. Çünki bilirəm ki, məhbusluq həyatı yaşadığım üçün məni işə götürməyəcəklər".
Keçmiş məhkumların digər problemi banklarla bağlıdır: onların bəzilərinə sırf məhkum olduqlarına görə kredit verilmir, bəzən isə tək şəxsiyyət vəsiqəsi ilə kredit almağa müvəffəq olur, ancaq ödəməkdə çətinlik çəkirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında məhbusluğu olan şəxslərin cəmiyyətə reabilitasiyasının müəyyən vaxt aldığını deyərək bildirib ki, şəxsin cəza müddətinin bitməsinə 3 ay qalmış Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə iş aparır. Bu şəxslərin maraqları öyrənilir ki, həmin şəxslər azadlığa çıxdıqdan sonra nəyə meylli olacaqlar.
Hazırda ölkəmizdə sosial adaptasiya mərkəzlərinin fəaliyyət göstərməməsi probleminə toxunan Ə.Nuriyev bildirib ki, bu mərkəz tikilib başa çatsa da, hələlik isitfadəyə verilməsində ləngimə var.
Ə.Nuriyev ƏƏSMN-in məlumatına istinadən bildirir ki, belə şəxslər arasında iş üçün müraciət edənlərin 70 faizinə müəyyən işlər tövsiyə olunur. Onun sözlərinə görə, azadlığa çıxan şəxslərin heç də hamısı bütün hallarda iş üçün nazirliyə müraciət etmir.
O bildirir ki, məhkumluq həyatının olması müəyyən qədər risklər yaratsa da, özəl sektor bu şəxslərlə işləməkdən o qədər də məmnun deyil: "Lakin yaxşı olardı ki, hökumətin bir qərarı olsun, özəl sektorun cəzaçəkmə müəssisələrinə daxil olmasına imkanlar verilsin.
Cəzaçəkmə müəssisələrində olan məhbuslara müəyyən işlərlə bağlı dövlət sifarişi olarsa, bu sifarişlərin tenderlə həyata keçirilməsi baş verərsə, tenderin qalibi olan şirkətlərə müəyyən güzəştlər də ola bilər. Bir şərtlə ki, həmin şirkətlər belə müəssisələrlə işləsinlər və belə şəxslərə yeni ixtisaslara yiyələnməkdə dəstək olsunlar. Cəzaçəkmə müəssisələrində yeni ixtisaslara yiyələnmənin olması gözəl olardı. Onların orada müxtəlif əmək vərdişlərinə yiyiələnməsi isə azadlığa çıxdıqdan sonra həmin özəl şirkətlərdə iş tapmaq imkanlarının yaranması deməkdir".
Ə.Nuriyevin sözlərinə görə, bekar qaldıqda bu şəxslərdə cinayətkarlığa meylli vərdişlər daha tez əmələ gələ bilər. O bu şəxslərə kreditlərin verilməməsinin əsas səbəbinin isə güvənsizlik olduğunu deyir. Lakin ən pis halda bəzi banklar şəxslərin kredit ödəmək bacarığının olub-olmamasını araşdırmadan kreditlər verirlər ki, bu da sonradan problemlərə səbəb olur. Ə.Nuriyev də bu kimi halların baş verməsinin əleyhinədir: "Şəxsin krediti ödəmək qabiliyyəti olmalıdır və bunun üçün də təbii ki, bir işi olmalıdır. Məhkum olub-olmamaqdan asılı olmayaraq istənilən şəxsin krediti ödəmək qabiliyyəti yoxdursa, niyə ona kredit verilməlidir? Banklar vəsaitləri cəlb etmək üçün bir çox hallarda müştərilərin sayını artırmaq, əlavə mənfəət əldə etmək üçün müxtəlif alətlərdən istifadə etməyə çalışırlar ki, maksimum dərəcədə kreditlər versinlər. Bunun üçün zaminlik institutundan geniş istifadə edirlər, bundan başqa, tək şəxsiyyət vəsiqəsi ilə də kreditlər verirlər. Düşünürəm ki, bu, yanlış praktikadır və bundan imtina etmək lazımdır. Çünki belə olan halda sonradan banklar həmin müştəriləri köməksiz vəziyyətdə qoyurlar. Banklar kredit ödəmək qabiliyyəti olmayan şəxsləri aldatmaq, şirnikləndirməklə müxtəlif kreditlərə cəlb edir. Köməksiz vəziyyətdə qalan və ödəmə qabiliyyəti olmayan məhkuma kredit verən də bankdır".
O bildirir ki, öncədən şəxsin kredit ödəmə qabiliyyətinin yetərli olmadığını bilən bank özü də problem yaranarkən məsuliyyətə cəlb olunmalıdır: "Məgər banklar insanları soymaqla qazanmalıdır? Düşünürəm ki, daha çox məhkumların işlə təminatına diqqət yetirilməlidir ki, onlar yetərli qədər əmək haqqı ala bilsinlər və bundan sonra kredit götürmə qabiliyyətinə sahib olsunlar".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, 01.01.2021-ci il tarixindən 01.10.2021-ci il tarixinədək 4584 nəfər cəza çəkməkdən azad edilib və sosial adaptasiyaya ehtiyacı olan şəxsə müraciətləri əsasında birdəfəlik müavinət təyin olunub.
Məşğulluq haqqında qanunvericiliyə əsasən, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər kateqoriyasına aiddir və həmin şəxslər məşğulluq tədbirlərinin icrası zamanı üstün hüquqa malikdirlər. Eyni zamanda bu kateqoriyadan olan vətəndaşlar məşğulluq orqanları tərəfindən müəssisələrdəki kvota üzrə iş yerləri ilə təmin edilirlər.
2021-ci ilin 9 ayı ərzində 197 nəfər (16 nəfəri qadın) cəzaçəkmə yerlərindən azad edilmiş şəxs işlə təmin edilib. Hazırda ictimai işlərdə cəzaçəkmə yerlərindən azad edilmiş 356 nəfər çalışır.
Bununla yanaşı, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin özünüməşğulluq proqramında iştirakına da şərait yaradılır. Cari ilin ötən dövrü ərzində bu kateqoriyadan olan 103 nəfər proqrama cəlb edilib.
Dövlət məşğulluq siyasəti cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi məqsədi ilə onlar üçün peşə hazırlığı kurslarının təşkil edilməsini də nəzərdə tutur. Bu istiqamətdə Ədliyyə Nazirliyi ilə birgə əməkdaşlıq edilir. Belə ki, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən yaxın dövrdə azad ediləcək şəxslər üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilir.
Qeyd edək ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikasının Qanununun 14.1 maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərin sosial adaptasiya müddətində (1 il) minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti almaq hüququ var. Hazırda bu məbləğ 1000 manatdır.