Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Zəngilanda Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi olub

© Official website of President of Azerbaijan Republicİlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı - Sputnik Azərbaycan, 1920, 26.10.2021
Abunə olmaq
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir.
BAKI, 26 oktyabr — Sputnik. Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Zəngilan rayonunun Ağalı kəndində rəsmi qarşılanma mərasimi olub.Bu barədə Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
© Official website of President of Azerbaijan RepublicTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi
 - Sputnik Azərbaycan, 1920, 26.10.2021
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilan rayonunda "Dost Aqropark"ın təməlini qoyublar.
Oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməli qoyulub.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanda “Dost Aqropark”ın təməlini qoyublar
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanda “Dost Aqropark”ın təməlini qoyublar - Sputnik Azərbaycan, 1920, 26.10.2021
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanda “Dost Aqropark”ın təməlini qoyublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular.
Sonra dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoydular.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Türkiyə prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoyublar
Azərbaycan və Türkiyə prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoyublar - Sputnik Azərbaycan, 1920, 26.10.2021
Azərbaycan və Türkiyə prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoyublar
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçılarına məlumat verdi.
Füzuli hava limanının açılışı
Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
© Official website of President of Azerbaijan Republicİlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli beynəlxalq hava limanının açılışında iştirak ediblər
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli beynəlxalq hava limanının açılışında iştirak ediblər - Sputnik Azərbaycan, 1920, 26.10.2021
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli beynəlxalq hava limanının açılışında iştirak ediblər
Xatırladaq ki, yanvarın 14-də Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyub. Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 000 metr, eni isə 45 metrdir. Perron sahəsi 60 min kvadratmetr olan hava limanında müxtəlif növ təyyarələrin dayanacağı var. Yönəldici yolun sahəsi 6 500 kvadratmetr, aeroporta giriş yolu 5 000 kvadratmetr təşkil edir.
Zəngəzur dəhlizi
Zəngəzur dəhlizi — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. İkinci Qarabağ müharibəsinin sonucu olaraq imzalanan Dağlıq Qarabağda atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Türkiyə prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoyublar
Azərbaycan və Türkiyə prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoyublar - Sputnik Azərbaycan, 1920, 26.10.2021
Azərbaycan və Türkiyə prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoyublar
9-cu maddədə deyilir: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.
Həmçinin oxuyun:
Füzuli Beynəlxalq Hava Limanının açılışı keçirildi
Xəbər lenti
0