ELM

Kainatda qızıl necə yaranır

© AP Photo / NASA/Chandra X-ray Observatory/M.WeissQara dəliyin təsviri, arxiv şəkli
Qara dəliyin təsviri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.11.2021
Abunə olmaq
BAKI, 19 noyabr — Sputnik. Alimlər kainatda ağır elementlərin mənşəyini araşdırmaq üçün qara dəlik ətrafındakı şərtləri modelləşdiriblər. Bu barədə məqalə "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc olunub.
Kainatın bütün ağır elementləri nüvə sintezi nəticəsində əmələ gəlib. Eyni zamanda, müasir anlayışlara görə, adi ulduzların daxilində yalnız dəmirdən ağır olmayan elementlər əmələ gələ bilər. Digərləri isə, məsələn, qızıl və ya uran, neytron ulduzlarının, ya da qara dəliklərin birləşməsi kimi nadir hadisələr zamanı meydana gəlib.
Almaniyanın Ağır İonlar İnstitutunun alimləri nəhəng neytron ulduzlarının birləşməsi zamanı əmələ gələn qara dəliyin ətrafında sıx qaynar akkresiya diskinin modelini yaradıblar. Bu cür disklərin daxili tərkibi, demək olar ki, öyrənilməyib, xüsusən də nüvə reaksiyaları zamanı izafi neytronların hansı şərtlərdə əmələ gəlməsi haqqında çox az məlumat var. Yalnız məlumdur ki, neytrinolar bu prosesdə əsas rol oynayır, çünki onlar protonların neytronlara və əksinə çevrilməsini təmin edirlər.
Ay - Sputnik Azərbaycan, 1920, 17.11.2021
ELM
Ay missiyaları üçün əla imkan - peykin səthində karbon qazı var?
"Tədqiqatımızda ilk dəfə olaraq mürəkkəb kompüter simulyasiyaları vasitəsi ilə çoxlu sayda disk konfiqurasiyası üçün neytronların və protonların çevrilmə sürətini sistematik olaraq araşdırdıq və müəyyən şərtlər yerinə yetirildikdə disklərin neytronlarla çox zəngin olduğunu aşkar etdik. Həlledici amil diskin ümumi kütləsidir. Disk nə qədər böyük olarsa, neytrinoların buraxılması zamanı elektronların tutulması nəticəsində protonlardan bir o qədər çox neytron əmələ gəlir və bunlar r-prosesinin köməyilə ağır elementlərin sintezi üçün də yararlı olur.
Ancaq əgər diskin kütləsi çox yüksək olarsa, əks reaksiya daha çox görülür: neytronlar diski tərk etməzdən əvvəl təkrarən daha çox neytrino ələ keçirir. Bu neytronlar daha sonra yenidən protonlara çevrilir ki, bu da r-prosesinə mane olur", - deyə tədqiqatın rəhbəri Oliver Cast izah edir. Tədqiqatın göstərdiyi kimi, ağır elementlərin bol istehsalı üçün diskin optimal kütləsi Günəş kütləsinin 0,01 ilə 0,1-i arasındadır.
Araşdırma göstərir ki, neytron ulduzlarının bu cür kütlələrə malik akkresiya diskləri yaradan birləşməsi ağır elementlər üçün "fabrik" ola bilər. Ancaq hazırda belə disklərə nə qədər tezlikdə rast gəlindiyi bəlli deyil.
Eləcə də oxuyun:
* Ölkələr qızıl toplayır. Onlar bir neçə il sonra nələrin baş verə biləcəyini bilirlər
* * Qara isti buz - Alimlər planetlərin nüvəsindəki maddəni yarada bildilər
* Aya uçuşlar hələlik mümkün deyil - NASA
* NASA asteroidlərə qarşı kamikadze aparatını sınaqdan keçirəcək
Xəbər lenti
0