Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Hökumət müdaxilə etməyəcək" - İctimai nəqliyyatda da qiymət artımı gözlənilir

© Sputnik / Murad OrujovBakı metrosu açılşdan sonra
Bakı metrosu açılşdan sonra - Sputnik Azərbaycan, 1920, 02.11.2021
Abunə olmaq
İqtisadçı ekspert vurğulayır ki, həssas qruplar, tələbələr, təqaüdçülərlə bağlı ayrıca bir gediş haqqı konsepsiyası hazırlamaq daha düzgün olar.
BAKI, 2 noyabr — Sputnik. Son bir neçə həftədir ki, Azərbaycanı bahalaşma dalğası bürüyüb. Enerjidaşıyıcıların qiyməti qalxıb, minik avtomobilinin mühərrikinin həcminə görə yeni dövlət rüsumları təklif olunub, ümumilikdə 266 dövlət rüsumunun dəyişdirilməsinə qərar verilib, ərzaq da günü-gündən bahalaşmaqdadır. Maraqlıdır, belə olan halda ictimai nəqliyyatda qiymət artımı gözlənilirmi?
İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, böyük ehtimalla ictimai nəqliyyatda da bahalaşma olacaq. Yəqin ki, cari ilin sonunadək biz bunu görə biləcəyik. Çünki metropoliten rəsmiləri də sərnişindaşımanın maya dəyərinin yüksəldiyi ilə bağlı məlumatlar açıqlayıblar.
"Gələn ildən metropoliten üçün ayrılan subsidiyaların azaldılması nəzərdə tutulub. Bunu nəzərə alaraq, deyə bilərik ki, bahalaşmanın olması gözləniləndir. Təbii ki, metropolitendə qiymət artımı olsa, yerüstü nəqliyyatda da sərnişindaşımada bahalaşmanı görə biləcəyik", - Cəfərli deyib.
O, əlavə edib ki, Azərbaycanda gediş haqları ilə bağlı konsepsiyanın hazırlanmasına ehtiyac var: "Bütün nəqliyyat növü üzrə eyni kartdan istifadəyə keçirilməlidir. Lakin hələ də bununla bağlı problemlər var. Bundan başqa, gediş haqları həftəlik, aylıq, yarımillik, yaxud da illik olaraq diferensiallaşmalıdır. Həssas qruplar var, tələbələr, təqaüdçülərlə bağlı ayrıca bir gediş haqqı konsepsiyası hazırlamaq daha düzgün olar. Yəni birdən-birə bütün gediş haqlarının artırılmasındansa, digər ölkələrdə olan diferensial yanaşmaya daha çox ehtiyac var".
İqtisadçı Fuad İbrahimlinin sözlərinə görə, bütün sahələrdə bahalaşma müşahidə olunur. O bildirir ki, ictimai nəqliyyatda bahalaşma isə daha çox həmin nəqliyyat vasitələrinin hansı enerji ilə təchiz olunması ilə bağlıdır. O deyir ki, Azərbaycanda enerji daşıyıcılarının qiymətində müəyyən artım olduğundan artıq ictimai nəqliyyatda da artım gözləniləndir. Ekspert bildirir ki, bütün bunlar onu deməyə əsas verir ki, ictimai nəqliyyatda ən azı 5 qəpik artım proqnozlaşdırmaq mümkündür.
Pulqabında manatlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.11.2021
CƏMİYYƏT
Rüsumun qaldırılması vətəndaşa necə təsir edəcək?
F.İbrahimlinin sözlərinə görə, ictimai nəqliyyatda bahalaşmanın qarşısını almaq üçün bu sahəni dotasiyada saxlamaq olar: "Ötən il belə şirkətlərin büdcədən asılılığını zəiflətmək üçün İnvestisiya Holdinqi yaradıldı və onların fəaliyyəti nəticəsində yanacaq, kommunal xərclərin qiyməti artdı. Bu səbəbdən proqnoz vermək olar ki, nəqliyyatın da qiymətində artım olacaq və hökumət buna müdaxilə etməyəcək".
