ELM

Ay missiyaları üçün əla imkan - peykin səthində karbon qazı var?

© AFP 2024 / JORGE GUERREROAy
Ay - Sputnik Azərbaycan, 1920, 17.11.2021
Abunə olmaq
BAKI, 17 noyabr — Sputnik. Alimlər ilk dəfə olaraq Ayda donmuş karbon qazını tutub saxlaya bilən, tələ adlandırılan qovuqların mövcudluğunu təsdiqləyiblər. Bu kəşflə bağlı araşdırma "Geophysical Research Letters" jurnalında dərc olunub.
Lunar Reconnaissance Orbiter zondunun göyərtəsində Diviner Lunar Radiometer Experiment tərəfindən 11 il ərzində toplanmış temperatur məlumatlarının təhlili göstərib ki, bir neçə belə tələ peykin cənub qütbünün yaxınlığında yerləşir. Onların ümumi sahəsi 204 kvadrat kilometrdir, bunlardan ən böyüyü isə (82 kvadrat kilometr) Amundsen kraterindədir.
Bu tələ-qovuqlarda temperaturun -213oC-dən aşağı düşdüyü sübut edilib. Burada karbon qazının dəqiq mövcudluğu barədə danışmaq hələ tezdir, ancaq onun bu yerlərdə olması yanacaq və biomaterialların istehsalına imkan verməklə insanlar üçün gələcək ekspedisiyaları asanlaşdıra bilər.
Bundan əlavə, bu tələlər alimlərə Ay səthində su buzu və digər uçucu maddələrin ola biləcəyi əraziləri tapmaq üçün yol göstərə bilər. "Bu ərazilər gələcəkdə eniş missiyaları üçün prioritet məqsədlər olmalıdır", - deyə Kolorado Universitetindən Pol Hain hesab edir.
Eləcə də oxuyun:
* Qara isti buz - Alimlər planetlərin nüvəsindəki maddəni yarada bildilər
* Aya uçuşlar hələlik mümkün deyil - NASA
* NASA asteroidlərə qarşı kamikadze aparatını sınaqdan keçirəcək
* NASA azərbaycanlı uşağı mükafatlandırdı
Xəbər lenti
0