https://sputnik.az/20211110/aya-ucuslar-helelik-mumkun-deyil---nasa-435040408.html
Aya uçuşlar hələlik mümkün deyil - NASA
Aya uçuşlar hələlik mümkün deyil - NASA
Sputnik Azərbaycan
BAKI, 10 noyabr — Sputnik. ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri Bill Nelson amerikalı astronavtların Aya uçmasının texniki... 10.11.2021, Sputnik Azərbaycan
2021-11-10T22:20+0400
2021-11-10T22:20+0400
2021-11-10T22:20+0400
nasa
elm
kosmos
uçuş
ay
https://cdnn1.img.sputnik.az/img/42379/18/423791844_0:0:1200:676_1920x0_80_0_0_6d00062990c949486ae50140827ebe62.jpg
BAKI, 10 noyabr — Sputnik. ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri Bill Nelson amerikalı astronavtların Aya uçmasının texniki səbəblərə görə mümkün olmadığını bildirib. Bu barədə "Reuters" xəbər verib.Buna oxşar fikri ABŞ-ın əvvəlki prezidenti Donald Trampın administrasiyası da irəli sürüb."Tramp administrasiyasının 2024-cü ildə insanları (Aya) endirmək məqsədi texniki imkanlar baxımından əsassız idi", - deyə Nelson brifinqdə bildirib.Nelsonun sözlərinə görə, "Artemida" proqramı "2024-cü ilin mayından gec olmayaraq" müddətinə təxirə salınıb. Gecikmənin əsas səbəblərindən biri Ceff Bezosun "Blue Origin" şirkəti ilə İlon Maskın "SpaceX" şirkəti arasında məhkəmə çəkişməsidir.Xatırladaq ki, "Roskosmos"un rəhbəri Dmitri Roqozin bildirib ki, Rusiya Aya insan endirməyə tələsmir, qoy bunu "zəngin Buratinolar" etsinlər.Eləcə də oxuyun:* NASA asteroidlərə qarşı kamikadze aparatını sınaqdan keçirəcək* NASA azərbaycanlı uşağı mükafatlandırdı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42379/18/423791844_293:0:1200:680_1920x0_80_0_0_14e95bef401011b3a00967f8d173eb92.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nasa, kosmos, uçuş, ay
Aya uçuşlar hələlik mümkün deyil - NASA
BAKI, 10 noyabr — Sputnik. ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri Bill Nelson amerikalı astronavtların Aya uçmasının texniki səbəblərə görə mümkün olmadığını bildirib. Bu barədə "Reuters" xəbər verib.
Buna oxşar fikri ABŞ-ın əvvəlki prezidenti Donald Trampın administrasiyası da irəli sürüb.
"Tramp administrasiyasının 2024-cü ildə insanları (Aya) endirmək məqsədi texniki imkanlar baxımından əsassız idi", - deyə Nelson brifinqdə bildirib.
Nelsonun sözlərinə görə, "Artemida" proqramı "2024-cü ilin mayından gec olmayaraq" müddətinə təxirə salınıb. Gecikmənin əsas səbəblərindən biri Ceff Bezosun "Blue Origin" şirkəti ilə İlon Maskın "SpaceX" şirkəti arasında məhkəmə çəkişməsidir.
"Biz məhkəmə çəkişmələrində, demək olar ki, yeddi ay itirdik. Bu, yəqin ki, insanların ("Artemida" proqramı çərçivəsində) Aya ilk (planlaşdırılmış mərhələ) enişini ən azı 2025-ci ilə qədər təxirə salıb", – deyə Nelson izah edib.
Xatırladaq ki, "Roskosmos"un rəhbəri Dmitri Roqozin bildirib ki, Rusiya Aya insan endirməyə tələsmir, qoy bunu "zəngin Buratinolar" etsinlər.