https://sputnik.az/20211031/qara-isti-buz---alimler-planetlerin-nuvesindeki-maddeni-yarada-bildiler-434746549.html
Qara isti buz - Alimlər planetlərin nüvəsindəki maddəni yarada bildilər
Qara isti buz - Alimlər planetlərin nüvəsindəki maddəni yarada bildilər
Sputnik Azərbaycan
BAKI, 31 oktyabr - Sputnik. ABŞ-ın Arqonn Milli Laboratoriyasının alimləri buzun qeydi-adi formasını - Uran və Neptun kimi planetlərin mərkəzində olan tünd... 31.10.2021, Sputnik Azərbaycan
2021-10-31T08:38+0400
2021-10-31T08:38+0400
2021-10-31T08:38+0400
elm
isti
abş
buz
laboratoriya
planet
qara
https://cdnn1.img.sputnik.az/img/41930/05/419300567_0:200:1920:1280_1920x0_80_0_0_dec5b78dbe67da60f65382e00ad11a83.jpg
BAKI, 31 oktyabr - Sputnik. ABŞ-ın Arqonn Milli Laboratoriyasının alimləri buzun qeydi-adi formasını - Uran və Neptun kimi planetlərin mərkəzində olan tünd rəngli maddəni ala biliblər. Sputnik Azərbaycan bildirir ki, tədqiqatın nəticələri Nature Physics jurnalında dərc olunub..Məlumdur ki, superion buz həddən artıq yüksək temperatur və təzyiqin təsiri altında yaranır, məsələn, buz nəhəngi hesab olunan planetlərin dərinliklərində. Belə ekstremal şərtlər səbəbindən laboratoriyada bu cür ekzotik buz yaratmaq həddən artıq çətindir. Əvvəllər onu ancaq saniyənin çox qısa kəsiyində, zərbə dalğasını su damcısının içərisindən keçirməklə alırdılar. Ancaq yeni tədqiqat zamanı alimlər yarada bildikləri qaynar superion buzunun "həyat sürəyini" azacıq uzadıblar. Bu, onun xüsusiyyətlərini tədqiq etməyə imkan verir.Bu məqsədlə mütəxəssislər Arqonn laboratoriyasında APS-dən - sinxotron şüalanmadan istifadə ediblər. Bu tezləşdirici rentgen şüaları dəsti yaratmaq üçün elektronları işıq sürətinə yaxın sürətlə "qovur". Rentgen şüalarının köməyilə alimlər iki almaz zindan arasında yerləşdirilmiş və ekstremal temperaturadək qızdırılan buz nümunəsinin atomlarının yerləşmə qaydasını müəyyən edə biliblər. Nəzəriyyəçi alimlər superion buzunun fazasını fərz eləsələr də, modellərin çoxu onun 50 giqapiksel təzyiqdə yarandığını nəzərdə tutmurdu. Eksperiment zamanı isə fazanı 20 giqapiksel təzyiqlə əldə etmək mümkün olub. Məlum olub ki, bu halda buzun sıxlığı daha az, ancaq rəngi xeyli tünd olur, çünki işıqla fərqli qarşılıqlı təsirdə olur. Superion buzun kimyəvi və fiziki keyfiyyətləri hələ tam öyrənilməyib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41930/05/419300567_213:0:1920:1280_1920x0_80_0_0_1f63cdc69962d01c00dd2e1b36e2ca83.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
isti, abş, buz, laboratoriya, planet, qara
isti, abş, buz, laboratoriya, planet, qara
Qara isti buz - Alimlər planetlərin nüvəsindəki maddəni yarada bildilər
BAKI, 31 oktyabr - Sputnik. ABŞ-ın Arqonn Milli Laboratoriyasının alimləri buzun qeydi-adi formasını - Uran və Neptun kimi planetlərin mərkəzində olan tünd rəngli maddəni ala biliblər.
Sputnik Azərbaycan bildirir ki, tədqiqatın nəticələri
Nature Physics jurnalında dərc olunub..
Məlumdur ki, superion buz həddən artıq yüksək temperatur və təzyiqin təsiri altında yaranır, məsələn, buz nəhəngi hesab olunan planetlərin dərinliklərində. Belə ekstremal şərtlər səbəbindən laboratoriyada bu cür ekzotik buz yaratmaq həddən artıq çətindir. Əvvəllər onu ancaq saniyənin çox qısa kəsiyində, zərbə dalğasını su damcısının içərisindən keçirməklə alırdılar.
Ancaq yeni tədqiqat zamanı alimlər yarada bildikləri qaynar superion buzunun "həyat sürəyini" azacıq uzadıblar. Bu, onun xüsusiyyətlərini tədqiq etməyə imkan verir.
Bu məqsədlə mütəxəssislər Arqonn laboratoriyasında APS-dən - sinxotron şüalanmadan istifadə ediblər. Bu tezləşdirici rentgen şüaları dəsti yaratmaq üçün elektronları işıq sürətinə yaxın sürətlə "qovur". Rentgen şüalarının köməyilə alimlər iki almaz zindan arasında yerləşdirilmiş və ekstremal temperaturadək qızdırılan buz nümunəsinin atomlarının yerləşmə qaydasını müəyyən edə biliblər.
Nəzəriyyəçi alimlər superion buzunun fazasını fərz eləsələr də, modellərin çoxu onun 50 giqapiksel təzyiqdə yarandığını nəzərdə tutmurdu. Eksperiment zamanı isə fazanı 20 giqapiksel təzyiqlə əldə etmək mümkün olub. Məlum olub ki, bu halda buzun sıxlığı daha az, ancaq rəngi xeyli tünd olur, çünki işıqla fərqli qarşılıqlı təsirdə olur. Superion buzun kimyəvi və fiziki keyfiyyətləri hələ tam öyrənilməyib.