https://sputnik.az/20211107/ceyhun-bayramov-naxcivanin-azerbaycana-quru-yolu-ile-birlesdirilmesi-barede-434961779.html
Ceyhun Bayramov Naxçıvanın Azərbaycana quru yolu ilə birləşdirilməsi barədə
Ceyhun Bayramov Naxçıvanın Azərbaycana quru yolu ilə birləşdirilməsi barədə
Sputnik Azərbaycan
Nazir deyib ki, Ermənistan tərəfinin həyata keçirilməsinə əngəllər yaratmağa çalışdığı bu müddəa əslində iqtisadi baxımdan bölgə dövlətlərinin maraqlarına... 07.11.2021, Sputnik Azərbaycan
2021-11-07T11:24+0400
2021-11-07T11:24+0400
2021-11-07T12:03+0400
siyasət
naxçıvan
prezident ilham əliyev
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/41535/16/415351645_0:7:1200:682_1920x0_80_0_0_d1cd0c6a324a6a05fef043e6ded73ceb.jpg
BAKI, 7 noyabr - Sputnik. Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yolla birləşdirilməsi istiqamətində atılan bu tarixi addım eyni zamanda bölgənin gələcək iqtisadi inkişafı baxımından önəmlidir.Bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəsmi mətbuata müsahibəsində 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatı şərh edərkən deyib.Nazir qeyd edib ki, bəyanatın önəmli müddəalarından biri məhz Prezident İlham Əliyevin təkidi ilə daxil edilən, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsini təsbit edən bənddir."Bəyanatın imzalanmasından sonra Ermənistan tərəfinin həyata keçirilməsinə əngəllər yaratmağa çalışdığı bu müddəa əslində iqtisadi baxımdan bölgə dövlətlərinin maraqlarına cavab verir", - nazir əlavə edib.Zəngəzur dəhliziZəngəzur dəhlizi — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. İkinci Qarabağ müharibəsinin sonucu olaraq imzalanan Dağlıq Qarabağda atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur.9-cu maddədə deyilir: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.Həmçinin oxuyun:* Zəngəzur dəhlizi haradan keçəcək?* Son olaylar Naxçıvanın tarixi potensialını bir daha üzə çıxaracaq* Əliyevlə Ərdoğan Zəngəzur dəhlizinin təməlini qoyublar* Paşinyan Xankəndiyə niyə gəlmir?- Yerevanda hamı indi bu sualı verir* Ermənistan Bakı ilə konsensusa yaxındır – Paşinyanın köməkçisi* Ermənistan XİN başçısı Azərbaycanla imzalanacağı deyilən iki sənəd barədə* Erməni rəsmi "Zəngəzur dəhlizi"nə qarşı: Ermənistan ərazisində suveren dəhliz ola bilməz
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41535/16/415351645_156:0:1073:688_1920x0_80_0_0_0d701c96e34a87b93e01bdef3d2b6f9a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
naxçıvan, prezident ilham əliyev, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov
naxçıvan, prezident ilham əliyev, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov
Ceyhun Bayramov Naxçıvanın Azərbaycana quru yolu ilə birləşdirilməsi barədə
11:24 07.11.2021 (Yenilənib: 12:03 07.11.2021) Nazir deyib ki, Ermənistan tərəfinin həyata keçirilməsinə əngəllər yaratmağa çalışdığı bu müddəa əslində iqtisadi baxımdan bölgə dövlətlərinin maraqlarına cavab verir.
BAKI, 7 noyabr - Sputnik. Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yolla birləşdirilməsi istiqamətində atılan bu tarixi addım eyni zamanda bölgənin gələcək iqtisadi inkişafı baxımından önəmlidir.
Bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəsmi mətbuata müsahibəsində 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatı şərh edərkən deyib.
Nazir qeyd edib ki, bəyanatın önəmli müddəalarından biri məhz Prezident İlham Əliyevin təkidi ilə daxil edilən, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsini təsbit edən bənddir.
"Bəyanatın imzalanmasından sonra Ermənistan tərəfinin həyata keçirilməsinə əngəllər yaratmağa çalışdığı bu müddəa əslində iqtisadi baxımdan bölgə dövlətlərinin maraqlarına cavab verir", - nazir əlavə edib.
Zəngəzur dəhlizi — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. İkinci Qarabağ müharibəsinin sonucu olaraq imzalanan Dağlıq Qarabağda atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur.
9-cu maddədə deyilir: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.
* Əliyevlə Ərdoğan
Zəngəzur dəhlizinin təməlini qoyublar
*
Paşinyan Xankəndiyə niyə gəlmir?- Yerevanda hamı indi bu sualı verir
*
Erməni rəsmi "Zəngəzur dəhlizi"nə qarşı: Ermənistan ərazisində suveren dəhliz ola bilməz