https://sputnik.az/20211105/nasa-asteroidlere-qarsi-kamikadze-aparatini-sinaqdan-kecirecek-434922503.html
NASA asteroidlərə qarşı kamikadze aparatını sınaqdan keçirəcək
NASA asteroidlərə qarşı kamikadze aparatını sınaqdan keçirəcək
Sputnik Azərbaycan
BAKI, 5 noyabr — Sputnik. NASA asteroidə çırpılacaq miniatür kosmik gəmini işə salacaq: bu, böyük səma cismi ilə toqquşma zamanı Yer kürəsini təhdid edən... 05.11.2021, Sputnik Azərbaycan
2021-11-05T23:22+0400
2021-11-05T23:22+0400
2021-11-05T23:22+0400
nasa
elm
kaliforniya
yer kürəsi
"spacex"
"spacex" şirkəti
https://cdnn1.img.sputnik.az/img/41453/64/414536408_0:0:1500:844_1920x0_80_0_0_7ec3501af19668e434342bd5c58cfc47.jpg
BAKI, 5 noyabr — Sputnik. NASA asteroidə çırpılacaq miniatür kosmik gəmini işə salacaq: bu, böyük səma cismi ilə toqquşma zamanı Yer kürəsini təhdid edən fəlakətlərin qarşısının alınması üçün texnologiyanın ilk sınağıdır. Bu barədə NASA-dan bildiriblər."Double Asteroid Redirection Test" (DART) aparatının noyabrın sonunda istifadəyə verilməsi gözlənilir. Onun məqsədi nisbətən böyük Didim asteroidinin ətrafında fırlanan kiçik Dimorf asteroidi olacaq.Dimorfun diametri təxminən 150 metrdir və Yer kürəsi üçün heç bir təhlükə yaratmır. Öz növbəsində, DART aparatının ölçüləri isə saatda 24 min kilometr sürətlə toqquşacağı Dimorf asteroiddən yüz dəfə kiçikdir."Biz onun asteroidi məhv etməsini planlaşdırmırıq. Sadəcə, DART ona yüngül təkan verməli və onun orbitini dəyişdirməlidir. Bu dəyişiklik bir dərəcə daxilində olmalıdır", - deyə layihə koordinatoru Nensi Çeybot mətbuat konfransında bildirib."SpaceX Falcon 9" raketi ilə aparatın noyabrın 24-də Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından kosmosa buraxılması planlaşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41453/64/414536408_375:0:1500:844_1920x0_80_0_0_393e9a26300cbd17411f2f1c7b1c79f5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nasa, kaliforniya, yer kürəsi, "spacex", "spacex" şirkəti
nasa, kaliforniya, yer kürəsi, "spacex", "spacex" şirkəti
NASA asteroidlərə qarşı kamikadze aparatını sınaqdan keçirəcək
BAKI, 5 noyabr — Sputnik. NASA asteroidə çırpılacaq miniatür kosmik gəmini işə salacaq: bu, böyük səma cismi ilə toqquşma zamanı Yer kürəsini təhdid edən fəlakətlərin qarşısının alınması üçün texnologiyanın ilk sınağıdır. Bu barədə NASA-dan bildiriblər.
"Double Asteroid Redirection Test" (DART) aparatının noyabrın sonunda istifadəyə verilməsi gözlənilir. Onun məqsədi nisbətən böyük Didim asteroidinin ətrafında fırlanan kiçik Dimorf asteroidi olacaq.
Dimorfun diametri təxminən 150 metrdir və Yer kürəsi üçün heç bir təhlükə yaratmır. Öz növbəsində, DART aparatının ölçüləri isə saatda 24 min kilometr sürətlə toqquşacağı Dimorf asteroiddən yüz dəfə kiçikdir.
"Biz onun asteroidi məhv etməsini planlaşdırmırıq. Sadəcə, DART ona yüngül təkan verməli və onun orbitini dəyişdirməlidir. Bu dəyişiklik bir dərəcə daxilində olmalıdır", - deyə layihə koordinatoru Nensi Çeybot mətbuat konfransında bildirib.
"SpaceX Falcon 9" raketi ilə aparatın noyabrın 24-də Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından kosmosa buraxılması planlaşdırılır.