İctimai nəqliyyatdakı qiymətləri Avropa ölkələri ilə müqayisə edən və bunun Azərbaycanda aşağı olduğunu deyən ekspert vətəndaşlarımızın gəlirlərinin Avropadakı kimi yüksək olmadığını vurğulayır.
Onun sözlərinə görə, "Bakı Metropoliteni" QSC hazırda ən azı 20 faiz ziyanla işləyir: "Bu isə o deməkdir ki, adambaşına bir sərnişin 20 faiz ucuz daşınır. Lakin avtobuslarla bağlı bunu deyə bilmərik. Avtobuslarda qiymət artımı baş verməyə bilər. Hesablamalara görə, onlar təxminən 5-10 faiz xeyirlə işləyir, lakin bundan artıq mənfəət əldə etmirlər".
O bildirir ki, ilin əvvəlində vətəndaşların xərcləri artsa da, gəlirləri olduğu kimi qalır: "Belə olan halda, təbii ki, əməkhaqlarının artırılması yaxşı olardı".
Xatırladaq ki, oktyabrın 16-da Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda təbii qazın və elektrik enerjisi tariflərinə baxılaraq müvafiq qərarlar qəbul edilib. Qazla bağlı əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər iki qəpik yüksəlib. Belə ki, noyabrın 1-dən istehlakçılar 1200 m3-dək qaz işlətməyə görə ödənişi 10 yox, 12 qəpikdən etməli olacaqlar. Qərara əsasən elektrik enerjisinin qiymətləri də artıb.
İlk olaraq aşağı limit artıq 300 yox, 200 kVts olacaq. 200 kVts-dək elektrik enerjisindən istifadəyə görə əhali 8 qəpikdən ödəniş edəcək. Qeyd edək ki, indiyədək 300 kVts-dək elektrik enerjisindən istifadəyə görə ödəniş 7 qəpikdən idi. 200 kVts-dən 300 kVts-dək elektrik enerjisi işlədənlər 9 qəpikdən ödəniş etməli olacaqlar. 300 kVts-dən çox elektrik enerjisi işlədən sakinlər isə 13 qəpikdən ödəyəcəklər. İndiyədək bu qiymət 11 qəpik idi.
Qeyd edək ki, Azərbaycanda minik avtomobilinin mühərrikinin həcminə görə yeni dövlət rüsumları müəyyənləşir. Bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qeydiyyatına və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına görə bir sıra dövlət rüsumları dəyişir, bir sıra dövlət rüsumları isə Nazirlər Kabinetinin qərarı ilə deyil, qanunla müəyyənləşəcək.
Bakıda maşın bazarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.11.2021
İQTİSADİYYAT
Artan rüsumlar avtomobillərin qiymətini nə qədər bahalaşdıracaq? Kino hələ qabaqdadır
Minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda - mühərrikinin həcminin hər kubsantimetrinə görə 0,05 manat;
3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikinin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrinə 0,1 manat;
4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikinin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat dövlət rüsumu tutulacaq.
Xatırladaq ki, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri Nazirlər Kabinetinin 2018-ci il 31 iyul tarixli 336 nömrəli qərarı ilə təsdiq edilib.
Avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı üzrə dövlət rüsumlarının məbləğinin də dəyişdirilməsi təklif edilir.
Təklifə əsasən, rüsumlar dövlət nömrə nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə müəyyən edilib.
Eyni zamanda, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri dəyişir.
Həmçinin oxuyun:
Nazir müavini dövlət rüsumlarının qaldırılmasının səbəbini açıqladı
Avtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsum qaldırılır
Dərman vasitələrinin dövlət qeydiyyatına və sertifikata görə rüsumlar qaldırılır
Minik avtomobilinin mühərrikinin həcminə görə yeni dövlət rüsumları müəyyənləşir
Tikinti obyektinin istismarına icazənin verilməsi üçün rüsum tutulacaq
Xəbər lenti
0