https://sputnik.az/20211027/pasinyan-xankendiye-niye-gelmir--yerevanda-hami-indi-bu-suali-verir-434647184.html
Paşinyan Xankəndiyə niyə gəlmir?- Yerevanda hamı indi bu sualı verir
Paşinyan Xankəndiyə niyə gəlmir?- Yerevanda hamı indi bu sualı verir
Sputnik Azərbaycan
Baş nazirin müavini isə bu vaxta qədər Qarabağa bir çox dövlət məmurlarının səfər etdiyini xatırladıb. O, lazım gələrsə, səfərlərin davam etdiriləcəyini... 27.10.2021, Sputnik Azərbaycan
2021-10-27T21:20+0400
2021-10-27T21:20+0400
2021-10-27T21:20+0400
nikol paşinyan
dünya xəbərləri
laçın rayonu
ermənistan
xankəndi şəhəri
laçın
xankəndi
azərbaycan və ermənistan arasında müharibə
https://cdnn1.img.sputnik.az/img/07e4/07/18/424517864_0:0:3028:1703_1920x0_80_0_0_73b8d97560b0d252100a44c150afa4e5.jpg
BAKI, 27 oktyabr — Sputnik. Ermənistan parlamentində deputat Aqvan Vardanyan və Baş nazirin müavini Suren Papikyan arasında söz qarşıdurması yaşanıb. Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir ki, Papikyan deputatın sualına cavab verməyə çətinlik çəkib.Belə ki, deputat 44 günlük müharibədən sonra təxminən bir il keçməsinə baxmayaraq Ermənistanın Baş naziri, parlamenti və prezidenti Dağlıq Qarabağa hələ də səfər etmədiyini bildirib.Baş nazirin müavini isə bu vaxta qədər Qarabağa bir çox dövlət məmurlarının səfər etdiyini xatırladıb. O, lazım gələrsə, səfərlərin davam etdiriləcəyini bildirib və bununla da suala birbaşa cavabdan yayınıb.Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
laçın rayonu
xankəndi şəhəri
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/18/424517864_217:0:2948:2048_1920x0_80_0_0_834dda24e9cbaaa976bc4dc20749953a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nikol paşinyan, laçın rayonu, ermənistan, xankəndi şəhəri, laçın, xankəndi, azərbaycan və ermənistan arasında müharibə
nikol paşinyan, laçın rayonu, ermənistan, xankəndi şəhəri, laçın, xankəndi, azərbaycan və ermənistan arasında müharibə
Paşinyan Xankəndiyə niyə gəlmir?- Yerevanda hamı indi bu sualı verir
Baş nazirin müavini isə bu vaxta qədər Qarabağa bir çox dövlət məmurlarının səfər etdiyini xatırladıb. O, lazım gələrsə, səfərlərin davam etdiriləcəyini bildirib və bununla da suala birbaşa cavabdan yayınıb.
BAKI, 27 oktyabr — Sputnik. Ermənistan parlamentində deputat Aqvan Vardanyan və Baş nazirin müavini Suren Papikyan arasında söz qarşıdurması yaşanıb. Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir ki, Papikyan deputatın sualına cavab verməyə çətinlik çəkib.
Belə ki, deputat 44 günlük müharibədən sonra təxminən bir il keçməsinə baxmayaraq Ermənistanın Baş naziri, parlamenti və prezidenti Dağlıq Qarabağa hələ də səfər etmədiyini bildirib.
Baş nazirin müavini isə bu vaxta qədər Qarabağa bir çox dövlət məmurlarının səfər etdiyini xatırladıb. O, lazım gələrsə, səfərlərin davam etdiriləcəyini bildirib və bununla da suala birbaşa cavabdan yayınıb.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir.
Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.