https://sputnik.az/20211002/ermni-rsmi-zngzur-dhlizin-qar-ermnistan-razisind-suveren-dhliz-ola-bilmz-433828485.html
Erməni rəsmi "Zəngəzur dəhlizi"nə qarşı: Ermənistan ərazisində suveren dəhliz ola bilməz
Erməni rəsmi "Zəngəzur dəhlizi"nə qarşı: Ermənistan ərazisində suveren dəhliz ola bilməz
Sputnik Azərbaycan
Armen Qriqoryan deyib ki, bəlkə də Ermənistanda azərbaycanlıların və ya türklərin Azərbaycanla əlaqə saxlamaq üçün istifadə edə biləcəyi dəhlizlər və ya yollar... 02.10.2021, Sputnik Azərbaycan
2021-10-02T20:32+0400
2021-10-02T20:32+0400
2021-10-02T20:34+0400
qarabağ
zəngəzur dəhlizi
ermənistan
prezident ilham əliyev
zəngəzur
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e7/06/09/455770108_14:0:903:500_1920x0_80_0_0_f86409c91f2cbe1abe56d35e178b8941.png
Ermənistan ərazisində suveren dəhliz ola bilməz.Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, bu sözü İkinci Qarabağ müharibəsindən sonra bölgədə kommunikasiyaların açılması barədə danışan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib."Dəhlizin məntiqini anlamaq lazımdır. Biz artıq bəyan etmişik ki, Ermənistan ərazisində suveren dəhliz ola bilməz. Bəlkə də Ermənistanda azərbaycanlıların və ya türklərin Azərbaycanla əlaqə saxlamaq üçün istifadə edə biləcəyi dəhlizlər və ya yollar açılacaq", - Armen Qriqoryan İctimai televiziyaya müsahibəsində deyib. Armen Qriqoryanın sözlərinə görə, yollar açılsa belə, onlar Ermənistanın "suveren nəzarətində" olacaq.Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistanı təmsil edən Baş nazir müavinləri səviyyəsində dəhliz məsələsi yox, bütün yol infrastrukturunun blokdan çıxarılması müzakirə olunur."Ermənistan və Naxçıvan sərhədində kiçik 1 kilometrlik hissə çəkilməlidir və bu, çox vaxt aparmaz. Azərbaycan da Ermənistanın yollarından istifadə edə biləcək", - Armen Qriqoryan deyib.O fikrini belə izah edib ki, Azərbaycanın qərb bölgələri Tavuş və ya Sünikin (Zəngəzurun -red.) infrastrukturlarından istifadə etməklə Naxçıvanla əlaqə saxlaya biləcəklər.Armen Qriqoryan sonuncu varianta meylli olduğunu və irəliləyişə nail olmaq üçün onun müzakirə edildiyini deyib. Onun sözlərinə görə, problemin həlli üçün dialoqa ehtiyac var:"Türkiyə prezidenti "dəhlizlər" terminini işlətdi. Tək deyil, cəm şəklində - "dəhlizlər". Və "dəhlizlər" deyəndə bir neçə yolu başa düşürük. Bu, məntiqimizə çox yaxındır. Və müzakirə, dialoq üçün bir fürsət olarsa, düşünürəm ki, həll yollarını tapacağıq. Yəni "dəhlizlər" sözü ilə biz bunları başa düşürük: Ermənistanda bir neçə yolun istifadəsi".Bu həftə Soçidə Prezident Putinlə görüşdən sonra Türkiyə Prezidenti "Zəngəzur dəhlizinin" bütün bölgə üçün əhəmiyyətli fürsət olacağını vurğulayıb. Rəcəb Tayyib Ərdoğanın fikrincə, Azərbaycan bu dəhlizin reallaşması üçün miqyaslı işlər görür və Ermənistan tərəfi də öz öhdəliklərini yerinə yetirməlidir.Azərbaycanla Ermənistan "Zəngəzur dəhlizi" ilə bağlı fərqli mövqelərdə dururlar. İlham Əliyev 10 noyabr razılaşmasında "Zəngəzur dəhlizi"ndən bəhs olunduğunu qeyd edib. Ermənistanın Baş naziri Nikol Paşinyan isə iddia edir ki, sözügedən razılaşmada hər hansı "Zəngəzur dəhlizi" nəzərdə tutulmur, yalnız bölgənin blokadadan çıxarılmasından söhbət gedir. Bu həftə Prezident İlham Əliyev deyib ki, 10 noyabr bəyannaməsində Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat əlaqəsinin qurulması "aydın qeyd olunsa da", Ermənistanın tutduğu mövqeyə görə bu əlaqə qurulmayıb.
