Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ölkələr qızıl toplayır. Onlar bir neçə il sonra nələrin baş verə biləcəyini bilirlər

© AFP 2024 / DAVID GRAYQızıl külçələri, arxiv şəkli
Qızıl külçələri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.11.2021
Abunə olmaq
Dövlətlər fəal şəkildə öz qızıl ehtiyatlarını artırırlar. Ekspertlər əmindirlər: əgər hazırkı hasilat tempi davam edərsə, o zaman Yer kürəsindəki qızıl ehtiyatları 2034-cü ilə qədər tükənəcək.
BAKI, 15 noyabr — Sputnik. Müxtəlif ölkələrdə qızılın miqdarı "World Gold Council" tərəfindən izlənilir. Dünya Qızıl Şurası hansı ölkələrin və hansı miqdarda qızıl aldıığını təhlil edir. Son illərdə dövlətlərin qızıl iştahları xeyli artıb. Onlar qızılı nəinki fəal olaraq satın alır, həm də qızıllarını Beynəlxalq Banklardan və kassalardan geri qaytarırlar.
AzerGoldun Satış və mübadilə mərkəzi - Sputnik Azərbaycan, 1920, 21.10.2021
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Yerli qızıl - həm ucuz, həm keyfiyyətli
Qızıl, demək olar ki, yeganə sabit maliyyə vasitəsidir. Siyasi dəyişikliklərdən və ya iqtisadi sarsıntılardan təsirlənmədiyi üçün o, inflyasiyaya tabe olmayan və sabitliyi təmin edən müdafiə aktivi kimi qəbul edilir. Qızıl qiymətli kağızları doldurur və beynəlxalq qeyri-sabitlik vəziyyətində dövlətlər onu toplayırlar. Hazırda inkişaf etmiş ölkələrdə bütün ehtiyatların təxminən 30%-i qızılda saxlanılır.
Hamımız başa düşürük ki, qızılı hər zaman nəğd pula dəyişmək olar. Bir ton qızıl təqribən 40,2 milyon dollar dəyərindədir, ancaq indiyə qədər çıxarılan bütün qızılların ümumi dəyəri hazırda 8 trilyon dollara yaxınlaşır. Dünyanın ən böyük investisiya banklarından biri olan Goldman Sachs yaxın illərdə dünya qızıl hasilatının həcminin azalmağa başlayacağını və 2022-ci ilə qədər istehsalın bu əsrin əvvəlindəki səviyyəyə düşəcəyini proqnozlaşdırır. Qızıl ovunu sürətləndirən başqa bir proqnoz ABŞ Geoloji Xidməti tərəfindən verilib. Qurum hesab edir ki, hasilat tempi indiki səviyyədə qalarsa, 2034-cü ilə qədər Yer kürəsində qızıl ehtiyatları tükənəcək.
Maliyyə bazarının eksperti, amerikalı Kit Nyumeyer təklif edib ki, dünya hökumətlərinin öz borclarından qurtulması lazım olanda hər şeyi qızılın qiymətinə bağlayacaqlar və dünyanın qlobal şəkildə yenidən yüklənməsi baş verəcək. "Ölkələr buna görə qızıl toplayır – onlar bir neçə ildən sonra nələrin baş verə biləcəyini bilirlər".