zəngəzur dəhlizi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/09/455770108_125:0:792:500_1920x0_80_0_0_19871fb40b5cdbf3f1e4872cd7e161f2.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəngəzur dəhlizi, ermənistan, prezident ilham əliyev, zəngəzur, nikol paşinyan
zəngəzur dəhlizi, ermənistan, prezident ilham əliyev, zəngəzur, nikol paşinyan
Erməni rəsmi "Zəngəzur dəhlizi"nə qarşı: Ermənistan ərazisində suveren dəhliz ola bilməz
20:32 02.10.2021 (Yenilənib: 20:34 02.10.2021) Armen Qriqoryan deyib ki, bəlkə də Ermənistanda azərbaycanlıların və ya türklərin Azərbaycanla əlaqə saxlamaq üçün istifadə edə biləcəyi dəhlizlər və ya yollar açılacaq.
Ermənistan ərazisində suveren dəhliz ola bilməz.
Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, bu sözü İkinci Qarabağ müharibəsindən sonra bölgədə kommunikasiyaların açılması barədə danışan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
"Dəhlizin məntiqini anlamaq lazımdır. Biz artıq bəyan etmişik ki, Ermənistan ərazisində suveren dəhliz ola bilməz. Bəlkə də Ermənistanda azərbaycanlıların və ya türklərin Azərbaycanla əlaqə saxlamaq üçün istifadə edə biləcəyi dəhlizlər və ya yollar açılacaq", - Armen Qriqoryan İctimai televiziyaya müsahibəsində deyib.
Armen Qriqoryanın sözlərinə görə, yollar açılsa belə, onlar Ermənistanın "suveren nəzarətində" olacaq.
Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistanı təmsil edən Baş nazir müavinləri səviyyəsində dəhliz məsələsi yox, bütün yol infrastrukturunun blokdan çıxarılması müzakirə olunur.
"Ermənistan və Naxçıvan sərhədində kiçik 1 kilometrlik hissə çəkilməlidir və bu, çox vaxt aparmaz. Azərbaycan da Ermənistanın yollarından istifadə edə biləcək", - Armen Qriqoryan deyib.
O fikrini belə izah edib ki, Azərbaycanın qərb bölgələri Tavuş və ya Sünikin (Zəngəzurun -red.) infrastrukturlarından istifadə etməklə Naxçıvanla əlaqə saxlaya biləcəklər.
Armen Qriqoryan sonuncu varianta meylli olduğunu və irəliləyişə nail olmaq üçün onun müzakirə edildiyini deyib. Onun sözlərinə görə, problemin həlli üçün dialoqa ehtiyac var:
"Türkiyə prezidenti "dəhlizlər" terminini işlətdi. Tək deyil, cəm şəklində - "dəhlizlər". Və "dəhlizlər" deyəndə bir neçə yolu başa düşürük. Bu, məntiqimizə çox yaxındır. Və müzakirə, dialoq üçün bir fürsət olarsa, düşünürəm ki, həll yollarını tapacağıq. Yəni "dəhlizlər" sözü ilə biz bunları başa düşürük: Ermənistanda bir neçə yolun istifadəsi".
Bu həftə Soçidə Prezident Putinlə görüşdən sonra Türkiyə Prezidenti "Zəngəzur dəhlizinin" bütün bölgə üçün əhəmiyyətli fürsət olacağını vurğulayıb. Rəcəb Tayyib Ərdoğanın fikrincə, Azərbaycan bu dəhlizin reallaşması üçün miqyaslı işlər görür və Ermənistan tərəfi də öz öhdəliklərini yerinə yetirməlidir.
Azərbaycanla Ermənistan "Zəngəzur dəhlizi" ilə bağlı fərqli mövqelərdə dururlar.
İlham Əliyev 10 noyabr razılaşmasında "Zəngəzur dəhlizi"ndən bəhs olunduğunu qeyd edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə iddia edir ki, sözügedən razılaşmada hər hansı "Zəngəzur dəhlizi" nəzərdə tutulmur, yalnız bölgənin blokadadan çıxarılmasından söhbət gedir.
Bu həftə Prezident İlham Əliyev deyib ki, 10 noyabr bəyannaməsində Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat əlaqəsinin qurulması "aydın qeyd olunsa da", Ermənistanın tutduğu mövqeyə görə bu əlaqə qurulmayıb.