Reytinq: ən çox qızıl toplayan ölkələrin TOP-10-u

Hansı ölkələr daha çox qızıl toplayıblar? "GoldHub" ən çox qızıl ehtiyatı olan ölkələrin reytinqini tərtib edib. Ən varlıların TOP-10-unu təqdim edirik.
Dünyada ən çox qızılı olan ABŞ birinci yerdədir - 8133,46 ton qızıl külçə. Bu, demək olar ki, Almaniya, İtaliya və Fransanın birlikdə qızıl ehtiyatına bərabərdir. Bu qızılın böyük hissəsinin bütün dünyada Fort Noks kimi tanınan ABŞ depozitarında saxlanıldığı güman edilir.
İkinci yerdə 3,4 ton qızıl külçə ilə Almaniya qərarlaşıb. Ölkənin bir hissəsi Sovet nəzarəti altında olarkən Almaniyanın qızıl ehtiyatları bütün dünya üzrə "səpələnmişdi". 2013-cü ildən 2017-ci ilə qədər bu ehtiyatların ən azı yarısını Frankfurt geri alıb.
2451,84 ton qızılla İtaliya üçüncü yerdədir. Qızıl ehtiyatlarının dövlətə məxsus olduğu və onların mərkəzi banklar tərəfindən idarə olunduğu bir çox ölkələrdən fərqli olaraq, İtaliyanın qızılı faktiki olaraq "Banca d'Italia"ya məxsus olduğu halda Roma və İsveçrə Milli Bankında, ABŞ Federal Ehtiyat Bankında saxlanılır. 2019-cu ilin fevralında İtaliya hökumətinin büdcə boşluqlarını doldurmaq üçün qızıl ehtiyatlarının "bir qramını da satmayacağı" barədə açıqlaması qəzet manşetlərini bəzəyirdi.
Dördüncü yerdə 2436,32 ton qızıl yığan Fransadır. Bu qızılın böyük hissəsinin Parisdəki Fransa Bankının kassalarında saxlandığı deyilir. Ehtiyatlar təxminən 2009-cu ildən bəri sabit qalıb.
Bu reytinqdə beşinci yeri 2292,31 ton qızlla Rusiya tutub. Son illərdə Rusiya qızıl ehtiyatlarını artırıb, bu da reytinqdə Çini ötməsinə və ABŞ dollarından asılılığını azaltmağa imkan verib. Bundan əlavə, burada milyard dollarlıq dövriyyəsi olan öz qızıl hasilatı sənayesi var. Bu da o deməkdir ki, metallarla zəngin ölkənin idxala etibar etməsinə ehtiyac yoxdur.
1948,31 ton qızılla Çin altıncı yerdə qərarlaşıb. "US Global Investors"un isvestisiya menecerinin sözlərinə görə, Çin həmçinin dünyada qızıl istehsalının 12%-ni təşkil edən dünyanın ən böyük qızıl istehsalçısıdır.
İsveçrə 1040 ton qızılla yeddinci yerdədir. 2014-cü ildə İsveçrə Milli Bankının (SNB) qızıl ehtiyatlarını 7%-dən 20%-ə qədər yüksəltməsi ilə bağlı referendum keçirilib. Burada status-kvo üstünlük təşkil edirdi.
Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 20.10.2021
CƏMİYYƏT
Vejnəli qızıl yatağını ermənilər xarici şirkətlərlə birlikdə qanunsuz istismar edirdilər
Səkkizinci yerdə Yaponiyadır. Burada qızıl ehtiyatı 845,97 ton təşkil edir. Ölkədə bu günlərdəki qızıl axtarışları uğurlu olub və Yaponiya indi bu ehtiyatları inkişaf etdirməyə ümid edir.
Hindistan 703.71 ton qızılla reytinqdə doqquzuncu yerdədir. Hindistanın qızıl ehtiyatları son bir neçə ildə 95 tondan çox artıb. Hindistan kiçik qızıl hasilatı sənayesinə malik olsa da, milli tələbatı ödəyə bilmir və onun sarı metalının böyük hissəsi xaricdən alınır. 2021-ci ilin əvvəlində COVID-19 böhranı şəraitində əksər ölkələrin qızıl satmağına baxmayaraq, Hindistan qızıl alan ölkələrdəndir.
612,45 ton qızıl ehtiyatına görə Hollandiya onuncu yerə sahibdir. Ehtiyatların əhəmiyyətli bir hissəsi buradakı Zeyst şəhərinin kassa mərkəzində saxlanılır.

Kimsə qızıl yığmır, kimisi isə onu gizlədir

Bütün zəngin ölkələr qızıl almır. Bir çox inkişaf etmiş ölkələrdə qızıl yoxdur, ya da az miqdarda olur. Bəzi dövlətlər prinsipcə belə ehtiyatlara ehtiyac duymurlar, bəziləri isə onu satın alaraq gələcəkdə öz iqtisadiyyatlarının sabitliyini təmin etməyə çalışırlar. Məsələn, Kanadanın qızılı yoxdur və onu satın almır. Estoniyada cəmi dörddə bir ton, İslandiyada isə iki tondan bir qədər az qızıl saxlanılır. Eyni miqdar Honkonqdadır. Litva, Latviya və İrlandiyanın hər birində orta hesabla altı ton qızıl var.
Azərbaycana gəlincə, 2020-ci ilin doqquz ayının yekunlarına əsasən, Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) qızıl ehtiyatları 6,186 milyard dollar məbləğində 101,8 ton təşkil edib. Bu il "GoldHub" reytinqində heç bir məlumat yoxdur.
Qeyd etmək lazımdır ki, İran qızıl ehtiyatına görə reytinqə daxil edilməyib. Müxtəlif hesablamalara görə, 2013-cü ildə bu ölkənin qızıl ehtiyatları böyük idi, bəziləri onun 900 ton olduğunu hesab edirdilər. Eyni zamanda, İran ona qarşı tətbiq olunan sanksiyalar fonunda beynəlxalq ticarətdə hesablamalarda qızıldan fəal şəkildə istifadə edir. İndi İranın nə qədər qızılı olduğu məlum deyil. Və görünür ki, İranın qızıl ehtiyatı qiymətləndirildiyindən xeyli çoxdur.
Xəbər lenti
0